Əsas Səhifə > Gündəm, Manşet > Fazil Məmmədovun sıxışdırdığı əlil sahibkarlar prezidentə sığındı

Fazil Məmmədovun sıxışdırdığı əlil sahibkarlar prezidentə sığındı


22-04-2016, 08:15
Fazil Məmmədovun sıxışdırdığı əlil sahibkarlar prezidentə sığındı
DİA.AZ: - Azərbaycan Respubilikasının Prezidenti İlham Əliyev Cənablarna sahibkarlıqla məşğul olan Qarabağ əliləri tərəfindən müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Möhtərəm Prezident . Biz Qarabağ Əlilləri artıq dərəcədə xahiş edirk ki, bizə kömək edəsiniz. Beləki biz kənd təsərufatı məhsulları ixrac etmişik. Vergi və Rüsumları Vergilər Nazirliyinin qanunlarna 25 və 35-ci maddələrinə əsasən Gömrük orqanlarna ödəmişik (Halbuki, Sizin fərmannıza əsasən Kənd təsəryfatı məhsullarının ixracına vergi rüsum hesablanmamalıdır.) il tamam olduqdan sonra vergi auditçiləri bizdən xəbərsiz anoloji olaraq bizə nəhəng vergilər tətbiq edirlər. Məsələn 1 ton kartofa 100 AZN gəlir vergisi (halbuki Qarabağ Əlilləri vergidən azad olmalıdır) tələb edirlər. Ancaq bəzilərinə “Xəlvəti danışıqlar”dan Sonra 1 ton kartofa (şərti olaraq) 1AZN tətbiq edirlər. Artıq 1 nəfəri Qarabağ əilili olmaqla 3 nəfəri 3 il-3il 6 ay olmaqla azadlıqdan məhrum ediblər. Auditdən başlayaraq həbsxanaya qədər gəlir mənbəyi yaradan bir qrup Şəxslər (Vidadi Məmmədovun köməkçiləri) eyni vaxtda vergidən yayınanlar üçün şərait yaradıllar.

Beləki, vergi auditçiləri özləridə etiraf edirlərki, əsas vergitutma obiyektlərinin sahibləri çox yüksək rütbəli dövlət məmurlarıdılar.

Onlardan vergi almaq mümkün olmadığı üçün onların vergilərini kənd təsərufatı məhsulları ixracatçıların ümidsiz vergi borcları kimi yazırıq.

Prezidentə məruzədə hesabat verilirki, bir neçe miliyon manat ümüdsiz borcdur və onlar həbisxanada və istintaqdadırlar. Beləliklə həm Vergilər Nazirliyi ozünü “təmizə çıxarçr” həm memurlar qarşısında üzü ağ olur, nəticədə dövlət büdcəsinə milyonlarla ziyan vurulur. Digər tərəfdən Kənd təsarufatı məhsullarının ixracı zəifləyir. Artıq Azərbaycanda əvvələr tərəvəz istehsal və ixrac edən bir çox iş adamı istixanaları qonşu Dağstan Respubilikasında quraşdırırlar. Cəmi bir neçə nəfərin ucbatından Kənd Təsərufatında inkişaf çox zəifdir.

Nəzərinizə bunuda çatdırmki Kənd təsərufatı mehsullarının ixracı ilə bağlı Qarabağ Əlillərindən əlavə 30 dan yuxarı fiziki şəxsin işi istinaqdadı.

Möhtərəm Prezident artıq dərəcədə Sizdən xahiş edirik ya bizi qebul edəsiniz, yada Ciddi bir Komisiya yaradın ki, bu korupsiyanı üzə çıxarsın. Biz öz tərəfimizdən kömək etməyə hazırıq.

Allah sizi qorusun.

Əsədov Aqil Adil oğlu 050-679-00-04

Məmmədov Şahlar Məhəmməd oğlu 051-493-48-09

Hüseynov Nadir Əsgər oğlu 050-333-25-16

Quliyev Mətləb Valeh oölu 051-317-10-10

Orucov Vəfədar 055-787-20-40"

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...


Fazil Məmmədovun sıxışdırdığı əlil sahibkarlar prezidentə sığındı
şəkildəki əlil sahibkar Məmmədov Şahlar Məhəmməd oğludur
Geri qayıt