Əsas Səhifə > Gündəm, Manşet > Dövlət Şəhərsalma və Arxitektura Komitəsi HARA BAXIR?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi HARA BAXIR?


3-03-2023, 09:51
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi HARA BAXIR?
Lökbatan qəsəbəsindəki İ.Nəbiyev küçəsində yaşayan bir məhəllə sakinlərinin narazılıqları, həyətlərinin başqaları tərəfindən zəbt olunduğundan, digər qonşuların rahatlığı pozulmasından, xeyli müddət əvvəl yazmışdıq. Xatırlatmaq istərdik ki, redaksiyamıza verilən məlumatlarda sözügedən küçədəki 1,21 və 45 saylı binaların həyətləri bir neçə sakin tərəfindən qanunsuz olaraq tamamilə zəbt edildiyi bildirilirdi. Qaradağ rayon İcra Hakimiyyətinin rəsmilərinin isə bu binaların qarşısında yaradılmış xaos vəziyyəti görməzdən gəldiyini qeyd edilirdi. Binaların həyətində uşaqların oynaması, yaşlı sakinlərin dincəlməsi üçün demək olar ki, yer qalmadığı, həyətdəki yanğınğınsondürmə quyusunun üstündə belə tikinti işləri aparılması, ərazinin bəzi şəxslər tərəfindən qaraj kimi istifadə edildiyi də məlumatlar içində idi. Çoxsaylı şikayətlərdən sonra həmin bu bəzi şəxslər həyətin abadlaşdırılması üçün gələn rəsmi şəxsləri də ələ aldıqları bildirilirdi.

Lökbatan qəsəbəsindəki M.Həsənov küçəsində baş verənlərlə bağlı redaksiyamıza dünən verilən məlumatda isə bildirilir ki, Qaradağ rayon səlahiyyətlilərinin sanki dünyada baş verənlərdən xəbəri yoxdu. Belə ki, Türkiyədə baş verən zələlədən sonra M.Həsənov küçəsində 2A ünvanındakı yaşayış binasında rekonstruksiya işləri aparılır. Binada təmir işləri aparılmır, təməli möhkəmləndirilmir. Əksinə birinci mərtəbədəki iki mənzili rekonstruksiya edərək mağaza açıblar. Birinci mərtəbədə orta divarlar dağıdılıb, pəncərələri sökülüb, yerində qapı açıblar. Bir müddət əvvəl dövlətin xərc çəkib təmir etdiyi yol kənarı dağıdılıb, birbaşa səkiyə yol açılıb. Hazırda biri aptek kimi fəaliyyət göstərməkdədi. Digərində isə tamamlanma işləri aparılır. Bütün bunların Türkiyədə baş vermiş zəlzələdən sonra aparılması isə sakinləri təşvişə salıb.

Qeyd edək ki, Türkiyədə baş vermiş, minlərlə insanın ölümünə səbəb olmuş dağıdıcı zəlzələdən sonra Azərbaycanda da, xüsusəndə Bakı şəhərindəki hündürmərtəbəli yaşayış binalarının zəlzələyə davamlı olub, olmaması günümüzün ən aktual mövzusuna çevrilib. Maraqlıdır, görəsən Qaradağ rayonun səlahiyətliləri bütün bunları görmürmü? Yaşayış binasının birinci mərtəbəsinin rekonstruksiya olunmasına kim icazə verib?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Lökbatandakı sözügedən küçədə bu rekonstruksiya işlərinin aparılmasından xəbəri varmı? Axı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti, əsaslı təmir, yenidənqurma, bərpa, abadlıq, yaşıllaşdırma məsələlərini tənzimləyən tikinti qaydaları və başqa sənədlərin layihələndirmə və tikinti normalarının təkmilləşdirilməsi üzrə təkliflər tərtib edir. Bəs görəsən Lökbatan qəsəbəsi M.Həsənov küçəsi, 2A ünvanındakı yaşayış binasında aparılan rekonstruksiya işləri tikinti normalarına uyğun gəlirmi? Yoxsa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi harda, nə vaxt dağılar, dağılsın prinsipi ilə işləyir. Onlar bu yaşayış binasını təhlükəli duruma salmaqdan heçmi qorxmurlar?
//Aktualinfo.org//
Geri qayıt