Əsas Səhifə > Gündəm, Manşet > Zakir Fərəcov 500 min rüşvət almaqda ittiham olunur

Zakir Fərəcov 500 min rüşvət almaqda ittiham olunur


27-05-2016, 09:49
Zakir Fərəcov 500 min rüşvət almaqda ittiham olunur
Hurriyyet.org saytında və “Hürriyyət” qəzetinin ötən saylarında Sumqayıt şəhərində bəzi şəxslərin, eləcə də Vüqar Qələndərovun rəhbəri olduğu market şəbəkəsində baş verən qanunsuzluqlardan, bu şəxsin cinayət tərkibli əməllərindən və keçmişi ilə bağlı əsaslı, xoşagəlməz gerçəkliklərdən bəhs etmişdik. Belə ki, bu şəxsin dövlətin milyonlarla vəsaitini mənimsəməsinə baxmayaraq onun hələ də cəzasız qalması, bununla yanaşı öz qanunsuz əməllərinə hamını, eləcə də doğmalarını şərik etməsi haqda məlumat vermişdik.
Vüqar Qələndərovun Sumqayıtda böyük market şəbəkəsinə rəhbərlik edərək illərlə mənimsədiyi milyonların və qanunsuz yolla sənədləşmələr aparılmasına tapşırıqlar verməsini dövlətin bəzi qurumları tərəfindən dəstək almaqla həyata keçirdiyinə şübhəmiz yoxdur. Yazıların sonunda Vüqar Qələndərovun böyük market şəbəkəsində həyata keçirdiyi qanun pozuntuları barədə apardığımız araşdırmaların nəticəsi ilə bağlı məlumat verəcəyimizi də bildirmişdik. Hansı ki, Hurriyyet.org və “Hürriyyət” qəzeti olaraq apardığımız araşdırmalar adıçəkilən şəxsin fəaliyyətində dövlətə qarşı törətdiyi cinayət tərkibli əməlləri tam çılpaqlığı ilə ortaya qoyur. Bundan sonrakı yazılarımızda Vüqar Qələndərovun dövlətin bəzi qurumlarını rüşvət yolu ilə ələ alaraq dövlətdən küllü-miqdarda vəsaiti gizlətməsi və mənimsəməsi haqqında geniş bəhs edəcəyik.
Bu şəxsin böyük market şəbəkəsinin hər birində baş verən saxtakarlıqları oxucuların və aidiyyatı qurumların diqqətinə geniş çatdırmaq üçün ilk öncə Vüqarın rəhbəri olduğu “Əli-94” ticarət mərkəzindən başlamaq qərarına gəldik.

Vuqar Qələndərovun aşağıladığı dəyərlər

İlk olaraq son iki yazımızdan sonra Vüqar Qələndərovun yaxınlarını, hətta həyat yoldaşını belə öz qanunsuz əməllərinin bir alətinə çevirdiyini bildirmişdik. Yazıda qeyd etmişdik ki, Vüqar Qələndərov həyat yoldaşının adına “Ən Ucuz” MMC təsis edib. Həyat yoldaşı ilə yanaşı, yaxın dostu və özünə məxsus “Hiper” ticarət mərkəzinin direktoru Nuruş Ələmdar oğlu Qarayevin həyat yoldaşı, eləcə də “Atabank”ın Sumqayıt filalının direktoru Kənan Zeynalovun həyat yoldaşını da təsisçilər siyahısına salıb. Adıçəkilən “Ən Ucuz” MMC-nin saxta sənədləşməsi əsasında “Hiper” Ticarət Mərkəzini Nuruş Qarayevə icarəyə verib. Lakin vergi ödəyicisi kimi isə tamam başqa şəxsin adı – Əsgərov Rövşən sənədlərdə qeyd olunur. Mərkəzin direktoru isə Nuruş Qarayevdir. “Hiper”lə bağlanan müqavilədə göstərilir ki,150 kv. metr ərazi icarəyə verilib. Lakin marketdə olduğumuz zaman və çəkdiyimiz fotolar, eləcə də işçilərin sayı təsdiq edir ki, ikimərtəbəli obyektin icarəyə verilən ərazisi 4000 kv. metrdir. Sənədlərdə icarə haqqı yalançı rəqəmlərlə göstərilir.
Biz bu ticarət obyektində dövlətə vurulan milyonlarla ziyanın və dövlət vəsaitinin hansı yollarla mənimsənildiyini növbəti yazımızda geniş və sənədlərin dili ilə açıqlayacağıq. İndi bizi dəhşətə gətirən fakt Vüqar Qələndərovun ailəsinin adını saxta sənədləşmələrdə hallandırması və həyat yoldaşının imzası ilə cinayət tərkibli əməlləri törətməsidir. Bizim cəmiyyətimizdə ailə dəyərləri ən ali dəyərlər sırasındadır. Vüqarın həyat yoldaşına saxta sənədlərə imza atdırması və digər dost dediyi şəxslərin həyat yoldaşlarını qannunsuz əməllərinə alət etməsi ümdə dəyərlərə belə sayğısızlıqdır” - deyə qeyd etmişdik.

Vuqarın ana və xadimə “biznesmenlər”i

“Əli-94” Ticarət mərkəzində baş verənləri araşdırarkən oxşar dəhşətli faktlarla bir daha üzləşməli olduq. Belə ki, adını “tanınmış biznesmen” qoyan və hamını özündən aşağı görən Vüqarın ən əziz varlıq sayılan anasının adını belə saxta sənədləşmələrdə qeyd etməsi faktına biganə qala bilmirik. Illər öncə yaratdığı “Əli-94” firmasının təsisçisi kimi sənədlərdə anası Qələndərova Gülşən Nəsrulla qızının adı qeyd edilir. Bundan sonra firmanın bazasında olan “Əli 94” ticarət mərkəzini icarəyə vermək adı ilə anasının adından imzalar atmışdır.
İlk icarəçi yenə zərif cinsin nümayəndəsi olmuşdur. Ticarət mərkəzində xadimə işləyən İsgəndərova Nəhayət Məhəmmədəli qızı ilə anası arasında icarə müqaviləsi bağlamışdır. Bir neçə il sonra ansının adı ilə növbəti xanım Əsgərova Südabə adlı satıcı ilə icarə müqaviləsini sənədləşdirmişdir. Son illər isə Vüqar Qələndərov icarə müqaviləsini Əsgərov Rövşən Bibiqulu oğlu adlı şəxslə bağlamışdır.
Qəribə də olsa, anasının adını saxta sənədləşmələrdə qeyd etməklə, bu ümdə varlığı belə öz çirkin niyyətlərinə, qanunsuz əməllərinə alət etməsi Vüqarın kimliyindən və şəxsi keyfiyyətlərindən xəbər verir. Hətta evinə, balasına çörək pulu aparmaqdan ötrü marketdə xadiməçi işləmək üçün Vüqara üz tutanlar da onun qanunsuz sənədləşmələrinin alətinə çevrilirlər. Bəzi aidiyyatı qurumların “kor” gözlərinin qarşısında baş verən bu gerçəkliklər nədənsə sorğu-sual olunmur. Yüz manat əmək haqqı alan xadimənin böyük bir market və ya ticarət mərkəzi olan “Əli-94”-ü icarəyə götürməsinin mümkünsüz olduğunu anlamaq çətin deyil. Görəsən, bu ölkədə qanunlar niyə bu qədər kəsərsiz olub? Sumqayıt şəhərinin 2 saylı ərazi vergilər idarəsi ört-basdır etdiyi cinayət tərkibli əməllərə görə məsuliyyət daşıyacaqmı? Görünən həqiqət odur ki, bir çox dövlət qurumlarının rəhbərləri Vüqar Qələndərovdan aldığı rüşvət hesabına gerçəklikləri gizlətməyə və ört-basdır etməyə nail olub.

Zakir Fərəcov 500 min rüşvət almaqda ittiham olunurZakir Fərəcov 500 min rüşvət qalmaqalına niyə susur?

Təsadüfü deyil ki,Vüqar Qələndərov Sumqayıtın yeni icra başçısı Zakir Fərəcovu da rüşvət aldığı üçün susdurduğunu iddia edir. Hətta haşiyəyə çıxaraq qeyd edim ki, “Tanınmış sahibkar”, icra başçısına verdiyi rüşvəti hələ də həzm edə bilmir. Vüqar Qələndərov özünə məxsus və yenidən tikilməkdə olduğu “Göyçay” ticarət mərkəzinin tikintisini dayandırılması üçün icra başçısının verdiyi qərarı dəyişdirilməsinə görə xərclədiyi vəsaiti belə gizlətmir.
Xatırladım ki, “Göyçay” ticarət mərkəzi bir mərtəbədən ibarət böyük əraziyə malik obyekt idi. Vüqar sabiq icra başçısı və dostu Eldar Əzizovun razılığını alaraq həmin ticarət mərkəzinin bazasında 4 mərtəbəli obyekt tikməyə başladı. Lakin Zakir Fərəcovun təyinatı “tanınmış sahibkar”ın istəyinin reallaşmasına mane oldu. Bir neçə ay keçəndən sonra Vüqar Qələndərov tikintini davam etdirmək haqqında razılıq aldı. Həmin razılıq alınan gün dostları ilə məclis quran Vüqar Qələndərov “Mən bu kurd icra başçısına bir obyektə görə 500 min manat verdim. O pulu ona halal etmirəm”-deyərək Zakir Fərəcova olan nifrətini gizlətməmişdi.
Sumqayıt şəhərinin İcra Hakimiyyəti başçısı Zakir Fərəcovun bu şəxsdən 500 min manat rüşvət alıb qərarını dəyişdiyinə inanmaq istəməzdik. Amma gerçəklik odur ki, 6 aya yaxın müddətdə dayandırılan tikinti işləri yenidən başlayıb. Vüqarın Zakir Fərəcova verdiyi rüşvətin halal edilib-edilməməsi bizi düşündürmür. Ən vacib məqam odur ki, ölkə başçısının etmad göstərərək Sumqayıta təyin etdiyi səlahiyyətli nümayəndənin bu cür ittiham olunmasını qəbul edə bilmirik. Zakir müəllimin susması əslində Vüqar Qələndərovun dediklərinin həqiqət olduğuna işarə edir. Lakin biz ümid edirik ki, Vüqarın səsləndirdiyi fikirlərə əsaslı cavab veriləcək və icra başçısı Sumqayıtda yayılan yuxarıdakı fikrin əsası olmadığını sübut edəcəkdir.

Vüqarı qoruyanlar qanunlarımıza savaş açıblar

Vüqar Qələndərovun bizim yazılardan sonra keçirdiyi iclasda səsləndirilən fikirlər diqqətmizi çəkdi. Bu şəxs yaxınlarına “ehtiyatlı olun” deməklə törətdiyi cinayət tərkibli əməllərin gizlədilməsinə nail olacağını düşünür. “Tanınmış sahibkar”ın mənimsədiyi milyonlarla dövlət vəsaitini gizlətmək üçün verdiyi çabanı anlayırıq. Dövlətdən oğurlanaraq mənimsənilən milyonlarla vəsait və saxta sənədləşmələr qanunların dili ilə desək, ən ağır cinayətlər sırasındadır. Vüqar Qələndərovun Sumqayıtın keçmiş prokuroru Dağlar Zeynalov, Vergilər Nazirliyinin 2 saylı ərazi Vergilər İdarəsinin rəhbərliyi və digər bu kimi məmurlar tərəfindən qorunduğunun şahidi olduq. Lakin dövlətin qurumları, qanunların icrasına nəzarət edən mexanizmləri təkcə bunlarla bitmir. Bəzi dövlət qurumlarının Vüqar Qələndərovun törətdiyi cinayət tərkibli əməllərə şərik olduqlarına da şübhə yoxdur. Lakin ümid edirik ki, Vüqar kimilərin mənimsədikləri milyonları dövlətə qaytarmaq üçün rüşvətə “yox” deyə bilən məmurlarımız hələ var. Vüqar Qələndərovu qorumağa cəhd edənlər və qoruyanlar artıq anlamalıdırlar ki, onlar aldıqları rüşvət hesabına qanunlarımıza və dövlətimizə savaş açıblar.

“Əli-94” də aldadılan dövlət

“Əli-94” Ən Ucuz Ticarət Mərkəzi Vüqar Qələndərovun sahibi olduğu ticarət obyektlərindən biridir. Sumqayıt şəhəri, 3- cü mikrorayon, Sülh küçəsində yerləşən ticarət mərkəzi iki mərtəbəli binadan ibarətdir. Obyektin böş torpaq sahəsi 300 kv. metrdir. Vüqar Qələndərov “Əli-94” ticarət mərkəzində saxtakarlıqlarını həyata keçirmək üçün yenə də anası Qələndərova Gülşən Nəsrulla qızının adına ehtiyac duyub. Belə ki, obyektin sahibi kimi anasınin adını sənədlərdə qeyd edən Vüqar Qələndərov özünü icarədar kimi sənədləşdirib. Ticarət mərkəzinin vergi ödəyicisi kimi sənədlərdə Əsgərov Rövşən Bibiqulu oğlu göstərilir. “Əli 94” Ticarət mərkəsinin icarəyə verilən hissəsi 600kv. metr təşkil etsə də, sənədlərdə bu rəqəm kiçildilərək 150 kv.metr qeyd olunur. Bununla icarə haqqı və “Əli 94” Ən Ucuz ticarət mərkəzində yerləşən obyektlərin və işçilərin sayı da dövlətdən gizlədilmişdir.

(Davamı olacaq)

Geri qayıt