Əsas Səhifə > Gündəm, Manşet > 147 il öncə yarandı... HƏLƏ DƏ AYAQDADIR...

147 il öncə yarandı... HƏLƏ DƏ AYAQDADIR...


22-07-2022, 08:14
147 il öncə yarandı... HƏLƏ DƏ AYAQDADIR...
Bu gün Azərbaycanda milli mətbuatın yaranması günüdür.

147 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub.

Biz nə "Əkinçi"nin bir dəyər kimi necəliyini vəsf edəcəyik, nə də Milli Mətbuatımızın keçdiyi yoldan bəhs edəcəyik.

Fikrimiz mətbuatın hazırki durumundandır... Azərbaycana - güclü Azərbaycana yaraşmayan durumundan.

Deyirlər ki, bayram günü xoş sözlər deyilər ki, xoş əhvallar formalaşsın.

İllərdir xoş söz deyirik, əhvalımız isə elə eynidir.

Bu səbədən ilk olaraq xoş olmayan halımızı xatırlatdıq. İkinci olaraq isə ümidlərimizi çatdırırıq...

İnanırıq ki, Azərbaycan mətbuatı nəhayətdə millətimizin və dövlətimizin əkindü ciddi gücə çevriləcək, kimlərinsə əlində oyuncağa yox...

DİA.AZ olaraq bütün mətbuat işçilərinə məşhur "Oyuncaq" filmindəki həmkarımız kimi oyucağa çevrilməyi yox, haqq etdiyimiz söz müstəqilliyini arzu edirik....

BAYRAMINIZ MÜBARƏK....

Geri qayıt