Əsas Səhifə > Gündəm, Manşet > 1-ci qrup əlil yerli qaz idarəsindən şikayətçidir

1-ci qrup əlil yerli qaz idarəsindən şikayətçidir


17-11-2016, 08:25
1-ci qrup əlil yerli qaz idarəsindən şikayətçidir
DİA.AZ: - Redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən İsmayilov Məhəmməd məcburi köçkün olduğunu deyir. DİA.AZ-a müraciətində qeyd edir ki, hazırda Ağdamın Alıbəyli-1 qəsəbəsində yaşayır:

"Birinci qrup əliləm. Ağdam Rayon Qaz idarəsinin müdriyyəti bütün qəsəbələrə qazı yüksək təzyiq ilə verir, bir bizim yaşadığımız Alıbəyli-1 qəsəbəsindən savayı. Dəfələrlə bizim qəsəbə sakinləri ilə gedib müdür Möhsüm müəllimə müraciət etmişik, ancaq hər dəfə o bizə söz verib ki, "darıxmayın, ayın on beşindən sonra hər şey yaxşı olacaq".

Ancaq bu gün ayın 17-dir, buna baxmayaraq bizim qəsəbənin qazı gəlmir ki gəlmir. Bir sözlə, Möhsüm müəllim bizim qəsəbənin sakinlərinə zülüm edir. Mən bu məktubu sizə bütün qəsəbənin sakinləri tərəfindən ünvanlayıram.

Sizdən artıq dərəcədə xahiş edirik, bu məktubu öz saytınızda işıqlandırın ki, bütün aidiyyatı orqanlar bu zülümdən xəbərdar olsun. Bəlkə onlar bizi xilas edələr. Əvəlcədən təşəkkür edirəm".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

1-ci qrup əlil yerli qaz idarəsindən şikayətçidir

Geri qayıt