Əsas Səhifə > Gündəm, Manşet, Araşdırma > İrəvandan Ayaz Mütəllibovla bağlı GÜLMƏLİ QƏRAR

İrəvandan Ayaz Mütəllibovla bağlı GÜLMƏLİ QƏRAR


23-02-2018, 12:33
İrəvandan Ayaz Mütəllibovla bağlı GÜLMƏLİ QƏRAR
Ermənistanın “Adi soyqırım” təşkilatının rəhbəri Marina Qriqoryan Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov və Milli Qəhrəman Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsini tələb edib.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “İravunk” qəzeti yayıb.

Qəzet Qriqoryanın bu təkliflə Azərbaycan Baş Prokurorluğunun Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyanın Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi qərarından sonra çıxış etdiyini bildirib:

“Mənə təəccüblü gəlir ki, niyə 30 il ərzində biz OMON komandiri Şahin Tağıyevi beynəlxalq axtarışa verməmişik. O, hazırda İsveçdə rahat yaşayır. Mən dəfələrlə demişəm ki, o, həbs edilməlidir”.

Qeyd edək ki, Qriqoryan Sumqayıt hadisələri ilə bağlı aktiv "mübarizə aparan" şəxslərdəndir.

Geri qayıt