Əsas Səhifə > Gündəm, Manşet > Naxçıvanda bu qadağa HƏLƏ DƏ QÜVVƏSİNDƏDİR...

Naxçıvanda bu qadağa HƏLƏ DƏ QÜVVƏSİNDƏDİR...


21-11-2022, 08:53
Naxçıvanda bu qadağa HƏLƏ DƏ QÜVVƏSİNDƏDİR...
DİA.AZ: - Naxçıvan sakinlərinin yazdıqlarına görə, Muxtar Respublikaya dərman aparmaq qadağası hələ də davam edir. DİA.AZ bildirir ki, bu da Naxçıvanın dərman inhisarçılarına dərman pereparatlarını istədikləri qiymətə satmalarına şərait yaradır. Onsuz da kasıb vəziyyətdə yaşayan naxçıvanlılar düzgün müalicə oluna bilmirlər.

DİA.AZ-ın məlumatına görə, sakinlərdən biri yazır: "Bakıdan Naxçıvana alma, nar, ən müxtəlif meyvələr gətirilir. Hətta Bakı arağına da məhdudiyyət qoyulmur. Nəticədə həmin məhsulların qiyməti xeyli ucuzlaşıb. Bəs dərmanların gətirilməsinə niyə izn verilmir? Dərmanlar həyat üçün Bakı arağı qədər önəmli deyil?".

Ümid edirik ki, müvafiq dairələr bu haqlı irada və suallara aydınlıq gətirəcək.

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt