Əsas Səhifə > Gündəm, Manşet > "NikoilBank" vətəndaşlara QARŞI

"NikoilBank" vətəndaşlara QARŞI


9-01-2017, 07:55
"NikoilBank" vətəndaşlara QARŞI
DİA.AZ: - Redaksiyamıza "NikoilBank"la bağlı ilginc iddiaların yer aldığı böyük bir fırıldaq faktı barədə informasyia daxil olub. Belə ki, DİA.AZ-ı bilgiləndirən mənbə sözügedən bankın Bakıda bir neçə rayon məhkəməsinin icra şöbəsi ilə əlbir şəkildə kreditorları taladığını iddia edib.

Qaynağın sözlərinə görə, gecikməsi olan kreditorlar Bakının bir neçə rayon məhkəməsinin təzyiqi altında rəsmən qarət olunur.

Onu da bildirək ki, DİA.AZ olaraq sözügedən faktlarla bağlı araşdırmaya başlamışıq və əlimizdə real səs yazıları da mövcuddur ki, həmin iddiaları təsdiqləyir. Hələlik bu barədə araşdırmalarımız getdiyindən daha dolğun bilgiləri yaxın vaxtlarda təqdim edəcəyik və çalışacağıq ki, bankın da mövqeyi ifadə olunsun.

Bizi izləyin... Və sizlər də şahid olacaqsınız ki, bu gün vətəndaşlar məhkəmə-bank ortaqlığı tərəfindən necə qarət olunur...

Geri qayıt