Əsas Səhifə > Gündəm, Manşet > Gömrük sistemində rəhbərlik uğrunda böyük savaş

Gömrük sistemində rəhbərlik uğrunda böyük savaş


15-01-2014, 10:18
Gömrük sistemində rəhbərlik uğrunda böyük savaş
DİA.AZ: - Astara gömrük idarəsi ilə bağlı vətəndaş şikayətləri dövrü mətbuatda zaman-zaman ictimailəşdirilsə də, nədənsə bu qurumla bağlı hansısa tədbirin görülməsi yolunda heç bir addım atılmır. Bu da Astara gömrük idarəsinin rəisi Hikmət Məmmədov üçün əlavə şansın verilməsi anlamına gəlməkdədir. Hər halda, Dövlət Gömrük Komitəsinin rəhbərliyi, başda DGK şefi Aydın Əliyev olmaqla bu barədə susurlar. Halbuki…

Hikmət Məmmədov kimdir?

Aydın Əliyevin nədən susmasının səbəblərinə gəlincə, ilk əvvəl Hikmət Məmmədovla bağlı əlimizdə olan faktlara diqqət yetirək. DİA.AZ-ın apardığı araşdırmalar nəticəsində müəyyən olunur ki, özünün geniş maddi imkanları və biznesi baxımından «Rokfeller» ləqəbi ilə tanınan Hikmət Məmmədov bu gün hakimiyyətin üst düzəyində bir çox məmurlarla əlaqədədir. Və elə bunun nəticəsidir ki, DGK rəhbərliyi də bu gün «Rokfeller»in muxtariyyətinə dözmək məcburiyyətində qalıb.

Bu əlaqələrin yaranması və hansı şəraitdə formalaşması isə sirr deyil. Məlumdur ki, Azərbaycanda məmurların, xüsusən də iri ranqlı məmurların həm də biznesləri var. Və bu gün İran-Azərbaycan marşrutu ilə leqal və qeyri-leqal biznes xəttinə malik olan əksər fiqurlar Hikmət Məmmədovla dostlaşıblar. Çünki ümumi gömrük qapılarının başında Aydın Əliyev dayanırsa, strateji qapının açarları Hikmət Məmmədovun əlindədir. İran qapısından isə Azərbaycana xüsusən nələrin daxil olduğunu təxmin etdikdə, artıq ortada bir şəbəkələşmiş qrupun fəaliyyətinin olduğunu ehtimal etmək olduqca asandır.

Və belə bir şəraitdə «Hikmət Məmmədova nədən gömrük rəhbərliyipnin dişi batmır» sualını cavablandırmaq da rahat olur. Çünki Hikmət Məmmədov həm də qaranlıq çevrələrin himayədarı kimi fəaliyyətdədir. Yəni onun əsas gəliri heç də Astara gömrükxanasının həyətində saxlanılan və İrana müalicə üçün və yaxud da bir-iki kisə kartof gətirmək üçün gedən xırda vətəndaşdan qopardığı beş-on manatla məhdudlaşmır.

Onun varidatı milyonlarla ölçülür

Elə buna görə də Hikmət Məmmədov özünün maddi imkanları baxımından bu gün hətta oliqarx-məmurlarla belə ayaqlaşmaqdadır. Xatırladaq ki, Astaranın gömrük şefinin Qubada, Bakıda və Azərbaycanın daha bir neçə bölgəsində obyektləri, həmçinin mülkləri var ki, bütün bunların da toplu qiymətinin təxminən 20-30 milyon manat dəyərində olduğu təxmin edilir.

Gömrük sistemində rəhbərlik uğrunda böyük savaş

Təbii ki, bunlar hamısı deyil və bu gün özünü hətta Aydın Əliyevin yerində belə görən Hikmət Məmmədovun əlavə gəlir sa0hələri, həm də pul şəklində dövriyyədə olan sərvəti var ki, bunlar da ümumən azərbaycanlı balası olan «Rokfeller»in 100-150 milyon manatlıq varidatının mövcudluğundan xəbər verməkdədir.

Bu qədər vəsait isə az pul deyil. Bunu Hikmət Məmmədovun özü də yaxşı bilir. Ona görə də əvvəlcə Qubaya icra başçısı getmək istəyən və gömrükdəki işlərindən «nə vaxtsa ilişə bilərəm» tədarükü ilə geri çəkilmək fikrinə düşən Hikmət Məmmədov bu gün «ilişmə» ehtimallarının az olması səbəbindən iddialarının miqyasını da böyüdüb. Yəni artıq o, icra başçısı yox, elə gömrükdə qalaraq Dövlət Gömrük Komitəsinin rəhbəri olmağı düşünür.

Aydın Əliyev onu yenə biləcəkmi?

Təbii ki, bu gün onların arasında ciddi ədavətin olduğunu elə mətbuatdan da sezmək mümkündür. Dəfələrlə qəzet səhifələrində Aydın Əliyevə qarşı aparılan kampaniyanın arxasından Hikmət Məmmədovun boylandığı müəyyən olunub. Amma bir daha vurğulayırıq ki, DGK şefinin yetərli gücünün olmaması Hikmət Məmmədovun toxunulmazlığı şəraitində proseslərin sükutla yola verilməsinə gətirib çıxarıb. Yəni Aydın Əliyev onu nüfuzdan salmağa çalışan rəqibinə qarşı hər hansı addımı ata bilməməsi səbəbindən sadəcə olaraq baş verənləri durdurmaqla yetinməli olub.

Bu dava nə ilə bitəcək?

İstənilən bir rəqabətin yekunda qalibi olmalıdır. Və bu gün Aydın Əliyevlə çəkişən Hikmət Məmmədov da davanı bitirmək fikrinə düşüb. Bu barədə DİA.AZ-a danışan məlumatlı mənbələr iddia edir ki, Aydın Əliyevin yerinə özünü hazır görən Hikmət Məmmədov artıqi yuxarıdakı himayədarlarının - iş ortaqlarının da xidmətlərindən yararlanmağı düşünür.

«Amma onun bu istəyinə hansı dərəcədə nail olub-olmayacağı isə proseslərin inkişafından asılıdır». Bunu da mənbəmiz əlavə edir və bildirir ki, yaxın günlərdə gömrük sistemi ilə bağlı hakimiyyətin üst düzəyində müzakirələr olacaq: «Ola bilsin ki, bu müzakirələrdə dəyişikliklə bağlı xeyir-dua verilsin. Çünki Hikmət Məmmədov ciddi şəkildə niyyətlənib. Amma bir fat da var ki, Aydın Əliyevə qarşı etimadsızlıq da yoxdur. Yəni adam əvvəlki qədərində etimad sahibidir. Belə bir səddi keçmək isə Hikmət Məmmədov üçün asan olmayacaq»…

Geri qayıt