Əsas Səhifə > Gündəm > Polisdən İmişli rayonunda

Polisdən İmişli rayonunda


29-01-2019, 16:16
Polisdən İmişli rayonunda
DİA.AZ: - DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.

Belə ki, İmişli rayonu Muradxanlı kənd sakinləri Rafət Həsənov və Tərlan İmanzadə qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindikləri üçün saxlanılıblar. Onlardan 2 ədəd “TULA” markalı ov silahı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı İmişli RPŞ-də araşdırma aparılır.

Geri qayıt