Əsas Səhifə > Gündəm, Manşet > "Vurulacaq" icra başçılarından daha biri...

"Vurulacaq" icra başçılarından daha biri...


21-10-2016, 08:26
"Vurulacaq" icra başçılarından daha biri...
DİA.AZ: - Hazırda Kürdəmir rayon icra hakimiyyətinin başçısı postunu tutan Ceyhun Cəfərov d gözlənilən kadr islahatı dalğasının "qurbanlarından" olacaq. Bu barədə DİA.AZ-a məlumatlı mənbə xəbər verib.

İddialara görə, zamanında sabiq MTN şefi Eldar Mahmudovun kadrı kimi tanınan Kürdəmir RİH başçısı sözügedən qurum ləğv ediləndən və bəlli proseslərsən sonra da postunu möcüzəvi şəkildə qorumağı bacarsa da, bu dəfə onun şanslarının yetərli olmadığı deyilir.

Dia.az xatırladır ki, Ceyhun Cəfərov hazırda 18 milyon manatlıq yeyintidə ittiham olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun bacısının əridir.

İndi isə aydın olur ki, icra başçılarının növbəti ələmə prosesində ilk "qurbanlardan" biri də Ceyhun Cəfərovdur.

Geri qayıt