Əsas Səhifə > Gündəm, Manşet > Saxta diplom məsələsi araşdırılsa, Əhməd Vəliyev həbs oluna bilər

Saxta diplom məsələsi araşdırılsa, Əhməd Vəliyev həbs oluna bilər


23-01-2014, 08:46
Saxta diplom məsələsi araşdırılsa, Əhməd Vəliyev həbs oluna bilər
DİA.AZ: - “Nəinki təhsildə, bütün sahələrdə saxta sənəndlər ləğv olunmalıdır. Bu kimi sənəd verən qurumlara qarşı ciddi mübarizə aparılmalıdır”. Bəli, bu gurultulu sözləri dünənki mətbuata bir kimsə yox, adı dünənə qədər müxtəlif maxinasiyalarda hallandırılan Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyev söyləyib. Bəri başdan bildirək ki, üzü «Mucanbank»dan tutmuş rəhbəri olduğu «Odlar Yurdu»nacan Əhməd Vəliyevə qarşı mətbuatda çox ciddi ittihamlar səsləndirilsə də, nədənsə Əhməd müəllim bunlara hansısa formada cavab verməyib.

İndi isə saxta diploma məsələsi aktuallığını qazanıb. Yəni dünən Azərbaycan müəllimlər institutunun rektoru Aqiyə Naxçıvanlı özünü ittiham hədəfi etmək istəmədyindən daha BÖYÜK BALIĞI - keçmiş təhsil naziri Misir Mərdanovu ittiham hədəfinə çevirdi. Yəni aşkar surətdə bildirdi ki, bütün saxta diplomlar Misir Mərdanovun həqiqi imzası ilə verilib. Yəni cənab sabiq nazir bu işdən nəinki xəbərdar olub, həm də xeyrin də götürüb.

İndi isə Əhməd Vəliyev sanki kənar bir planetdən danışırmış kimi bu mövzuda fikirlərini bölüşür. Onun mətbuata verdiyi açıqlamasmında daha sonra deyilir: «Saxta diplom alan məzunlar təkcə cəmiyyəti deyil, həm də ozlərini aldadırlar. Təhsili, nəzəri və təcrübəvi bilikləri olmayan məzunların peşəkarlığı sual altına düşür. Belə məzunlar peşəkar kadr sayıla bilməzlər və onların işlə təminatında ciddi problemlər ortaya çıxacaq. Amma bun baxmayaraq, bəziləri saxta diplomlara sahiblənməklə, ali təhsilli mütəxəssis olduqlarını düşünürlər. Əslində isə bu qətiyyən belə deyil. Təəssüf ki, bəziləri, o cümlədən müəyyən təhsil müəssisələri bundan yararlanaraq, saxta diplom alveri ilə məşğuldurlar.

Təhsil ictimaiyyətinin fəal nümayəndələri olaraq biz daim bu cür hallara qarşı kəskin mübarizə aparmışıq. Bu gün də o movqedəyik ki, saxta diplom verən təhsil müəssisələri ifşa olunmalı, onlara qarşı sərt mübarizə tədbirləri aparılmalıdır. Bu mənada Təhsil naziri Mikayıl Cabbarovun mövqeyini bölüşür və onunla həmrəy olduğumuzu bəyan edirik”.

Bərəkallah. İndi isə DİA.AZ-a məhz «Odlar Yurdu» Universitetinin saxta diplomları ilə bağlı daxil olan informasiyanı diqqətinizə çatdıraq. Məlumatlı mənbədən redaksiyamıza ötürülən bilgidə qeyd olunur ki, bəh-bəhlə saxta diplomlara qarşı danışan və hətta köhnə sovet dövrünün zəhmətkeşləri kimi təəssürat oadan Əhməd Vəliyevin əslində başqa bir çıxış yolu da yoxdur: «Çünki Misir Mərdanovun dövründə az qala bütün özəl ali məktəblər saxta diplom alverində iştirak edib və bu, onların BOYUNLARININ BORCU İDİ.

Əhməd Vəliyev heç bir zaman iddia edə bilməz ki, OYU-nun adından saxta diploma verilməyib. Əgər belə bir iddiada bulunsa, o zaman mətbuatda onun universiteti tərəfindən saxta diploma verilən şəxslərin və hər il bu bazarlıqda olan paylarının miqdarı ilə bağlı faktların işıqlandırılmasına hazırlıqlı olsun. Yəni bu kimi faktlar bir neçə nəfərin əlində var. Onlar zamanında təhsil nazirliyində işləyiblər. İndi isə əllərində ciddi sənəd-sübut var və zaman-zaman ya mediaya, ya da hüquq-mühafizə orqanlarına ötürürlər».

Mənbə iddia edir ki, digər özəl ali məktəblər kimi Əhməd Vəliyevin universiteti hər il 10-20 nəfər arası şəxsə saxta diploma verib: «Bu faktdır. Və əgər məsələ Əhməd Vəliyevin dediyi kimi hüquq-mühafizə orqanları tərəfindən araşdırılarsa, o zaman deputatın təkcə mandatı yox, azadlığı da şübhə altına düşmüş olacaq».


Qarşı tərəfi də dinləməyə hazırıq.

Geri qayıt