Əsas Səhifə > Gündəm, Manşet > Anar Məmmədov Birləşmiş Krallığın vətəndaşlığını alır

Anar Məmmədov Birləşmiş Krallığın vətəndaşlığını alır


8-06-2016, 08:40
Anar Məmmədov Birləşmiş Krallığın vətəndaşlığını alır
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov Birləşmiş Krallığın vətəndaşlığını alır.

Bu sensasion məlumatı Qlobal.az-a səhihliyinə şübhə etmədiyimiz mənbə verib.

Belə ki, son dövrlər bir çox səlahiyyətləri əlindən alınan Ziya Məmmədovun oğlu Anar Məmmədovun ölkədən çıxışına qeyri-rəsmi qadağa qoyulmuşdu. Ancaq sonradan Ziya Məmmədovun başı üzərində fırlanan "qara buludların" seyrəlməsindən sonra Anar Məmmədov səssiz-səmirsiz xaricə getdi. Deyilənə görə, Anar Məmmədov hal-hazırda uzun illərdən bəri ABŞ-da və Böyük Britaniyada yaratdığı biznesini idarə edir.

Məlumata görə, Amerika və Avropada olan biznesini daha da genişləndirməyi planlaşdıran Anar Məmmədov Birləşmiş Krallığın vətəndaşlığını qəbul etmək qərarını verib.

Xatırladaq ki, Böyük Britaniyada vətəndaşlıq almaq ciddi kapitala sahib olan insanlar üçün heç də çətin deyil. Belə ki, Böyük Britaniyada vətəndaşlıq almaq üçün 1 milyon funt ödəmək yetərlidir. Birləşmiş Krallığın iqtisadiyyatına 5 milyon funt sərmayə yatırdıqda vətəndaşlıq 4 ildən, 10 milyon funtdan çox sərmayə yatırdıqda isə 3 ildən sonra verilə bilər.

Geri qayıt