Əsas Səhifə > Gündəm, Manşet > ANS Rüstəm İbrahimbəyov qadağasını yırtmaq istəyir

ANS Rüstəm İbrahimbəyov qadağasını yırtmaq istəyir


13-01-2014, 10:18
ANS Rüstəm İbrahimbəyov qadağasını yırtmaq istəyir
DİA.AZ: - Son prezident seçkiləri ərəfəsində hakimiyyətlə münasibətlərini korlayan və hətta adı Rusiyanın rəsmi Bakıya qarşı təzyiq planında əsas fiqurlardan biri kimi hallandırılan tanınmış kinorejissor Rüstəm İbrahəimbəyova qarşı rəsmi dairələrin münasibəti aydındır. Yəni hakimiyyətin bütün cinahları kimi hər bir məmur Rüstəm İbrahimbəyovla təmaslarını belə kəsib.

Hətta bu sırada Dövlət Neft Şirkəti zamanında daha da irəli gedərək Rüstəm İbrahimbəyovun mülklərinə, ərazilərinə belə əl qoyduğunu elan etmişdi, yəni fakt budur ki, hakimiyyət və ona yaxın dairələr Rüstəm İbrahimbəyovun Rusiya tərəfindən rəsmi Bakıya qarşı bir alət kimi istifadə edilməsini sıradan bir hadisə kimi yox, əsl ədavət olaraq qəbul edir.

Elə buna görə də həmin münasibət gərginliyinin ilk günlərində belə bir informasiya yayıldı ki, hətta Rüstəm İbrahimbəyovun çəkdiyi, çəkilişində hansısa formada iştirak etdiyi filmlərin AzTV və digər telekanallarda yayımı da qeyri-rəsmi olaraq qadağan edilib. Təbii ki, belə bir faktın mövcudluğu heç də yaxşı hal sayılmır. Ən azından ona görə ki, Rüstəm İbrahimbəyov bir vətəndaş kimi yarıtmazlığını ortaya qoydu, amma bir rejissor kimi keyfiyyətsizlik nümayiş etdirməyib. Hələ ki…

Yəqin elə bu faktı nəzərə alan ANS kanalı da efir məkanında Rüstəm İbrahimbəyovun adına olan qeyri-rəsmi qadağanı yırtmağı qəsd edib. DİA.AZ bildirir ki, ANS dünənki yayımında tamaşaçılara çəkiplişlərində Rüstəm İbrahimbəyovun da iştirak etdiyi Türkiyə rejisosorlarının «Balalayka» filmini yayımlayıb. Hər halda, bununla ANS bir yandan «qadağa zonası»nın iştirakçılarından olmadığını nümayiş etdirməklə yanaşı, həm də yuxarıda vurğuladığımız məqama önəm verdiyini di hiss etdirməkdədir. Yəni söhbət vətəndaşlıq keyfiyyətsizliyinin rejissorluq keyfiyyətinə şamil edilməməsindən gedir…

ANS Rüstəm İbrahimbəyov qadağasını yırtmaq istəyir

Geri qayıt