Əsas Səhifə > Gündəm > Hesablama Palatası Ağstafa Rayon İcra Hakimiyyətinə və “Təmiz Şəhər”ə ayrılmış vəsaitlərin istifadə vəziyyətini yoxlayıb

Hesablama Palatası Ağstafa Rayon İcra Hakimiyyətinə və “Təmiz Şəhər”ə ayrılmış vəsaitlərin istifadə vəziyyətini yoxlayıb


8-02-2019, 18:03
Hesablama Palatası Ağstafa Rayon İcra Hakimiyyətinə və “Təmiz Şəhər”ə ayrılmış vəsaitlərin istifadə vəziyyətini yoxlayıb
Hesablama Palatasında növbəti kollegiya iclası keçirilib.

“Report” bu barədə Palataya istinadən xəbər verir.

Məlumata görə, iclasda dövlət əsaslı vəsait qoyuluşundan və ehtiyat fondlarından Ağstafa Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərin, eləcə də İqtisaidyyat Nazirliyi yanında “Təmiz Şəhər” ASC-yə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsinə dair nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub.

Hər bir nəzarət tədbiri üzrə auditor hesabatı barədə müvafiq qərar qəbul olunub. Nəzarət tədbirinin nəticələri üzrə qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlara kollegiya qərarının göndərilməsi və Milli Məclisə müvafiq məlumatın təqdim olunması qərara alınıb.

İclasda həmçinin İş Planı ilə nəzərdə tutulmuş bir neçə kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə bağlı proqramlar müzakirə olunaraq təsdiq edilib.

Geri qayıt