Əsas Səhifə > Gündəm, Manşet > "Bizi korona yox, "Azəriqaz" yıxacaq..."

"Bizi korona yox, "Azəriqaz" yıxacaq..."


11-12-2020, 09:21
"Bizi korona yox, "Azəriqaz" yıxacaq..."
DİA.AZ: - "Şikayətim "Azəriqaz"dandır. Bir aydan coxdur ki, Xırdalanda yerləşən Yoncaliq deyilən ərazidə qaz közərir, təzyiq normal deyil". DİA.AZ bildirir ki, bu sözlər Aygün Ağa adlı istifadəçinin "Müştəriyəm Şikayətim Var" qrupunda paylaşımında yer alıb.

"Bizi korona yox, "Azəriqaz" yıxacaq..."

Daaha sonra narazı vətəndaş yazır: "Nə kombi isləmir, nə yemək bisirmək, çay isitmək olmur. İşdən evə gəlirsən ki, bəlkə bir stəkan çay içəsən... canın qıza... Onun üçün oturub iki saat gözləmək lazımdır ki nə vaxta çaydan qaynayar.

Vallah, bizi karona yox, yıxsa evdə olan bu soyuq, "Azəriqaz" yıxacaq. Daha bezmişik əllərindən".

Qeyd edək ki, narazı vətəndaş qazın təzyiqinin aşağı olduğunu sübutlayan fotonu da paylaşıb:

"Bizi korona yox, "Azəriqaz" yıxacaq..."

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Geri qayıt