Əsas Səhifə > Gündəm, Manşet > Sərxoş ər evi yandırdı, ailəsi düzdə qalıb...

Sərxoş ər evi yandırdı, ailəsi düzdə qalıb...


10-08-2016, 09:36
Sərxoş ər evi yandırdı, ailəsi düzdə qalıb...
DİA.AZ: - Ucar rayonu Qazyan kənd sakini Cəfərova Könül Zakir qızı DİA.AZ vasitəsilə prezident İlham Əliyevə və ölkənin birinci ledisi Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.

Dia.az-a daxil olan müraciətin mətnində deyilir:

"Həyat yoldaşım Qafarov Yaşar Məsid oğlu 17 iyun 2016-cı il tarixdə sərxoş vəziyətdə evimizə od vurub yandırmışdır.Yanğın nəticəsində evimiz içindəki bütün əşyalarla birlikdə tamam yanaraq kül olmuşdur. Həyat yoldaşım içki düşkünü idi.Bizi tez-tez döyürdü, incidirdi.Həttda bir dəfə ondan boşanmaq üçün məhkəməyə müraciət etmişdim.Bundan sonra gəlb söz verdi ki, bir daha içməyəcək, bizimlə mehriban olacaq.Buna inanıb boşanma ərizəmi geri götürdüm.Bir müddət sonra yenə içib bizi döyməyə başladı.Bacımın evində olan zaman həyat yoldaşım Yaşar evə od vurub yandırdı.Hazırda onu həbs edib barəsində cinayət işi açıblar.Mən də ondan boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət etmişəm.Allah heç bir qadına belə bir əyyaş, yaramaz həyat yoldaşı qismət etməsin.O, əyyaşlığı ilə bir ailəni bədbəxt etdi. İki azyaşlı uşaqlarımla qohumlarımın evində qalırıq.Heç bir maddi imkanımız yoxdur.Övladımın biri 12 yaşlı Vahid şəkər xəstəsidir buna görə ona 2-ci qrup əlillik dərəcəsi təyin edilib.Heç bir yerdə işləmirəm, heç bir yerdən köməyimiz yoxdur.Hər iki övladım orta məktəb şagirdləridir.Uşaqların bütün dərs ləvazimatları, paltarları da yanıb ki, məni ən çox narahat edən budur.Azyaşlı qızım Firuzə deyir ki, "ana narahat olma Prezident cənab İlham Əliyev və Mehriban xanım Əliyeva ev, paltar alınmasında bizə köməklik edəcəklər".Buna görə də göydə Allaha yerdə də Prezident cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya ümüdümüz qalıb.Sizdən başqa heç bir wmwd yerimiz yoxdur. Sizdən çox-çox xahiş edirəm, yalvarıram çöllərdə qalmış bu iki azyaşlıya rəhm edib evlə təmin olunmağımıza kömək edəsiniz. Mən ərizə ilə də sizə müraciət etmişəm".

Geri qayıt