«Azkontrakt»ın sədr köməkçisinə korrupsiya ittihamı - QALMAQAL
Tarix: 9-10-2015, 08:52 | Çap et
“Azkontrakt” Səhmdar Cəmiyyətinin tabeliyində olan “Azərmetal” Topdansatiş Ticarət Birliyinin baş mutəxəssisi, Birliyin həmkarlar təşkilatının sədri İbrahimova Tamara Abdulla qızı bu gün "Balansinfo.az" saytının redaksiyasında oldu və Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevaya müraciətini təqdim etdi. Əvvəlcə dərdini bizə danışan T.İbrahimova başına gələnləri ürək ağrısı ilə nəql etdi: - Obyektivliyinizə görə Sizə üz tutdum, inanıram ki, səsimi cənab Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevaya çatdıracaqsınız. Yəqin xatırlayırsınız, ötən günlərdə Baş prokuror Zakir Qaralova da oxşar məzmunlu şikayətim var idi. Amma Güləddin Dadaşov hələ də ipə-sapa yatmır, bildiyini edir. Təsəvvür edirsinizmi, mənim hazırda 3 banka kreditim var. Övladlarıma müəyyən əşyaları da kreditlə alıram… Faizini çatdıra bilmirəm. Məhz «Azkontrakt»ın sədr köməkçisi (hər yerdə özünü sədr müavini kimi təqdim edir) Güləddin Dadaşovun şirkətdə yaratdığı intriqaların, korrupsiya hərəkətlərinin sayəsində illərlədir əmək haqqı almırıq. Çünki şirkət işləmir, olan-qalan torpaqlarını da Güləddin Dadaşov satıb, yaxud öz qohumlarının adına MMC-lər yaradaraq keçmişdən qalan texnikaları icarəyə verib pulunu qazanır. Mən üzümü cənab Prezident İlham Əliyevə və Azərbaycanın 1-ci xanımı Mehriban Əliyevaya tuturam: Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Mən, İbrahimova Tamara Abdulla qızı, 1978-ci ildən əvvəllər Azərbaycan Respublikası Dövlət Təchizat Komitəsində, sonralar Material Ehtiyatları Nazirliyi, hal-hazırda isə DKK “Azərkotrakt” Səhmdar Cəmiyyətinin “Azərmetal” Topdansatış Ticarət Birliyinin baş mutəxəssisi kimi çalışmışam. Sizə muraciət etməkdə məqsədim ondan ibarətdir ki, uzun müddət işlədiyim bu qurumda mənim hüquqlarım kobudcasına pozulmuşdur. Dəfələrlə rəhbərliyə telefonla və üzbəüz müraciət etməyimə baxmayaraq, heç bir tədbir görülməyib. Şəxsən özunu muavin kimi qələmə verən Güləddin Dadaşov mənə kobudcasına “Get kimə istəyirsən şikayət et!” cavabını vermişdir. Mən bir Azərbaycan vətəndaşı kimi, Sizə müraciət edərək bildirmək isteyirəm ki, “Azərkontrakt” SC-nin sədr köməkçisi Güləddin Dadaşovun sənəd saxtalaşdırması sayəsində idarəmiz uzun illər idi ki, əmək haqqı alınmırdı. Ona gorə ki, 1997-ci ildən adı “Azkontrakt” olan, lakin bu günə kimi heç bir dövlət və ya təşkilatlarla bircə müqavilə (kontrakt) bağlamayan, lakin uzun müddətdir, ancaq bütün dövlət qanunlarını pozmaqla məşğul olan, yəni təkcə bizim birliyimizin 12.75 hektar sahəsini satmaqla məşğul olan Güləddin Dadaşov elə bil böyük bir işçi kollektivinin qəsdinə durmuşdur. Respublika Prezidentinin 1997-ci il tarixli, 519 saylı fərmanının 2-ci bəndi tamamilə yerinə yetirilməmişdir. Həmin 2-ci bənddə deyilir: “2. “Azərkontrakt” SC-nə Azərbaycan Respublikasının dövlət ehtiyaclarının və strateji əhəmiyyətli istehsal və tikinti proqramlarının maddi-texniki təminatı, bu sahədə dövlətlərarası təsərrüfat əlaqələrinin təşkili, birbaşa münasibətlərin inkişafında mülkiyyət formasından asılı olmayaraq respublikanın müəssisə və təşkilatlarına köməklik edilməsi tövsiyyə edilsin”. Rəhbərliyi 20 ildir çiyninə götürmüş Güləddin Dadaşovun zəif və vecsiz münasibəti nəticəsində bu müddəaların heç biri yerinə yetirilməmişdir. Onun əsas işi onu-bunu qorxudub pul yığmaq olmuşdur. Cəmiyyətdə onlarla adam saxta sənədlərlə pensiyaya buraxılmışdır. Hamısı da Güləddin Dadaşovun saxta tərtib etdiyi sənədlər əsasında olub. Siyahını sizə təqdim etməyə hazıram. «Azkontrakt»ın sədr köməkçisinə korrupsiya ittihamı «Azkontrakt»ın sədr köməkçisinə korrupsiya ittihamı-YENİLƏNDİ G.Dadaşovun bir «işi» də ərazilərimizə yağlı müştəri tapıb satmaq olub. Məsələn, idarəmizin 12.75 hektar torpaq sahəsi kollektivin butun etirazlarına baxmayaraq, ayrı -ayrı şəxs və təşkilatlara Güləddin Dadaşovun xeyir-duası ilə satılıb. Məsələn, Sumqayıt bazası - 6.1 ha; Sabunçu sexi-0.7 ha; Nizami TSTB- 2.0 ha; Abşeron TSTM -1.14 ha və cəmi = 11.41 ha! Bununla da birlik işçilərinin qanunla qorunan maraqlarına böyük miqdarda ziyan vurmuşlar və nəticədə işçilər işsiz qalaqar işdən ayrılmalı olmuşlar. Bu günə kimi uzun muddət işlədikləri birlikdən nə maaş, nə də özəl pay almamışlar. Belə ki, yerdə qalan 1.34 ha ərazi- anbar və təsərrüfatları ilə birlikdə artiq “Özəlləşdirmə haqqında” Qanuna görə işçi kollektivinin payına düşdüyü halda, yenidən Dövlət qanunlarına zidd olaraq hansısa yollarla 0.5 ha sahə anbar və tikililərlə birlikdə Dövlət Miqrasiya Xidmətinə verilmişdir (heç bir təhvil-təslim aktı olmadan). Hal-hazırda işçi kollektivi (uzun illər əmək stajı olan) hələ də özəl payını gözləməkdədir. Və bu barədə baş direktorumuz Şahin Abbasova etibarnamələrimizi də vermişik və nəticəsini gözləyirik. Bəs bu nə vaxt həll olunacaq? Bu gözləmələr ömürlükmü olmalıdir? Artiq bəzi işçilər işsizlikdən xəstə duşub, bəziləri dunyasini dəyişib -imkanımız olmayıb onlara baş çəkək, ölüsünü yerdən götürək. Belə insafsızlıq olarmı? Güləddin Dadaşovun bu özbaşınalığına nə vaxt son qoyulacaq? Nə vaxta kimi Güləddin Dadaşov kimi saxta müavinin qanuni vəzifələrini yetirməməyi bir yana, bizim başımıza oyunlar açacaq, torpaq satmaqla məşğul olacaq? Ən dəhşətlisi budur ki, Birliyimiz artıq çoxdandır heç bir alqı-satqı ilə məşğul ola bilməmiş, idarəmiz bərbad hala düşmüşdür. Uzun illər bizə debitor borcu olan Magistral Neft Kəmərləri İdarəsi, nəhayət, uzun mübahisə və danışıqlardan sonra 587.0 min manatı bizə qaytardı. Lakin yenə də Güləddin Dadşov rəhbərliyi aldadaraq hansısa yollarla həmin məbləği öz hesabına keçirmiş, ondan bizə yalnız az bir hissəsini vermişdir. Yəni, 10 illərlə maaş gözlədiyimiz halda, yalniz cüzi faizə sahib çıxa bilmişik. Hal-hazırda idarəmizin 393.720 min manat pulu “Azərkontrakt” SC rəhbərinin saxta müavini tərəfindən qeyri-qanuni mənimsənilib. Onun bütün korrupsiya əməllərini ifadə edən və öz əl xətti ilə yazdığı sənədi təqdim etməyə hazıram. Məgər xalqa məxsus olan, Ulu öndərimiz Heydər Əliyev tərəfindən qurulub xalqa əmanət verilən hər bir obyekt və təsərrüfatlarımızı bu günə salan, millət və xalqı acınacaqlı vəziyyətə salan bu adamlar haqqında ölçü götürmək çətindirmi? Biz indi nə edək? Dəfələrlə Nazirlər Kabinetinə və Əmlak Komitəsinə özəlləşdirməyə dair sənədlər təqdim etmişik, heç bir xeyri yoxdur, Güləddin Dadaşov imkan vermir. Kənardan gələnlər isə bizim sahələri özəlləşdirir, bizı yaxına qoymurlar. Səbəbini onda görürük ki, rəhbərliyi ələ keçirmək istəyən, bunun üçün hörmətli sədrimiz Miri Qəmbərovu aldadan Güləddin Dadaşov bizə düşən qanuni paya göz dikib, ələ keçirmək istəyir. Hətta onu deyim ki, Güləddin Dadaşov Magistral Neft Kəmərləri İdarəsindən bizə veriləsi pulu nəğdləşdirib siyahı tutdu, öz kabinetində pul paylamağa başladı. İmza atandan sonra anladıq ki, o, pulun əsas hissəsini özünə saxlayıb, cüzi bir hissəsini isə bizə vermişdir. Onun təkcə mənə 5 min manata yaxın borcu qalıb, hələ də vermir. Mən niyə halal pulumu ondan ala bilməyim, amma borca girib çətin duruma düşməliyəm? Etiraz edəndə isə Güləddin Dadaşov bildirdi ki, SOKAR-dakı Magistral Neft Kəmərləri İdarəsinin rəhbərinə və SOKAR-dakı məsul şəxsə bu məbləğin 60 faizini, yəni 340 min manatı çatdırmalıyam. Elə də etdi, pulumuzu 60:40 nisbəti ilə mənimsədi... Hətta onun əl xətti ilə pay-bölüş sənədində (fotoda təsdiqlənir) özü yazır ki, 574 min manat nəğd pulun 340 mini Dövlət Neft Şirkətindəki həmin məsul şəxsin payıdır. Qalıq 234191 manat isə bizə qalandır. G.Dadşov bunu da yarıqat edib əlavə mənimsədi. Xahiş edirəm, Güləddin Dadaşova qarşı tədbir görülsün, onun mənə olan halal əmək haqqı borcu özümə qaytarılsın. *** Şikayət məktubuna bir qovluq sənəd də əlavə olunub. Hazırda həmin sənədlər tərəfimizdən araşdırılır. Məsələ ilə bu gün həm də Magistral Neft Kəmərləri İdarəsi və SOKAR rəhbərliyi ilə əlaqə saxladıq… SOKAR-ın mətbuat xidmətinə sorğu və bəzi sənədlərin surəti göndərildi. Nəticəsi barədə əlavə məlumat veriləcək. Bizi izləyin!
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|