Əsas Səhifə > Gündəm, Manşet > "Azəriqaz"ın QAYNAR XƏTT MƏZƏSİ...

"Azəriqaz"ın QAYNAR XƏTT MƏZƏSİ...


15-01-2022, 10:26
"Azəriqaz"ın QAYNAR XƏTT MƏZƏSİ...
DİA.AZ: - Əksər dövlət orqanlarının qaynar xətləri demək olar ki, ya işləmir, ya da çox keyfiyyətsiz xidmət göstərir. Əlbəttə ki, bəzi dövlət orqanlarının qaynar xəttləri keyfiyyətli xidmət göstərir. Məsələn, Vergilər Nazirliyini, İqtisadiyyat Nazirliyini, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini və sair dövlət orqanlarını göstərmək olar.

DİA.AZ xəbər verir ki, yeni yaradılan vaxtlarda ASAN Xidmətin 108 Çağrı Mərkəzi daha keyfiyyətli işləyirdi. Amma son vaxtlar Çağrı Mərkəzi keyfiyyətli xidmət göstərmir. Çağrı Mərkəzinə zəng edib məlumat almaq üçün telefonda növbəyə durmaq lazımdı. Təsəvvür edin, bir neçə gün bundan qabaq məlumat almaq istədik, növbəmizin 51 olduğu bildirildi. Bu hesabla növbənin gəlib çatması üçün ən azı 20 dəqiqə gözləməliydik. Halbuki Nazirlər Kabinetinin 2015-ci il 25 fevral tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili qaydalarına görə Çağrı Mərkəzinə daxil olan zənglərin 30 saniyə ərzində cavablandırılmaya qəbulu faizi minimum 80 faiz olmalıdır. Həmin qanunvericilik aktına əsasən isə növbədə gözləmə müddəti 10 saniyədən çox olan zənglərin itirilmə faizi maksimum 5 faiz olmalıdır. Bundan başqa canlı rejimdə fəaliyyət zamanı müraciət edən şəxs növbədə 10 saniyədən çox gözləyərək dəstəyi asdıqda (zəng itirildikdə) və təkrar zəng etmədikdə, gün ərzində əks əlaqə yaradılaraq ona müvafiq xidmət göstərilir. Lakin əksər hallarda 10 saniyədən çox gözləyərək dəstəyi asdıqda (zəng itirildikdə) və təkrar zəng etmədikdə ASAN xidmətin Çağrı Mərkəzi tərəfindən gün ərzində geri zənglər edilmir.

Amma bütün bunlar şükürlüdür. DİA.AZ bildirir ki, hazırda ən bərbad qaynar xətt xidmət göstərəni "Azəriqaz"dır desək, yanılmarıq. Bunu elə günü-gündən artan vətəndaş şikayətləri də təsdiqləyir. Hər gün sosial şəbəkələrdə görünən gileylərdən də aydın olur ki, əslində "Azəriqaz"da qaynar xətt anlayışı yanlış təsəvvür olunur. Yəni bu xəttin də İŞ SAATI var imiş... Halbuki məqsəd burada 24 saat ərzində vətəndaşla əlaqənin qurulmasıdır.

DİA.AZ bildirir ki, "Müştərinin Səsi" sosial qrupunda bir vətəndaş gileyində də sözügedən hal ifadə olunmaqdadır.

"Azəriqaz"ın QAYNAR XƏTT MƏZƏSİ...

Narazı vətəndaş yazır:

"Saat 6-dan sonda "Azeriqaz"a, "185" xəttinə zəng edəndə avtomatik səs qoyublar. Random olaraq bu üç səsdən birini deyir: sizin növbəniz 9, 10, və ya 3-dür.

Və bunları necə gəldi deyir. Əvvəl dedi, sıradakı növbəniz 3, bir az gözlədim dedi 9, sonra bir də dedi 3, sonra yenə dedi 10....

Gözləyəndə növbə azalar da... Bunlar onu da nəzərə almayıb. Adam kimi desinlər ki, saat 6-dan sonra cavab vermirik..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt