Əsas Səhifə > Gündəm, Manşet > Yeni İSLAHAT DALĞASI: Maliyyə Nazirliyi də ləğv oluna bilər...

Yeni İSLAHAT DALĞASI: Maliyyə Nazirliyi də ləğv oluna bilər...


25-02-2022, 10:08
Yeni İSLAHAT DALĞASI: Maliyyə Nazirliyi də ləğv oluna bilər...
DİA.AZ: - Prezident İlham Əliyev komandasını köklü şəkildə yeniləməkdədir və bu sialahat prosesi heç də yarıda qalmayıb. Ramiz Mehdiyevin AMEA-dan uzaqlaşdırılmasının ardından yeni proseslərə start veriləcəyi gözləniləndir. Xatırladaq ki, dövlət başçısı yeni hakim elitanı formalaşdırır. Artıq gənc fiqurlara üstünlük verilir. DİA.AZ bildirir ki, köhnə komandadan bir neçə nazir qalıb ki, onların da yola salınacağı xəbərlər sırasındadır.

Xüsusən maliyyə naziri Samir Şərifovun adı çəkilir. Ehtimallara və mediada gedən təhlillərə görə, Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyi birləşdirilir, S.Şərifov yola salınır.

Onu da qeyd edək ki, Samir Şərifov üst qatda özünü nə qədər “sözəbaxan” göstərməyə çalışsa da onun iddialarını görməmək imkansız idi. Özü haqda “islahatçı nazir”, “qərbyönümlü məmur” imici formalaşdırmağa cəhdlər göstərən maliyyə nazirinin ən yaxın hədəfi isə baş nazir postu idi.

Hazırki vəziyyətdə də hakimiyyətin iqtisadi imicinə ciddi zərbə vuran olaylarla bağlı maliyyə nazirinin məsuliyyətinin unudulduğunu düşünmək olmaz. Bu barədə yerli KİV-də yetərincə informasiyalar verilib.

İndi isə görünəni odur ki, Beynəlxalq Bank işində yaxasını kənarda tutmağı bacaran Samir Şərifov bu dəfə hədəfdədir. Və özü də bir nömrəli hədəfdə...

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt