Əsas Səhifə > Gündəm, Manşet > Adı qumarda hallanan Fərahil Qəhrəmanovun növbəti qəhrəmanlıqları...

Adı qumarda hallanan Fərahil Qəhrəmanovun növbəti qəhrəmanlıqları...


26-05-2021, 08:35
Adı qumarda hallanan Fərahil Qəhrəmanovun növbəti qəhrəmanlıqları...
DİA.AZ: - Bir müddət əvvəl yerli KİV-də yer alan məlumatlarda Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Fərahil Qəhramanovun qumar borcunu ödəmək üçün Salyandakı obyektini satdığı iddia olunurdu (http://www.dia.az/8/293747-qumarbazi-gence-tehsilinde-himaye-eden-kimdir.html). İndi isə adı çəkilən qalmaqallı məmurla bağlı yeni informasiyalar yayılıb.

Gəncə 8-saylı ƏMHM-nin rəisi Fərahil Qəhrəmanovun regionda rəhbərliyinə aid 7 rayonu əhatə edən ümumtəhsil məktəblərindəki dəst-xətti barədə yerli mənbələrdən DİA.AZ-a daxil olan məlumatda qeyd olnur:

1. Ümumtəhsil məktəblərində vakansiyaların bilərəkdən gizlədilməsi
2.Şagirdlərin sayı imkan vermədiyi halda saxta siniflər açılması
3.Ümumtəhsil məktəblərində heç bir şəraiti olmadığı halda saxta ştatların açılması
4.MiQ-dən kənar şəxslərin müəllim kimi qanunsuz fəaliyyətləri
5.65 yaşı tamam olan direktorların qanunsuz olaraq müqavilələrinin uzadilması və direktor yerlərinin vakansiyadan gizədilməsi
6.Saxtadiplomlu şəxslərin qanunsuz olaraq müəllim kimi fəaliyyətləri
7.Qeyri ixtisas təhsilli və diplomsuz şəxslərin psixoloq kimi qanunsuz fəaliyyətləri
8.Ümümtəhsil məktəblərinin lazımi inventarlarla düzgün təmin edilməməsi
9.MiQ-lə göndərən müəllimlərə saxta H 1,vəH 2 kompensasiyasının ödənilməsi
10.Məktəblərdə otaq və heç bir avadanlıq olmadan qanunsuz laboratoriya ştatlarının verilməsi
11.Xəstə uşaqların sənədlərini saxtalaşdıraraq qanunsuz olaraq evdətəhsilə cəlb edilmələri
12.Məktəblərdə dərnək və əlavə məşğələlərin keçilnədiyi halda pullarının mənimsənilməsi, saxta dərs bölgülərinə
13.Ümumtəhsil məktəblərinnə ayrılan. yanacaq pullarının dolayı yollarla xərclənməsi
14.Pandemiya və kəskin karantin dövründə 2019-cu ilin may, iyun aylarında və56 günlük yay məzuniyyətindən qanunsuz olaraq “Qırmızı Aypara” cəmiyyətinin adına müəllim və texniki işçilərdən tutulmuş məbləğlər və s.
15. Cənab Baş Prokuror və cənab Təhsil Naziri yəqinki, Fərahil Qəhrəmanovun yuxarıda qeyd olunan qanundankənar əməllərinə biganə qalmazlar.

Bu ittihamlarla bağlı dia.az olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq...


Geri qayıt