Əsas Səhifə > Gündəm, Manşet > “Panorama Park” Yaşayış Kompleksinin sakinləri kimdən narazıdır?
“Panorama Park” Yaşayış Kompleksinin sakinləri kimdən narazıdır?24-01-2020, 03:09 |
“Panorama Park” Yaşayış Kompleksinin sakinlərinə böyük məbləğdə elektrik enerjisi borcu yazılıb. Sakinlər Bizimxeber.az-a bildirib ki, yaşadıqları “Panorama Park” Yaşayış Kompleksində Azərişıq sayğac quraşdırmadan öncə elektrik enerji sərfiyyatının ödənişini MTK tərəfindən quraşdırılan sayğaclar vasitəsi ilə MTK-ya ödəniş edirdik. (orta hesabla ayda 20-35 AZN). “Daha sonra Azərişıq 2019 noyabr ayının 20-də start verdiyi, lakin 10 dekabr 2019 tarixində plomblayıb, qeydiyyatada alıb sərfiyyatı hesabladığı və 10 yanvar 2020-də göndərdiyi bildirişdə anormal məbləğlər ortaya çıxıb. Bildirişdə qeyd olunan sərfiyyat və məbləğlər dodaq uçurdan qismindədir. Azərişığın nümayəndəsinin bildirdiyinə görə, məbləğlər bildirişdə 30 gün qeyd edilsə də əslində 50 günün yəni sayğacların quraşdırıldığı (start verilib lakin plomblanmadığı gündən) hesabıdır. Azərbaycan Prezidentinin sərəncamı ilə və qanunla nizamlanan qaydada elektrik sərfiyyatı 30 gün içində hesablanmalıdır və hər bir abonent üçün 300 kv limitdən istifadə haqqı tanınır. Əgər 50 günlük bir sərfiyyat varsa Azərişıq bunu niyə iki bildiriş formasında deyilsə tək bir ay halında göndərir? Səbəb nədir? Vətəndaş kimi limitdən niyə istifadə etməməliyik? Prezidentin göstərişinə və qanunlara zidd hərəkət edirlər. Burda “Azərişıq”ın və ya MTK-nın marağı nədir? Məsələ ilə əlaqədar MTK-a müraciət etsək də bizləri “Azərişıq”a yönləndirir, “Azərişıq”a müraciət etdikdə isə bizi “Məsələni MTK həll etməlidir” deyərək yola salır. Əlacsız qalan sakinlər Azərişığa müraciət edərək sayğacların yoxlanılmasını tələb edib, lakin sayğacların normal işlədiyini hər hansı bir problem olmadığını qeyd ediblər: “Sayğaclar quraşdırılıb, nə müqavilə var, nə aktlar, nə dəki sadaladığımız bu sənədlərdə abonent olaraq biz sakinlərin (yaşayan) imzaları yoxdur. Heç bir halda sayğac quraşdırılanda, plomblananda iştirak etməmişik. Sayğacın sıfır (0) olduğunun sübutu yoxdur və hal hazırda tələm tələsik ödənişlərin ödənilməsini tələb edirlər. İyun ayından 20 noyabr ayınadək toplam sərf edilmiş elektrik sərfiyyatı 2791 kvts olduğu halda “Azərişıq”dan 10.12.2019-10.01.2020 tarixləri arasında qeyd etdiyi sərfiyyat isə 2524 kvts gəlir. Düşünün!, 83 kvm sahəli mənzil bu müddətdə 702 AZN sərfiyyat hesablayırlar. Sizcə bu nə dərəcədə düzgündür? Biz sakinlər olaraq hesablamanın düzgün olmadığını və 20 gün (qeydiyyata alındığı, plomblandığı gündən) hesablanan elektrik enerji sərfiyyatının hesabımızdan silinməsini tələb edirik”. Geri qayıt |