Əsas Səhifə > Gündəm, Manşet > "Lazım gəlsə, 400 min manat verib qurtaracağam"

"Lazım gəlsə, 400 min manat verib qurtaracağam"


27-06-2018, 08:56
"Lazım gəlsə, 400 min manat verib qurtaracağam"
DİA.AZ: - Yardımlı rayonu, Hamarkənd kəndində yaşayan Adışov Himayət Balaş oğlu tərəfindən bir sıra dövlət qurumlarının rəhbərlərinə, habelə DİA.AZ-a şikayət məktubu ünvanlanıb. Narazı vətəndaş yazır:

"Mən uzun müddətdir ki, çoxuşaqlı ailəmlə birlikdə Yardımlı rayonun Hamarkənd kəndində yaşayıram. Əfqanısatn və I Qarabağ Müharibəsi veteranıyam. 1988- 1994-cü ilə qədər müstəqil dövlətimizin qurulmasında və onun müdafiə olunmasında yaxından iştirak etmişəm. yardım batalyon komandiri kimi məsul vəzifədə çalışmış və regionda baş verə biləcək istənilən xaosun qarşısını vaxtında almışıq.
Budur, yuxarı orqanlara "Mənim pulumu və “Yardımlı-Şərab” ASC-nin 500 milyon manatlıq dövlət əmlakını saxtakarlıqla ələ keçirməklə talamış Yardımlı rayon Sırıq kənd icra nümayəndəsinin müavini Hamlet Savadxan oğlu İsgəndərovun qanunazidd əməlləri” barədə göndərdiyim şikayətlərə rəğmən, özünü Yardımlı rayonun prezidenti hesab edən dövlət qulluqçusu H.İsgəndərov mənə ultimatum göndərib ki, nə istəyir, hara istəyir şikayət etsin, lazım gəlsə 400 min manat verib qurtaracağam. Amma Himayətə 4 qəpik də verən deyiləm. Doğrusu mən bir keşmiş batalyon komandiri kimi keçdiyim döyüş yolu imkan verir ki, bu harınlamış adamın arxalandığı köpəklərə istinad edərək belə dillənməsinə əhəmiyyət verməyim. Əgər mən bu dövlətin quruculuğunda yaxından iştirak etmişəmsə deməli onun Ali Qanunlarına inanır və mübarizəmi sonacan davam etdirəcəm. Əgər mən bir döyüşçü olaraq erməni qabağından qaşmamışamsa, deməli, 2006-cı ildə əvvəl "Yardımlı-Şərab"ASC-nin sürücüsü olmuş və pul üstündə Hamletin arvad-uşağına söydüyünə görə Polis İdarəsi rəisinin göstərişi əsasında 15 sutka həbs cəzası almış və 2006-2015-ci illər ərzində idarə etdiyim KAMAZ 5511 markalı avtomobili adıma sənədləşməsinə görə 4600 manat nağd pulu Bank of Bakudan kredit götürüb şahidlərin yanında versəm də, o sonradan bu avtomobili həmin arvad-uşağına söymüş Fəxrəddin Canaliyevə 12000 manata 2015-ci ildə satıb mənimsəyən bir "ŞƏRƏF VƏ LƏYAQƏT" sahibinin qabağından qaça bilərəmmi??? Əsla!.
Hələ bu azmış kimi H.İsgəndərov Cənubi Qafqazda ən böyük şərab istehsalı müəssisələrindən biri olmuş "Yardımlı-Şərab" ASC-nin seçkilər zamanı mitinq və toplantılar üçün dövlət tərəfindən ayrılmış ərazisini də 50000 ABŞ dollarına fiziki şəxsə sataraq mənimsəmişdir. Yerli İcra Hakimiyyəti isə passiv tamaşaçı kimi bu maxenasiyalara göz yummaqla məşğuldur. Haram olsun dövlətin bu qulluqçulara verdiyi çörək ki, Hamlet kimi bir fərarinin qabağında gözlərini döyməklə məşğuldurlar.
Ona görə də başda Ali Baş Komandan cənab İlham Əliyev olmaqla digər orqan rəhbərlərinə də müraciət edərək xahiş edirəm ki, arvadı Nurəngiz Rzayevanın vəzifə səlahiyyətlərindən süi-istifadə edərək əsassız varlanmış Hamlet İsgəndərovun qanuna, əxlaqa, insanlığa, müsəlmançılığa, zidd hərəkətləri barədə tədbirlər görülməsi üçün göstəriş verəsiniz".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt