Əsas Səhifə > Gündəm > Rusiyadan Türkiyə pomidorları ilə bağlı yeni

Rusiyadan Türkiyə pomidorları ilə bağlı yeni


13-09-2017, 17:45
Rusiyadan Türkiyə pomidorları ilə bağlı yeni
Rusiya Türkiyədən pomidor tomatlarının tədarükünə qışdan tez icazə verməyəcək.

Trend-in məlumatına görə, bu barədə Rusiya kənd təsərrüfatı naziri Alkesandr Tkaçyov deyib.

Nazir bildirib: "Biz Türkiyədə istehsal olunan pomidorları bazarlarımıza buraxarkən ilk növbədə Rusiya məhsul istehsalçılarını düşünməliyik, ona görə bazarın monitorinqini aparmalıyıq".

Qeyd edək ki, Rusiya Türkiyədən pomidor tədarükünə icazə verilməsi ilə bağlı avqustun 31-də qərar qəbul edib.

Qərardan sonra icazənin Türkiyənin yalnız 9 pomidor istehsalçısı müəssisəsinə şamil edildiyi barədə bəyan edilmişdi.

Geri qayıt