Əsas Səhifə > Gündəm, Manşet > MİKAYIL CABBAROVA TƏLƏBƏLƏRİN ŞOK MÜRACİƏTİ

MİKAYIL CABBAROVA TƏLƏBƏLƏRİN ŞOK MÜRACİƏTİ


20-11-2013, 10:23
MİKAYIL CABBAROVA TƏLƏBƏLƏRİN ŞOK MÜRACİƏTİ
«BİZ İNANIRIQ Kİ, RUHƏN BİZƏ YAXIN OLAN GƏNC NAZİR TƏDBİR GÖRƏCƏK»

DİA.AZ: - Redaksiyamıza Azərbaycan təhsilinə Misir Mərdanov dövründən miras qalan biabırçı faktları çatdıran ilginc bir məktub daxil olub. Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialıın direktoru Orucəli Rzayevin əməllərindən giley-güzar edən filialın bir qrupp tələbəsi DİA.AZ-a ünvanladıqları anonim şikayət məktubunda çox ciddi ittihamlar da səsləndirilib.

Biz yalnız bu ittihamların etik çərçivəyə sığan məqamlarını diqqətinizə çatdırırıq. Beləliklə bir zamanlar eyni institutun Mingəçevir filialına rəhbərlik etmiş Orucəli Rzayevdən giley-güzar edən tələbələr yazır ki, hətta Mingəçevirdə olarkən də filial müdiri özünün qanunsuz əməlləri ilə mətbuat səhifələrində materiala çevrilib:

«Bu gün Zaqatalada müəllim yetişdirilmir. Orucəli Rzayev elə bir şərait yaradıb ki, filial tam qanunsuzluqlarla və həm də özbaşınalıqlarla zəngindir. Tələbələrdən pul alınmazsa, onlara qiymət yazılmır. İmtahan sessiyası başlamamış artıq imtahanların qiymətləri elan olunub, tələbələrdən pul yığılır».

Tələbələr Orucəli Rzayevi həmçinin çox ciddi şəkildə ittiham də edirlər ki, bu ifadələrin mətbuat səhifələrinə çıxarılması belə mentalitetimizə uyğun deyil.

Tələbələr daha sonra yazır: «Biz gələcəyin müəllimləriyik. Yəni başqa sahənin adamları deyilik. Buradan cənab nazirimiz Mikayıl Cabbarova müraciət edirik. O da bizim kimi gəncdir və bizi yaxşı başa düşər. Ruhən bizə yaxın olan birisi kimi gənc nazirimizdən köhnəliyin qalığı olaraq Azərbaycan təhsilində rüşvəti yaşadan Orucəli Rzayevlə bağlı sərt tədbirin görülməsini tələb edirik.

Bizdə belə bir təəssürat yaranıb ki, Mikayıl Cabbarov rüşvətsiz təhsilin tərəfdarıdır. Biz də gələcəyin təhsil işçiləri olacağıq. Əgər bizdən bu gün rüşvət alırlarsa, bizim savadımıza yox, cibimizə və başqa dəyərlərə qiymət verilirsə, o zaman biz də ertəsi gün şagirdlərdən rüşvət alacağıq».

Qarşı tərəfi də dinləməyə hazırıq…

Geri qayıt