Əsas Səhifə > Gündəm, Manşet > Rusiyada rus dələduzların tələsinə düşən soydaşımız səfirdən kömək istədi

Rusiyada rus dələduzların tələsinə düşən soydaşımız səfirdən kömək istədi

27-12-2017, 08:45
Rusiyada rus dələduzların tələsinə düşən soydaşımız səfirdən kömək istədi
DİA.AZ: - Sumqayət şəhəri H. Z.Tağıyev qəsəbəsi ev 2 sakini hazırda Rusiya Federasiyasının Tula şəhərinin Şolkin rayonu Yemilyanov küçəsi ev 8 mənzil 35-də yaşayan Əliyev Natiq Söhrab oğlu DİA.AZ-a şikayət ərizəsi ünvanlayıb. Narzı soydaşımız yazır:

"Mən Azərbaycan mətbuatı vasitəsi ilə Azərbaycanın Rusiyadakı səfiri hörmətli Polad Bülbüloğluna, Rusiyanın Azərbaycandakı səfiri Georgi Zuyevə və diaspor cəmiyyətinə müraciət edib çox-çox xahiş edirəm mənə yaxından kömək etsinlər.Mən 2000-ci il tarixdən Azərbaycandan Rusiyaya gəlib Tula oblastının Şolkin rayonunda biznes qurmuşam.Bütün işlərimi qaydasında lazım olan qanunu sənədlərlə aparıb dövlətə vergi ödəmişəm.Rusiyanı özümə ikinci vətən hesab edirəm.Ancaq təxminən bir il öncə 3 nəfər vəzifəli şəxs tərəfindən aldadılmışam ki, buna görə sahibkarlıq fəaliyyətimi dayandırmışam.Hansı ki, həmin şəxsləri himayə edən Tula şəhərinin meri belə hərəkətlərinə görə cinayət məsuliyyətinə cəlb edilərək həbs olunub.İndi həmin 3 nəfər vəzifəli şəxs isə azadlıqdadırlar.Onlarında cinayət törətməsini təsdiq edən konkret subutlarım var.Belə ki, həmin üç nəfər Serqeyev Yuri Dimitirioviç, Lyustqarten Roman Yuriyeviç və Ermakov Serqey Aleksandroviçdir.Onlar həbs edilən şəhər merinin himayəsində olan MMC-nin təsisçiləridirlər".

Daha sonra dia.az-a daxil olan müraciətdə deyilir: Onların MMC-ləri tərəfindən Şolkin rayonunda 1700.000 rubul ödəyib 3 ədəd palatka (ticarət köşkü) aldım.Bunun üçün Sumqayıtda olan evimi satıb onlara ödədib.Təxminən bir il sonra laryoku həmin 3 nəfər şəxs qanunsuz olaraq əlimdən alıb başqa şəxslərə icarəyə verdilər ancaq ödədiyim 1700.000 rubul pulumu özümə qaytarmadılar. Həmin 3 nəfər MMC-nin əməkdaşlarını həbs edilən şəhər meri himayə edirdi.Mən üzləşdiyim bu cinayət barədə şikayət etsəmdə baxılmayıb.Buna görə mən Azərbaycanın Rusiyadakı səfirliyinə gedib müraciət etdim.Oradan mənə araşdırılacağına söz verilsədə indiyə qədər kömək olunmamışdır.Mən mətbuat vasitəsi ilə Azərbaycanın Rusiyadakı səfiri cənab Polad Bülbüloğluna və Rusiyanın Azərbaycandakı səfiri Georgi Zuyevə müraciət edib çox-çox xahiş edirəm mənə qanunu qaydada köməklik edəsiniz ki, mənə vurulmuş ziyan həmin MMC-nin əməkdaşları tərəfindən ödənilsin.Çox-çox xahiş edirəm mənə yaxından köməklik edəsiniz. Hazırda iki azyaşlı uşağım və həyat yoldaşımla birlikdə borc içində Rusiyada yaşayırıq.İnanıram ki, səfir Polad Bülbüloğlu və Rusiyanın Azərbaycandakı səfiri Georgi Zuyev bu işdə mənə yaxından köməklik edəcək.

Əlaqə telefonum; 7953-187-02-12"

Mövzu diqqətimizdədir.

Geri qayıt