Mehdiabadda yol adına rəzalət... - Buradan keçməsəniz yaxşıdır...
Tarix: 21-11-2015, 11:48 | Çap et
Abşeron rayonunun Mehdiabad qəsəbəsi daxilindən Digah yaşayış məntəqəsinə, “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Məhəmmədi kəndinə doğru uzanan avtomobil yolunun vəziyyəti həmin ərazidə yaşayan vətəndaşlarda, eyni zamanda bu yol ilə hərəkət edən sürücülərdə narahatlıq doğurmaqdadır. Yağışlı havalarda asfalt yol, eləcə də bu yolun hər iki tərəfi piyadalar və sürücülər üçün böyük maneəyə çevrilir. Piyada səkisinin olmaması səbəbindən yağış yağan kimi, asfalt örtüyün kənarındakı torpaq yol əsl palçıq bataqlığı xatırladır.
Piyadalar yağışlı havada ya bu palçığa bata-bata hərəkətini davam etdirməli, ya da üst-başının, ayaqqabısının palçıq olmaması üçün avtomobil yoluna çıxaraq hərəkətlərini davam etdirməlidirlər. Belədə də həm vətəndaşların, həm də sürücülərin həyatı üçün böyük təhlükə yaranır. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 2 il bundan öncə həmin yolun kənarı boyu su-kanalizasiya xətlərini çəkməsi, bu zaman asfalt örtüyünün enindən bəzi hissələri də qazması, işi sona çatdırandan sonra bərpa işini arzu edilən səviyyədə aparmaması isə avtomobil yolunun ensizləşməsi ilə nəticələnib. Bu da palçığa batmamaq üçün asfalt yolun kənarı ilə hərəkət edən piyadaların həyatına təhlükəni bir qədər də artırıb. Yolboyu işıqlandırma sisteminin olmaması gecə saatlarında sözügedən ərazidə vəziyyəti daha da acınacaqlı edir. Əvvəla ona görə ki, yağıntılı havada həm sürücülər, həm də piyadalar üçün onsuz da görüntü məhdudiyyəti yaranır. Bunun üzərinə bir də yoldakı şəraitsizliyi gəlsək, insanların necə bir təhlükə ilə üz-üzə qaldıqlarını aydın təsəvvür etmək olar.
Məsələ ilə bağlı aidiyyəti dövlət orqanlarının münasibətini öyrənmək, problemi onların da diqqətinə çatdırmaq üçün əvvəlcə ərazidə vaxtilə su-kanalizasiya xətlərinin çəkilişini həyata keçirən “Azərsu” ASC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən “Kaspi”yə bildirildi ki, “Azərsu” həmin avtomobil yolunda asfalt kəsintisi etməyib. Su-kanalizasiya xətti çəkilərkən yalnız bir yerdə asfalt qazıntısı aparılıb və iş başa çatdıqdan sonra bərpa edilib. “Azərsu” rəsmisi sözügedən yolun sağ və sol hissəsində yalnız torpaq ərazini qazdıqlarını iddia etdi.
Avtomobil yolunun kənarı boyunca işıqlandırma sisteminin bu günə qədər qurulmadığına münasibət bildirən “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev təmsil etdiyi qurumun küçə və yolboyu işıqlandırma sistemini qurmağa cavabdeh olmadığını söylədi. Qeyd etdi ki, Abşeron ərazisi digər rayon və şəhərlər kimi, “Azərişıq”ın istehlakçısıdır. Sözügedən problemə görə cavabdeh orqan Abşeron Rayon İcra Hakimiyyətidir.
Mehdiabad-Digah yolu kənarında piyada səkisinin olmaması, asfalt örtüyün qazılması ilə bağlı sorğumuzu cavablandıran “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, əgər hər hansı bir şirkət yolu – asfalt örtüyü qazırsa, onun bərpasını da həmin qurum həyata keçirməlidir. Mətbuat xidməti rəhbərinin sözlərinə görə, hansısa şirkət qazdığı asfalt yolun bərpasını özü aparmaq istəmirsə, “Azəryolservis”lə müqavilə imzalamalıdır. Bu müqaviləyə əsasən də qazıntı işləri sona çatandan sonra “Azəryolservis” həmin ərazidə bərpa işlərini görməlidir: “Əfsuslar olsun ki, iki il bundan əvvəl Mehdiabad-Digah yolunda asfalt örtüyünün qazılmasından öncə və sonra “Azərsu”, eləcə də podratçı şirkət bizimlə heç bir müqavilə imzalamayıb. Ona görə də bərpa işlərini görmək “Azərsu”nun üzərinə düşür. Ümumiyyətlə, bəzi şirkət və qurumlar asfalt örtüyü qazıb hər hansı iş görəndən sonra ərazidə təmir-bərpa işlərini əvvəlki səviyyədə həyata keçirmirlər. Necə gəldi, başdan sovdu təmir işi aparıb gedirlər. Bu isə asfalt örtüyün tezliklə sıradan çıxması, vətəndaşların, eləcə də sürücülərin narazılığı ilə müşayiət olunur. Sonda məcburiyyət qarşısında qalan “Azəryolservis” həmin ərazidə ikinci dəfə asfaltlama, bərpa işləri aparır”.
A.Nəcəfli onu da əlavə etdi ki, Mehdiabad-Digah yolu uzun illər bundan öncə çəkilib və o zamanın standartları, texniki şərtləri, tələbatı nəzərə alınıb: “Vaxtilə həmin ərazi düzənlikdən, üzüm bağlarından ibarət idi. Ətrafda yaşayış məntəqəsi yox idi. Bu səbəbdən piyada səkisi, işıqlandırma sistemi və sair nəzərə alınmayıb. Amma indi bu ərazidə yaşayış məhəllələri, küçələr salınıb, çoxsaylı evlər tikilib. Bu isə yeni tələbatlar yaradıb. Ona görə də indi həmin yol müasir standartlara cavab vermir və oranın yenidən bərpasına, səkilərin qurulmasına ehtiyac var. Təkcə Bakı şəhərində deyil, ətraf rayon, şəhər, qəsəbə və kəndlərdə də “Azəryolservis”in balansında olan yollar zamanla yenidən qurulur, təmir olunur. Təmir-bərpa işləri aparılacaq, yenidən salınacaq bütün yolların siyahısı bizdə var. Mehdiabad-Digah yolu da bu siyahıya daxildir. Hissə-hissə həmin yollarda bütün zəruri işlər görüləcək”.
Mövzu ilə əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Problemi dinləyəndən sonra Abşeron RİH başçısının Mehdiabad qəsəbəsi üzrə nümayəndəsi Bayram İbrahimovla danışmağı tövsiyə etdilər. B.İbrahimovun əlaqə telefon nömrəsini alıb, bir neçə cəhddən sonra onunla danışa bildik. B.İbrahimov problemi dinlədi və qısaca olaraq bildirdi ki, həmin yolda heç bir qazıntı işləri aparılmayıb.
Bu cavabdan sonra biz yalnız sözügedən ərazidəki mövcud vəziyyəti əks etdirən şəkilləri təqdim edir və nəticə çıxarmağı oxucuların öhdəsinə buraxırıq... \\kaspi.az\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
• 70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03 |
|
|
|
• Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06 |
|
|
|
• Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03 |
|
|
|
• "Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49 |
|
|
|
• "Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44 |
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
|