Əsas Səhifə > Gündəm, Manşet > Qobustanda abadlıq işləri kimin hesabına həyata keçirilir?

Qobustanda abadlıq işləri kimin hesabına həyata keçirilir?


1-12-2016, 08:26
Qobustanda abadlıq işləri kimin hesabına həyata keçirilir?
İxtisasca baytar olan Adil Məmmədov 1994-2002-ci illərdə Oğuz, 2002-2004-cü illərdə Qəbələ, 2004-2011-ci illərdə Biləsuvar rayonu icra hakimiyyətinin başçısı vəzifəsində işləmişdir. Adil Məmmədov 2011-ci ildən Qobustan rayonu icra hakimiyyətinin başçısıdır. Gundelik-Baku.com olaraq icra başçısının fəalyyəti ilə bağlı bir neçə məsələnin üzərində dayanmaqla onun fəaliyyətinə “işıq salmaq” istəyirik. Beləliklə, dövlət başçısı İlham Əliyev cənablarının sərəncamı ilə rayonun mərəkəzinə şəhər statusu verilib, şəhərin inkişafı üçün kifayətə qədər maliyyə vəsaiti ayrılıb. Məlumat üçün bildirək ki, keçmiş Nərimankənd və Mərəzə yaşayış massivlərinin birləşdirib rayon mərkəzi yaradıblar. Adil Məmmədov dövlətin ayırdığı maliyyə hesabına deyil, rayondakı idarə rəhbərlərinin hesabına rayon mərkəzinin abadlığını həyata keçirib. Adil Məmmədovdan soruşan olmayıb ki, dövlətin ayırdığı vəsait hara “buxarlandı”..? Ölkə başçısının qayğısı nəticəsində şəhər statusu alan Qobustanda bir müddət əvvələ qədər hətta ictimai tualet belə yox idi. Rayona gələn qonaqlar ağac və kol arxasında öz təbii tələbatlarını ödəməli olurdular. Hazırda rayon mərkəzinin yollarının yenidənqurulması və təmiri üçün 450 min manat pul ayrılıb. Həmin vəsaitin 200 mini başçıya, 50 min manatı isə rayon yol idarəsinin müdiri Əlikram Cavadova çatıb. Görəsən qalan 200 min manatla şəhərin yollarını yenidən qurmaq olacaq..?
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
P.S. Növbəti sayımızda Adil Məmmədovun qoyun sürüləri, iribuynuzlu mal-qara fermaları barədə bəhs edəcəyik. \\Gundelik-Baku.com\\

Geri qayıt