Əsas Səhifə > Gündəm, Manşet > AİLƏ PODRATI bir yana, qanunları da tanımaq istəmirlər...

AİLƏ PODRATI bir yana, qanunları da tanımaq istəmirlər...


8-09-2022, 07:56
AİLƏ PODRATI bir yana, qanunları da tanımaq istəmirlər...
DİA.AZ: - Dünən SOCAR-ın tabeliyində olan «Neftqazelmitədqiqatlayihə» İnstitunun necə idarə olunması ilə bağlı ilginc faktları təqdim etmişdik.

Yazı burada: Buralar köhnə üsullarla İDARƏ OLUNUR - «Neftqazelmitədqiqatlayihə»də AİLƏ PODRATI

DİA.AZ bildirir ki, bu fakta nədənsə qarşı tərəf sumağa üstünlük verdi. Hər halda, deyilənlər təkzib olunmasa da, izahata bir ehtiyac var idi. Görünür, cənablar özlərini yetərincə arxayın hiss etdiklərindən ümumiyyətlə, danışmaq istəmədilər.

Bu gün isə sözügedən qurumla bağlı daha bir fakt açıqlanıb.

"İşçinin taleyi həm də işlədiyi müəssisənin kadr siyasətini formalaşdıran şəxslərdən asılıdır. Vay o gündən ki,həmin şəxslərin savadı,peşəkarlığı, bilik və bacarıqları tutduğu peşəyə uyğun olmaya". Deyə ittiham səsləndirən tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı aşağıdakı növbəti faktı ifşa edib:

"SOCAR "Neftqazelmitədqiqatlayihə" İnstitutu rəhbərliyi tərəfindən ölkənin əmək qanunvericiliyinin pozulması davam edir. Belə ki, işçilər institutun İR( kadrlar şöbəsi) dəvət olunaraq onları hansı tarixdə test imtahanında iştirak edəcəkləri barədə sənədə qol çəkdirirlər.

AİLƏ PODRATI bir yana, qanunları da tanımaq istəmirlər...

Bununla da İnstitut rəhbərliyi, və müvafiq Departament(şəxs) ARƏM Maddə 65 ,66 və Nazirlər Kabinetinin 23.05 .2001-ci il tarixli, 97 saylı qərarını pozmaqda davam edir. Attestasiya olunacaq işçinin, attestasiyadan qabaq imtahan olunması absurd və ölkə qanunvericiliyinə ziddir. Bu işçini ixtisar etmək üçün işəgötürən tərəfindən aparılan qeyri qanuni bir siyasətdir. İşçinin bilik və bacarığının ikiqat yoxlanmasının hansı qanuna istinadən edildiyi də məlum deyil.
İnstitut rəhbərliyi bilməlidir ki, heç bir əmr qanundan üstün ola bilməz. . Heç bir məntiqə sığmayan bu qeyri qanuni imtahandan işçilərin imtina etmə hüququ var!
Ölkənin əmək qanunvericiliyini pozan İnstitut rəhbərliyi hələ də ARƏM-n müvafiq maddələrinə əsasən cəzalandırılmayıb..."

Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt