Əsas Səhifə > Gündəm, Manşet > Bu əsəbi market işçilərini HARDAN TAPIRLAR?

Bu əsəbi market işçilərini HARDAN TAPIRLAR?


22-02-2023, 09:45
Bu əsəbi market işçilərini HARDAN TAPIRLAR?
DİA.AZ: - "Şikayətim "Bazarstore" marketlər şəbəkəsindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Lamiyə Şirinova adlı istifadəçi giley edir.

Bu əsəbi market işçilərini HARDAN TAPIRLAR?

Daha sonra narazı vətəndaş yazır (mətni olduğu kimi təqdim edirik -dia.az): "Xalqlar Dostluğu metrosu yaxınlığında yerləşən filiala alış-veriş üçün daxil oldum. Qastranom bölməsində alış-veriş etmək istəyirdim. Mağazanın öz əməkdaşlarını ümumiyyətlə tapmaq olmur, yığıblar firma işçilərini söz soruşursan cavablamır, xidmət etmir, sifət edə-edə cavablayır. Kobud rəftar, mağaza işçisin çağırıb "bına bax" Deyib məni göstərir. Ya bu əti, balığı hazır paket edin götürüb gedək, ya da bu hissələrə əməkdaş götürün və müştəriyə yanaşmanı öyrədin. Adam işdən gəlir girir ki, evinə nəsə alsın qanı qaralır, heç nə almadan çıxır. Firma işçilərini formasız, əlcəksiz vermisiz bu bölməyə saç açıq yalandan nəsə başa bəzək üçün qoyub dayanıblar. Gigiyenik deyil heç. Pulu müştəridən qazanırsız! Sizdən almayacıq, gedib başqa marketdən alacıq. Əmircandakı filialda da olmuşam orda hamının əlində əlcək, papaq olur, mehribanda olurlar. Mağazada söz soruşmağa əməkdaş tapılmır. Mass marketdir, bilirik. Bazarda bu xidmətlə çox uduzacaqsız. Tədbir görün zəhmət olmasa. Arada Bolmarta, Rahata gedin baxın əməkdaşlar necə ürək yandırır, işlərini halal görür".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi dədinləməyə hazırıq...

Geri qayıt