Əsas Səhifə > Gündəm, Manşet > Fəhmin Hacıyevin doğma dayısı korrupsiyada ittiham olunur

Fəhmin Hacıyevin doğma dayısı korrupsiyada ittiham olunur


12-04-2016, 08:23
Fəhmin Hacıyevin doğma dayısı korrupsiyada ittiham olunur
DİA.AZ: - Ucar rayonu Alpı kənd sakini Rüstəmov Səfər Mikayıl oğlu tərəfindən DİA.AZ-a şikayət məktubu ünvanlanlb. Narazı vətəndaş yazır:

""Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyinin direktoru Mütəllim Tağıyevin yaratdığı korrupsiya şəbəkəsinin qanunsuz əməlləri nəticəsində vətəndaşların hüquqları ciddi şəkildə pozulmaqla dövlət vəsaiti açıq-aşkar talan edilir.Buna görə də bu həyacan təbili çalan müraciətim başda Kənd Təsərrüfatı Nazirliyi olmaqla aidiyyatı orqanlar tərəfindən ciddi araşdırlıb təcili tədbirlər görülməlidir. 2014-cü il tarixdə "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyindən MTZ-1221 markalı traktoru, bir ədəd taxılsəpəni, bir ədə kotan və bir ədəd qoşqunu aldım.Müqaviləyə əsasən hər il taxıl szonunda əldə edilən gəlirdən onlara pul ödəyəcəm.Belədə oldu 2014-cü il tarixdə 3000 manat ödədim. 2015-ci il tarixdə iş az olduğu üçün 2250 manat ödədim, 740 manat borclu qaldım.2015-ci ilin noyabr ayı tarixində "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyində fəhlə işləyən Həmidov Babək Yasəf oğlunun məndən aldığı izahatında göstərdim ki, qalıq borcum olan 740 manatı 2015-ci ilin dekabr ayının sonuna qədər ödəyəcəm.Traktoru tam saz vəziyətdə qarajda saxladım".

Fəhmin Hacıyevin doğma dayısı korrupsiyada ittiham olunur

Dha sonra dia.az-a daxil olan müraciətdə qeyd olunur: "Traktorun açarları məndə olsada direktor Mütəllim Tağıyevin göstərişi ilə qanunsuz olaraq qapısını sındırıb başqa şəxsə öz qohumu olan İlham adlı şəxsin istifadəsinə verdilər.Mən ii dəfə aparıb pul ödəsəmdə qəbul etmədi ki, bu traktoru öz qohumum sürəcək.Ödədiyin pul isə sənə qaytarılmayacaq.Bildirirəm ki, Mütəllim Tağıyev "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyini ailə piodratı kimi işlədir.Koperasiya texnikiumu diplomu olanyaxın qohumu ( kürəkəninin qardaşı) Nuriyev Fariz Vaqif oğlunu özünə müavin təyin edib, digər qohumu Yasəf Həmidovu mühasib işləyir, onun oğlu Babəkin adı fəhlə kimi qeydə alınsada sənədləşmə işləırini aparır, hansı ki, məndən də izahatı o aldı.Ehtiyat hissələri anbarında küllü miqdarda dövlət vəsaiti talan edilib, İdarənin həyətində sovet dönəmindən qalmış dəmir yolu deposuna gedən dəmir yolu reysləri və bir ədəd teplovozu dğratdırıb metal şəklində satdırıb ki, bu cinayət əməlidir.Mənim adıma sənədləşdirilən qoşqu heç vaxt məndə olmayıb, Mütəllim Tağıyev tərəfindən başqa idarələrə icarəyə verilib əldə olunan gəliri mənimsəyib.Qeyd edim ki. atam Mikayıl Rüstəmovda "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyindən bir ədəd kombayn götürüb ki, artıq onuda Mütəllim Tağıyev əlindən almaq istəyir. Belə olsa bizim ailə bir korrupsionerə görə acından məhv olacaq.Ümumiyyətlə Mütəllim Tağıyev qohumbazlıqla, talançılıqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatına ciddi ziyanlar vurmuşdur ki, bu faktlar ciddi araşdırlmalıdır. Mütəllim Tağıyevin qanunsuz əməlləri barədə Prezident cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri cənab Eldar Nuriyevə, Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədova, Prezident Administrasiyası Hüquq Mühafizə Orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Baş Prokuror cənab Zakir Qaralova, Korrupsiyaya Qrşı Mübarizə İdarəsinin rəisi cənab Kamran Əliyevə və digər aidiyyatı orqanlara şikayət ərizəsi ilə müraciət etmişəm. Mətbuat vasitəsi ilə də müraciət dib xahiş edirəm "Aqrolizinq" ASC-nin Ucar Regional Nümayəndəliyinin direktoru Mütəllim Tağıyevin yaratdığı korrupsiya şəbəkəsinin qanunsuz əməllərini yerində obyektiv araşdırıb onun barəsində cidi tədbirlər görəsiniz".

Onu da bildirək ki, Ucar sakini dia.az-a müraciətində maraqlı bir məqama da diqqət şəkir. Qeyd edir ki, Mütəllim Tağıyev Daxili Qoşunların sabiq Komandanı Fəhmin Hacıyevin doğma dayısıdır.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt