Vətəndaş "Hyundai Auto Azerbaijan"dan şikayətçidir... - Ölümdən qayıdıblar...
Tarix: 2-09-2015, 09:30 | Çap et
DİA.AZ: - Şəki şəhəri, Salman Mümtaz küçəsi, ev 3/3. ünvanda yaşayan İsmayılov Elşən Etibar oğlu tərəfindən DİA.AZ-a müraciət ünvanlanıb. Narazı vətəndaş yazır:
“Mən, 2010-cu ilin oktyabrın 1-də 2010-cu il istehsalı olan Hyundai-Sonata markalı, sedan tipli, qara rəngli, 2359 kub sm-lik mühhərikə malik olan minik avtomobili almışam. (“Unibankın” Şəki filialının köməkliyi sayəsində) Avtomobilin mühərrik N- G4KEAU033958, Ban N-si KMHEC41CBBA151083. Avtomobilin 5 illik zəmanət kitabçası da vardır. Mən işimlə əlaqədar bir sahibkar olaraq tez-tez qonşu Gürcüstana gedirəm. Aldığım 55 BJ 730 dövlət qeydiyyat nişanlı avtomobilimi etibarnamə üzrə Şəki şəhəri, M.Abbasov küçəsi ev 34-də yaşayan qaynım Əskərov Fizuli Nizami oğluna sürməyə vermişəm. Bu müddət ərzində avtomobilimlə bağlı hər hansı problem olmamışdır. Lakin 26 iyun 2015-ci il tarixində F.Əskərov Bakıdan Şəki şəhərinə qayıdarkən Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən 120-ci km-də 60- 80 km/saat sürətlə hərəkət edən zaman yola qəfil çıxmış sahibsiz heyvanları vurmamaq üçün avtomobili asfaltdan kənara çıxarmağa məcbur olmuş və bu zaman idarəetməni itirmişdir. Nəticədə baş vermiş ağır qəza nəticəsində avtomobil 4 dəfə aşmışdır. Qəza nəticəsində avtomobilin dam örtüyü, qabaq kapot hissəsi,sağ-sol yan qapıları əzilmiş, arxa şüşəsi tam sınmış, qabaq şüşədə çoxsaylı çatlar əmələ gəlmişdir.Avtomobildə olan sürücü Fizuli Əskərovun başı və bədninin müxtəlif yerləri əzilmiş, baldızının çiyni sınmış, baldızı oğlunun qolu ciddi zədələndiyindən Şəki Rayon Mərkəzi xəstəxanasında tikiş qoymuşlar. Mən onların müalicəsini indi də davam etdirirəm. Və bütün xərcləri də (3000 manata yaxın) şəxsən ödəmişəm. Qəza nəticəsində avtomobildə olan 3 nəfər ciddi sarsıntı keçirmiş, uzun müddət özlərinə gələ bilməmişlər. Lakin çox təəssüflər olsun ki, zərbələr nəticəsində ön sərnişinlərin, sürücünün, arxa sərnişinlər və yan hava yastıqlarının açılmamış, sürücü və sərnişinlər bədən xəsarətləri almışlar. Baş vermiş qəza ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi polis mayoru Mehman Şükürov HK-1/703 saylı, 30 iyun 2015-ci il tarixli Arayış tərtib etmişdir. Arayışda qeyd edilmişdir ki, baş vermiş yol-nəqliyyat hadisəsilə əlaqədar Hyundai-SONATA markalı 55 BJ 730 dövlət qeydiyyat nişanlı avtomobilin BDYPİ-nin YPXA-nın 5-ci tağımının Şəki rayonu ərazisində yerləşən 717-saylı stasionar postun duracağından çıxarılıb təmir edilməsi üçün aparılmasına icazə verilir”. Lakin ağır qəzadan sonra DYP-nin duracağından çıxarılan avtomobil indiyə qədər Şəki şəhərində qaynımın həyət evində saxlanmaqdadır. Onu belə vəziyyətdən sonra təmir etməkdənsə yeni avtomobil almaq daha yaxşı olardı. Məsələilə bağlı, yəni avtoqəza zamanı avtomobilin heç bir (cəmi 12 ədəd yastıq) təhlükəsizlik yastıqlarının açılmamasını biz istehsal qüsuru kimi qiymətləndiririk və bu barədə Hyundai-Azərbaycan Avto şirkətinin Şəkidə fəaliyyət göstərən dilerinə məlumat versək də onlar bu barədə bir söz deyə bilməyəcəklərini,Mərkəzi ofislə əlaqə saxlamağı bildirmişlər. Nümayəndəliyin Bakıdakı mərkəzi ofisi ilə iyul ayında əlaqə saxlasaq da zəmanət şöbəsinin müdiri bizi əvvəlcə texniki şöbənin müdiri Sənan Məmmədovla əlaqə saxlamağımızı məsləhət gördü. S.Məmmədov isə hal-hazırda məzuniyyətdə olduğu üçün məsələ açıq qalmışdır. Bildirmək istərdik ki, hələlik avtomobilə verilən zəmanət müddəti bu ilin oktyabrın 1-də bitəcəkdir. Mən bir istehlakçı olaraq bu məsələnin ədalətlə çözülməsi üçün HYUNDAİ-AZƏRBAYCAN şirkətinə ( rəsmi nümayəndəliyə) təklif edirəm: Avtomobildə həqiqətən istehsalat qüsurunun olub –olmamasını aşkar etmək üçün,yəni, şirkət mütəxəssislərinin əmin olmasını təmin etmək üçün bu günədək təmir olunmamış “HYUNDAi-SONATA” markalı, 55 BJ 730 nömrəli avtomobilimin üzrərində !Hyundai” şirkəti mütəxəssislərinin və səlahiyyətli nümayəndələrinin,Azad İstehlakçılar Birliyinin,digər hal şahidlərinin iştirakı araşdırma aparsınlar. Qəza zamanı avtomobildə olan ailə üzvlərinin (ikisi azyaşlı uşaq olmaqla) ciddi bədən xəsarətləri almağımızla sağlamlığımıza xeyli ziyan dəymişdir. 50 gündür ki, sərnişinlərin sağlamlığı ilə məşğul oluram. Avtomobil qəzadan sonra elə vəziyyətə düşmüdür ki, artıq onu təmir etdirib yenidən istifadə etməyin heç bir mənası qalmayıb. Korpusundan əlavə mühərrik və beyin sistemi də tam yararasız hala düşmüşdür. Belə avtomobili xərc çəkib təmir edib sürmək ağılsızlıq olardı. Mən Hyundi-Sonata markasının son modelini ona görə seçmişdim ki, 12 təhlükəsizlik yastığına malik olduğundan güman edirdim ki, avtomobildə ailəm tam təhlükəsiz səyahət edə biləcək. Amma yanılmışam. Mənə 36000 (otuz altı min manat) AZN-ə başa gəlmiş avtomiobili 4,5 il müddətində istismar etmişəm. Bu qəzadan sonra Hyundai markasına artıq güvənmirəm. Odur ki, avtomobilin istismar müddətini nəzərə alaraq şirkətdən 20000 (iyirmi min manat) və sağlamlığıma dəymiş zərərə görə 4000 (dörd min manat), mənəvi zərərə görə isə 15000 manat cəmi 39000 (otuzdoqquz min manat təzminat verilməsini tələb edirəm. Qəzalı vəziyyətdə olan avtomobili isə Hyunday şirkəti götürüb hara istəsə apara bilər. Biz “İstehlakçıların hüquqları haqqında” qanuna əsaslanaraq HYUNDAİ şirkətinin Azərbaycan nümayəndəliyinə qarşı iddia qaldırmağa məcbur olduq və baş vermiş hadisəyə reaksiya vermək istəməyən şirkətin fəaliyyətini antireklam olaraq MDB və yerli KİV-də işıqlandırmağı da planlaşdırmışıq. Qeyd: 1. https://www.youtube.com/watch?v=h9TdG_w4Nxs (APA informasiya agentliyinin 17 avqust 2013-cü il tarixində yaydığı rəsmi məlumatdan) 16.08.2015-ci il tarixində 90 XD 699 nömrə nişanlı 2011-ci il buraxılışlı Hyundai-Sonata markalı avtomobil Qaraməryəm-Şəki yolunun 95-ci km-də,Oğuz rayonun Dəymədağlı kəndi yaxınlığında yanacaq tankerilə toqquşma nəticəsində təhlükəsizlik yastıqları açılmamış, nəticədə sürücü Zabit Salahov, onun arvadı Təranə Salahova və 2 yaşlı nəvəsi Orxan Musayev hadisə yerindəcə həlak olmuş, qızları Günay isə ağır yaralanmışdır. Lakin çox təəssüf ki, Hyundai şirkəti nə bu zavod qüsuru olan avtomobili ucbatından faciəli formada həlak olmuş ailəyə, nə də 90 XD 699 nömrəli Hyundai-sonata avtomobili sahibinə (kürəkənə) hər hansı kompensasiya bu günədək ödəməmişdir. Qeyd 2. Təxminən bu yaxınlarda Şəki şəhərinin aşağı hissəsində Olimpiya Komitəsinin yaxınlığında, şəhərin giriş hissəsindədki şosse yolda surətlə gələn Hyundai-Sonata markalı avomobil qəfil idarəetməni itirərək yoldan çıxmış və qarşıdakı maneəyə çırpılmışdır. Qəza nəticəsində avtomobilin qabaq hissəsi tam yararsız hala düşsə də təhlükəsizlik yastıqları açılmamışdır. Bu barədə detalları ilə geniş məlumat verilə bilər. Yəni təkcə Şəki rayonu qeydiyyatında olan Hyundai-Sonata avtomobillərinin qısa müddət ərzində baş vermiş qəza nəticəsində 3 eyni zavod qüsurunun olması üzə çıxmışdır. Deməli, digər hələlik qəzaya uğramamış Sonata markalı avtomobillərin də belə zavod qüsurlu olma ehtimalı vardır. Nəticəyə gəlmək olar ki, dünyaca məşhur olan Hyundai avtomobil şirkəti ciddi istehsal qüsuru olan bu tip markalı avtomobillərini əvvəlcədən planlaşdırdığı kimi 3-cü dünya ölkələrinə, o cümlədən Azərbaycana ixrac etməklə qəsdən öz mallarının məsuliyyətindən yayındırmaq üçün bu yerləri əlverişli hesab edir. Əslində isə Şirkət bütün dünyada qəbul edilmiş qaydalara görə zavod qüsuru aşkar edilmiş belə markalı avtomobilləri ixrac etdiyi ölkələrdən geri çağırmalı idi. Amma görünən budur ki, bu hələlik baş vermir. Məsləilə bağlı Hyundai Auto Azərbaycan MMC-nin mərkəzi ofisilə dəflərlə əlaqə saxlamışıq.Pərviz adlı şəxsin son təklifi bu olmuşdur ki, qoy dövlət orqanları bu işlə məşğul olsun. (yəni məhkəməyə müraciət edin. 18 avqust 2015-ci il tarixdə cavabdeh tərəfə məhkəməyə qədər təqdim etdiyimiz ərizə və sənədlər barədə aradan keçən 16 gün müddətində heç bir cavab verilmədiyindən məsələnin məhkəmə səviyyəsində həll edilməsinə qərar verdik. Məsələilə bağlı aidiyyatı dövlət orqanları da rəsmən məlumatlandırılmışlar”.
Qarşı tərəfi də DİA.AZ olaraq dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40 |
|
|
|
• QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37 |
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
|