Əsas Səhifə > Gündəm, Manşet > İcra başçısı müəllim puluna göz dikib

İcra başçısı müəllim puluna göz dikib


5-01-2014, 11:04
İcra başçısı müəllim puluna göz dikib
DİA.AZ: - Redaksiyamıza laçınlı müəllimlər adından şikayət məktubu daxil olub. Sözügedən rayonun icra hakimiyyətinin başçısı Akif Səlimovdan narazılıq edən müəllimlər DİA.AZ-ın elektron poçtuna ünvanladıqları şikayət məktubunda yazır:

“Sizə Laçın müəllimləri adından müraciət edirik. Laçın rayonunun icra başçısı Akif Səlimov bu dəfə də bizim pulumuza göz dikib. Laçın Rayonunun nəzdində olan bütün dövlət müəssiəslərinin rəhbəri postu ilə bağlı açıq hərrac keçirən, müdir vəzifələrini alıb-satan Akif Səlimov indi də pul qazanmaq üçün müəllimlərin pulunu kəsməyə başlayıb. 3-4 aydır ki, minlərlə müəllimin maaşından 20-50 manat arasında pul kəsilir ki, bu da gah abunə haqqı, gah yeni il şənliyi, gah da digər amillərlər izah edilir. Artıq iş o həddə çatıb ki, bəzi müəllimlər öz işlərindən imtina etmək qərarına gəliblər.

Maaşlar elə yazılır ki, ay sonunda öz maaş kartını bankomata salan müəllim maaşının ciddi miqdarda azaldığına şahid olur. İşin ən maraqlı tərəfi isə odur ki, bu barədə müəllimlərə heç bir xəbərdarlıq edilmir. Onları bu barədə məlumatlandırmağa belə ehtiyac duyulmur. Bununla bağlı əlaqədar qurumlara şikayət edən müəllimlərə isə bildirirlər ki, qərar Akif Səlimovun qərarıdır.

Sizdən bu biabırçılığı işıqlandırmağınızı xahiş edirik. Ümid edirik ki, A.Səlimoun bu özbaşınalığının qarşısı alınacaq, belə rüsvayçılıqlar bir daha təkrar olmayacaq, icra başçısı müəllim çörəyinə göz dikməkdən əl çəkəcək”.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt