Əsas Səhifə > Gündəm, Manşet > "İnter Tobacco" kəndliyə belə zülüm edir

"İnter Tobacco" kəndliyə belə zülüm edir


24-11-2016, 09:47
"İnter Tobacco" kəndliyə belə zülüm edir
Balakən rayon sakini, birinci qrup gözdən əlil Əhməd Bodurov Millətim.info-ya becərdiyi tütünü sata bilməməsindən gileylənib. Şikayətçinin sözlərinə görə, “İnter Tobacco”nun prezidenti Fazil Rüstəmov kəndçilərlə imzalanan müqavilə şərtlərini pozaraq, tütünü aşagı qiymətə öz adamlarına təhvil verməyi təklif edir.Yığılmış məhsulun qəbulu gecikdirildiyindən tonlarla tütün xarab olaraq atılmalı olur. Bu da fakt… Baxacagınız videosüjet aqrar sahəyə məhsul olan şəxslərin ölkə vətəndaşlarına sözün əsl mənasında necə zülm verdiyinin bariz nümünəsi sayıla bilər.
Qeyd etmək istəyirik ki, Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi inkişaf perspektivləri ilə bağlı etdiyi proqram xarakterli çıxışlarında daima Azərbaycanın post-neft dönəminə qədəm qoyduğunu bəyan edib. Ölkə başçısı vəziyyətdən daha uğurlu çıxış yolu kimi qeyri- neft sektorunun sürətli inkişaf etdirilməsini zəruri zayır və bu istiqamətdə maneələrin aradan qaldırılması ilə bağlı məmurlara sərt göstərişlər verir. Xüsusilə də, kənd təsərrüfatının maksimum inkişafının zəruri olduğu qeyd olunur. Ancaq görünür, Balakəndəki bu sahəyə məsul olan qurumlar tamamilə başqa istiqamətdə fəaliyyət göstərirlər. Videoda əks edilən faktlarla bağlı “İnter Tobacco”nun mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onları da dinləməyə hazırıq.




Geri qayıt