Əsas Səhifə > Gündəm, Manşet > Onlar bir-biriləri ilə yola getmirlər...

Onlar bir-biriləri ilə yola getmirlər...


10-03-2022, 10:06
Onlar bir-biriləri ilə yola getmirlər...
DİA.AZ: - Zaman-zaman hakimiyyət içində ayrı-ayrı məmurların bir-biriləri ilə ədavətdə olmaları haqda müxtəlif səpgili informasiyalar ictimailəşib. Yəni təbii qarşılanır ki, hakimiyyət içində maraq toqquşmaları mövcuddur. Doğrudur, diqqətə gələni burada toqquşan məmurların əsasən, köhnə eşalona aid olmalarıdır. Yəni yenilər hələ ki öz aralarında yola gedirmiş kimi görünürlər.

Bununla bağlı DİA.AZ-a danışan hökumətdəki mənbənin iddialarına görə, hazırda iki köhnə eşalon təmsilçisinin - Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovla Maliyyə Naziri Samir Şərifovun münasibətləri çox gərgindir.

Məlumatı verəmn mənbə iddia edir ki, hazırda ona id olan şirkətləri bir-birinin ardından itirməkdə olan Kəmaləddin Heydərova bu itkiləri azmış kimi Maliyyə nazirliyi tərəfindən də müəyyən badalaqlar vurulmaqdadır. Mənbənin dia.az-a söylədikləri:

"Samir Şərifovun nazirliyi FHN şefinin şriktələrinin maliyyə əməliyyatları ilə bağlı "yuxarılara" elə hesabatlar təqdim etməkdədir ki, bu faktlara görə Kəmaləddin Heydərova hətta cinayət işi də açılaa bilər. Doğrudur, siyasi rəhbərlik həmin informasiyaları yalnız arxivləşdirimiş kimi görünür. Amma buna rəğmən konkret addımların atılması da mümkündür. Söhbət hüquqi qiymətləndirmədən gedir və bu işdə Samir Şərifovun özəl təşəbbüsləri inkarolunmaz faktdır".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Geri qayıt