Əsas Səhifə > Gündəm, Manşet > Ucar sakini nazirdən imdad dilədi

Ucar sakini nazirdən imdad dilədi


25-05-2016, 08:15
Ucar sakini nazirdən imdad dilədi
DİA.AZ: - Ucar rayon Beton Zavod yaşayış evi sakini Mahmudova Sarıgül Hüseynalı qızı "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti"ndən şikayət edir. Ucar sakini DİA.AZ-a ünvanladığı müraciətdə bildirib ki, sözügedən şirkət onları aladadaraq əməkhaqlarını mənimsəyib:

""Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti" bizim ailəni əmək müqaviləsi bağlamadan işlədib, indi də 6 aylıq əmək haqqımızı mənimsəyib vermir. Buna baxmayaraq 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti"nin rəhbərliyindən rüşvət alaraq saxtakarlıq edib. Belə ki, "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti"nin Məhəmməd adlı rəhbəri 10 may 2013-cü il tarixdə "Azəryolserviz"lə bağladığı müqavilə əsasında Ucar-Göyçay mağistiral yolunun asfalt örtüyünün çəkilişini, yol kənarı nişanlarının yenilənməsi, kanalizasiya sistemlərinin çəkilişi ilə əlaqədar mənim həyat yoldaşım Mahmudov Zahid Bəhiyyəddin oğlunu gözətçi kimi işə qəbul etdi. Bu iki il ərzində biz, yəni həyat yoldaşım və mən"Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti" tərəfindən orada aparılan işlərdə gündüzlər növbəliklə fəhləlik etmişik, gecələr isə tikinti materiallarına gözətçilik etmişik. Bunun müqavilində hər ay həyat yoldaşıma 400 manat əmək haqqı verirdilər. 2015-ci ilin yanvar ayında həyat yoldaşıma "əmək haqqını gələn ay verəcəyik" dedilər. Amma həmin ilin iyun ayına kimi işlətdikdən sonra "daha iş qurtardı" deyib 6 ayın maaşını mənimsəyib vermədilər".

S. Hüseynova dia.az-a yazır ki, bununla bağlı şirkətin rəhbərliyinə müraciət etsə də, müsbət cavab ala bilməyib: "Bunun səbəbini tikintiyə rəhbərlik edən Məhəmməd müəllimdən soruşduqda "mənlik deyil "Azəryolserviz" pulu kəsib, onlara müraciə edin" dedi. Bu haqsızlıq və haramlıqdır ki, "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti" və "Azəryolserviz" bizə qarşı edib. Hazırda isə heç bir yerdə işləmirik. "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti" vətəndaşların savadsızlığından, imkansızlığından sui-istifadə edib onlarla əmək müqaviləsi bağlamadan işlədib axırdada aldadıb pullarını mənimsəyir".

Ucar sakini nazirdən imdad dilədi

"Mənim və həyat yoldaşımın şikayət ərizəmiz əsasında 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyində aparılan araşdırma zamanı dediklərim subut olunub. Ancaq buna baxmayaraq, 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti"nin rəhbərliyindən rüşvət alıb qanunsuzluq etdi. Belə ki, bizi əmək müqaviləsi bağlamadan işlətdiyi üçün "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti"ni 20.000 manat cərimə etmək əvəzinə, tam qanunsuz olaraq saxtakarlıq edib 700 manat cərimə edib. Bu artıq cinayət əməlidir ki, 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək törədib. Artıq bu barədə müfafiq orqanlara şikayət ərizələri ilə müraciətlər etmişik. Mətbuat vasitəsi ilə də Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Səlim Müslümova, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi cənab Fuad Əlizadəyə müraciət edib xahiş edirik ki, 2 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Araz Bayramzadənin və "Alke İnşaat Sənaye və Ticarət Anonim Şirkəti"nin qanunsuz əməllərini obyektiv araşdırıb barələrində qanuni tədbirlər görsünlər", - deyə Ucar sakininin müraciətində qeyd olunur.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt