Əsas Səhifə > Gündəm, Manşet > "Kapital Bank" öz müştərisini məmnun edə bilmirsə...

"Kapital Bank" öz müştərisini məmnun edə bilmirsə...


14-12-2022, 09:13
"Kapital Bank" öz müştərisini məmnun edə bilmirsə...
DİA.AZ: - "Şikayətim "Kapital Bank" haqqındadır". DİA.AZ bildirir ki, bu barədə "Müştəriyəm Şikayətçiyəm" sosial qrupundakı paylaşımında Günay adlı istifadəçi giley edir.

"Kapital Bank" öz müştərisini məmnun edə bilmirsə...

Narazı vətəndaş daha sonra yazır: "Bu bank kimi ölkədə lazımsız ikinci bank tanımıram. Maaş kartımın dəyişməsi üçün dəfələrlə müraciət etmişəm. Yəni ki yeni müştəri deyiləm... Adım sistemlərində var.. Kart alanda 2 il əvvəl əməkdaşları dirəşdi... Üzdən-gözdən saldı... Zorla "birkart" açdılar adıma. Bu günə qədər istifadə etməmişəm necə verilib elədir.

İndi mən onu ləğv etmək üçün yaxınlaşdım. Qayıtdılar ki, vəsiqəni təqdim edin... Mən də "kopya"sını verdim. Əsli yox idi. Dedilər yox, əsli lazımdır. Dedim, bu hansı qanundur? Adım sisteminizdə var... vəsiqə "kopya"sı üstümdə... Əsli nədir?

Gördü, dirəşirəm... qayıtdı, bizim daxili qaydamızdır. Dedim, xanım, gətir göstər o daxili qaydanı... Müştəri kimi mənim də bilmək haqqımdır. Getdi arxaya... gəldi ki, yox, göstərə bilmərik, o bizim daxili qaydalarımızdır... təzə qəbul etmişik... Dedim, onda müştəriyə "sms" vasitəsi ilə bildirməli idiniz. Dedim, mən Mərkəzi Banka ərizə yazacam... Yenə getdi... müdirə nə dedi-demədi... gəldi ki hə, belədir vəziyyət.

Ertəsi gün zəng eləmişəm bas ofislərinə ki bu ne deməkdir... Üzr istəyirlər ki araşdıracağıq..."

Vətəndaşın iddia etdikləri ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt