Əsas Səhifə > Gündəm, Manşet > "Access Bank" qanunları BELƏ POZUR...

"Access Bank" qanunları BELƏ POZUR...


28-01-2023, 09:41
"Access Bank" qanunları BELƏ POZUR...
DİA.AZ: - "Mənim anam beş ay öncə vəfat edib. Adında kredit vardı "Access bank"da..." DİA.AZ bildirir ki, bu barədə "Hüquqşünaslar Qrupu" sosial platformasında şikayət edən vətəndaş çıxılmaz durumda olduqlarını ifadə edir.

Narazı vətəndaş daha sonra yazır: "Anamdan bizə heç bir mal-mülk miras qalmayıb. Adımızda heç bir mal-mülk yoxdur. Və zamin da durmamışıq.

Lakin bank bizi məhkəməyə verəcəyini... aylıq maaşdan tutduracağını deyir. Qanunla bunu edə bilərmi?"

"Access Bank" qanunları BELƏ POZUR...

DİA.AZ bildirir ki, vətəndaşın bu şikayəti hüquqşünaslar tərəfindən aşağıdakı kimi dəyərləndirlib və aydın olur ki, "Access Bank" açıq-aşkar qanunları pozmaqla məşğuldur. Hüquqşünaslar açıqlayır:

"AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA MƏHKƏMƏSİNIN PLENUMUNUN 4 iyun 2018-ci il tarixli Qərarına əsasən "borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar"".

Yəni bu o deməkdir ki, "Access Bank" vətəndaşa qarşı qanunsuz tələb irəli sürməkdədir...

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri inləməyə hazırıq...

Geri qayıt