Əsas Səhifə > Gündəm, Manşet > Vasif Talıbov Naxçıvanı belə gözəlləşdirir...

Vasif Talıbov Naxçıvanı belə gözəlləşdirir...


23-11-2022, 08:45
Vasif Talıbov Naxçıvanı belə gözəlləşdirir...
DİA.AZ: - Ötən həftə Naxçıvanda keçirilən ənənəvi iməciliklərdə 30 min ağac əkilib. DİA.AZ bildirir ki, bu dəfəki iməcilik aksiyası YAP-ın yaranmasının otuz illiyinə həsr edilib. “Yeni Azərbaycan Partiyasının 30 illiyinə 30 min ağac” şüarı ilə keçirilən aksiyada Naxçıvanın bütün rayon, şəhər və qəsəbələrindəki büdcə təşkilatı kollektivləri iştirak edib.

Naxçıvanda hər həftənin şənbə və bazar günləri iməciliklər keçirilir.

Yeli sakinlərin məlumatına görə, idarə və təşkilatlarda çalışanlar bu iməciliklərə məcburi şəkildə, təhdid altında aparılıblar. Qeyd edək ki, dia.az olaraq bu barədə dolğun bilgiləri nəzərinizə çatdırmışıq.

Bu da hamısı deyil. Verilən məlumata görə, əkilən ağaclara verilən pul isə, məcburi şəkildə iməcliyə cəlb olunanların maaşından tutulur.

Məsələ ilə bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt