Əsas Səhifə > Gündəm, Manşet > Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ

Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ


24-02-2023, 09:23
Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ
DİA.AZ: - Milli Arxiv İdarəsi 9 milyon manatlıq tenderin nəticələrini açıqlayıb.

DİA.AZ xəbər verir ki, tender “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı "Dövlət Arxivi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işləri”nin satın alınması” ilə bağlıdır.

Tenderin qalibi "Koneks Construction" MMC (VÖEN: 3103278031) olub. Tenderin dəyəri 9 242 698 manatdır.

Qeyd edək ki, "Koneks Construction" MMC bundan əvvəl 1 nömrəli Bakı Tibb Kolleci tərəfindən elan edilmiş 8 174 manat dəyərindəki “Abadlıq işlərinin satın alınması” tenderinin də qalibi seçilib (23.12.2022).

Onu da bildirək ki, şirkət 2021-ci ildən indiyədək 76 satınalma müqaviləsi imzalayıb ki, bu fakt da "Koneks Construction" MMC-ni BAŞ TENDERYEYƏN kimi tanıdıb.

Xatırladaq ki, "Koneks Construction" MMC 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsliçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. Hüquqi ünvanı Az1108, Bakı Şəhəri Binəqədi Rayonu, Səttar Bəhlulzadə, Ev 39, M. 202-də yerləşir.

DİA.AZ xəbər verir ki, dövlət satınalmaları sahəsində işlərə qısa müddətdə başlayan «KONEKS CONSTRUCTİON» MMC fəaliyyətinin ilk dövründə cəmi 11 ay ərzində 60-a yaxın tenderdə qalib gəlib, üst-üstə 10 milyon manatdan artıq sifariş əldə edib.
«KONEKS CONSTRUCTİON» MMC-in qısa müddətdə qazandığı 58 tenderdən 25-i Mədəniyyət Nazirliyi və onun qurumlarına, 27 tender isə icra hakimiyyətlərinə aiddir. Burada Bakı Şəhər icra hakimiyyəti, Bakının və respublikanın digər rayonlarının icra hakimiyyətləri var.
«KONEKS CONSTRUCTİON» MMC xüsusilə Bərdə, Tərtər rayonları, eləcə də Suraxanı, Sabunçu, Nizami, Nərimanov və Nəsimi rayonlarından sifarişlər alıb.
DİA.AZ həmin dönəmə aid tenderlərin siyahısını təqdim edir:

Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ
Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ
Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ
Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ
Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ
Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ
Milli Arxiv İdarəsi milyonları BAŞ TENDERYEYƏNƏ ÖTÜRDÜ

Hər halda, bu faktın özü belə kifayət qədər diqqətçəkicidir...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt