Əsas Səhifə > Gündəm, Manşet > "İki balaca uşaqla Bakı- Lənkəran yolunda qalmışam..."

"İki balaca uşaqla Bakı- Lənkəran yolunda qalmışam..."

15-03-2017, 08:22
"İki balaca uşaqla Bakı- Lənkəran yolunda qalmışam..."
DİA.AZ: - Lənkəran şəhəri, M.Ə.Sabir küçəsi,ev 1/9 ünvanında qeydiyyatda olan, Bakı(AZ1128) Suraxanı rayonu, Yeni Suraxanı qəsəsbəsi, Mərkəzi küçə, keçid 8-də yaşayan Məmmədova Adilə İlqar qızı Azərbaycan Respublikasının I vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Mən, Adilə Məmmədova Məmmədov Sarvan Nağı oğluilə 01.12.2011-ci ildə rəsmi nikahla ailə həyatı qurmuşam.17.08.2013 doğum tarixli Nargilə və 31.07.2016 tarixli Yusif adlı İki azyaşlı övladımız var.Mən evdar qadın kimi uşaqlara baxıram.Yoldaşım İlqar iş tapa bilmədiyindən günəmuzd əməklə məşğul olur. Elə günlər olur ki, evə çörək almağa pul tapmır. Hazırda Bakı şəhəri(AZ1128)Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçədə. keçid 8-də qohumumuzun evində 1 otaqda müvəqqəti sığınacaqda yaşayırıq. Şəxsi evimiz, heç bir daşınar və daşınmaz əmlakımız yoxdur. Ailəmizin iqtisadi vəziyyəti çox acınacaqlıdır. Xahiş edirəm bizim 4 nəfərlik ailəmizə ünvanlı sosial yardım edilməsinə köməklik göstərərsiniz".

Daha sonra dia.az-a daxil olan ərizədə qeyd olunur: "Mənim ikinci övladım Yusif 31.07.2016-cı ildə Bakı şəhərində, 2 saylı doğum evində anadan olmuşdur. Uşağın AZE 11202163 saylı şəxsiyyət vəsiqəsi qeydiyyatda olduğum Lənkəran şəhər Polis Şöbəsi tərəfindən verilmişdir. Uşağın anadan olması barədə Səhiyyə Nazirliyinin Əvəzləmə Kartı təsdiq edilərək ƏƏSMN—anında DSMF-nun Lənkəran şəhər şöbəsinə uşağa birdəfəlik “Süd pulu”nun alınması barədə dəflərlə müraciət etsək də bürokratiya və süründürməçilik bizi bezdirmişdir. 100 manat yardımı almaqdan ötrü iki balaca uşaqla Bakı- Lənkəran yolunda qalmışam.

Çoxhörmətli Mehriban xanım gənc ailəmizin indiki böhranlı dövrdə düşdüyü imkansızlığı nəzərə alaraq ünvanlı sosial yardımın və 7 aylıq oğlum Yusifə çatası birdəflik “süd pulu”nun bizə verilməsində köməklik göstərməyinizi bir daha xahiş edirəm".

Geri qayıt