Əsas Səhifə > Gündəm, Manşet > Astarada vətəndaşı DÜŞÜNƏN YOXDUR...

Astarada vətəndaşı DÜŞÜNƏN YOXDUR...


19-04-2022, 08:09
Astarada vətəndaşı DÜŞÜNƏN YOXDUR...
Astaranın Miki kənd sakini İlhamə Hüseynova ailəsi ilə çadırda yaşayır. Onun evi 2019-cu ildə elektrik qısa qapanması nəticəsində əşyaları ilə birlikdə yanıb. İlhamə icra hakimiyyəti tərəfindən hər qış 12 metrlik “klyonka” ilə təmin edildiyini deyir.

DİA.AZ xəbər verir ki, vətəndaş dövlət qurumlarına xeyli nəticəsiz müraciətlər edib. Hüseynova mövsümlük naringi ağaclarına qulluq etməklə günəmuzd çalışır. Əldə etdiyi vəsait və qonşuların yardımı ilə özünə ev tikmək istəyir. Amma dam örtüyü almağa imkanı yoxdur.

İlhamə deyir ki, iki həftə öncə oğlunu ilanın sancdığı çadırda yaşamaq artıq mümkün deyil.

Daha ətraflı aşağıdakı videoda:



Məsələ ilə bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

Geri qayıt