Əsas Səhifə > Gündəm, Manşet > Enep Argus AZ MMC şirkəti işçilərin haqqını yeyir

Enep Argus AZ MMC şirkəti işçilərin haqqını yeyir


1-08-2016, 09:37
Enep Argus AZ MMC şirkəti işçilərin haqqını yeyir
DİA.AZ: - "Biz, Gəncə şəhərində su və kanalizasiya çəkən fəhlələr Enep Argus AZ MMC şirkətinin işçiləriyik. Aylardır maaş almırıq. Neçə dəfə hər yerə şikayət etmişik, dərdimizə baxan yoxdur. Şirkət bizə 5 aydan bir maaş verir. Bizə kömək edin. Fəhlələr dolana bilmir. 5 aydan bir maaş verirlər yarımçıq. Bezmişik". Bu barədə DİA.AZ-a daxil olan müraciətdə deyilir.

Daha sonra müraciət müəllifləri dia.az-a yazır: "Gence sheherinde Almaniyanin KWF ve Azersunun maliyyeleshdirdiyi Gence su ve kanalizasiya sisteminin yenilenmesi layihesinin podratchisi olan "Enep Argus AZ" MMC shirketinin ishchileri 6 aydir ki, maash almirlar. Shirketin pul vermemesinin sebebi kimi yeyintiler ve pullarin teyinatli shekilde xerclenmemesi gosterilir.

Fehleler defelerle etiraz aksiyalari teshkil eleseler de aksiya polis quvveleri terefinden dagidilib, fehleler hebs edilin. Emek mufettishliyi, icra hakimiyyeti ve elaqedar teshkilatlar fehlelerin shikayetlerine baxmir. Veziyyet agirdir. Fehleler yeniden daha kutlevi etiraz aksiyalarina hazirlashirlar, aylarla maash almayan insanlar aciqli ve uzgundurler. Xahish edirem bu meseleni ishiqlandirin".

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt