Əsas Səhifə > Gündəm, Manşet > "Bəs haqdan-ədalətdən dəm vuran NAZİR hara baxır?!"

"Bəs haqdan-ədalətdən dəm vuran NAZİR hara baxır?!"


22-02-2016, 08:28
"Bəs haqdan-ədalətdən dəm vuran NAZİR hara baxır?!"
DİA.AZ: - “Keçən ilin noyabr-dekabr aylarında təhsil nazirliyinin iki-üç işçisi Sabirabadın 20-yə yaxın məktəbində “araşdırma” aparıb. Hansı məktəbin direktorunun əli cibində olub yoxladıqlarının üstündən xətt çəkiblər. N.Nərimanov adına şəhər 2 saylı (direktor Eışad Şərifov), şəhər 8 saylı(direktor Etibar Həsənov) məktəblərin direktorları sudan quru çıxıblar. Bunlar kimi bir neçə ən geridə qalan məktəblər də nazirliyin yoxlamasından “üzü ağ” çıxıblar. Ən dəhşətlisi odur ki, “rayonun inistitutu” adlandırılan Nizami Gəncəvi adına 5 saylı şəhər orta məktəbi onların “qəzəbinə” gəlib. Məktəbin direktoru Bilal Əhmədova deyiblər ki, ərizəni ver. Verib də”. Bütün bunlar DİA.AZ-a Sabirabad təhsili ilə bağlı daxil olan narazılıq məktubunda yer alıb.

Məktubda daha sonra deyilir: “Diqqət yetirin 2015-ci ildə rayonda yeganə “qızıl medal”çı bu məktəbin yetirməsi olub. Həmin şagird - Flora Əhmədzadə qəbul imtahanlarından 695 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub, bu gün Prezident təqaüdü alır. Elə ötən il məktəbin ingilist dilıi müəllimi Ellada Mirzəyeva Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rayon üzrə ilk dəfə olaraq “İlin ən yaxşı müəllimi” adına layiq görülərək 5 min manatla mükafatlandırılıb. Ötən dərs ilində rayonda ən çox bu məktəbdən ali məktəblərə daxil olublar. Əvvəlki illərdə də rayonun “Qızıl medal”çıları da bu məktəbdən olublar.

Təhsil naziri Mikayıl Cabbarov da 2015-ci ildə bu məktəbin son zəngində iştirak edərək məktəbin uğurlarından danışmışdır. Bu məktəb həm də şagirdini Kür çayından xilas edib özü isə boğulan Əhliman müəllimin məktəbidir. Nazirlik həmin müəllimin hünərindən saatlarla danışıb, verlişlər təşkil edib. Üstəlik nazirin tapşırığı ilə onun ailəsi üçün ev tikidirib”.

Daha sonra dia.az-a daxil olan məqalədə vurğulanır: “Bu gün Sabirabadda hamı nazirlik işçilərinin ədalətsizliyindən danışır. Bununla bağlı valideynlər, müəllimlər Prezidentə məktub göndərməyə hazırlaşırlar. Bir neçə “nazirlik işçisinin” qeyri-obyektiv hərəkətləri hamını qəzəbləndirib. Bu qədər də özbaşınalıq olar. Bəs haqdan-ədalətdən dəm vuran NAZİR hara baxır?!”

Geri qayıt