Sumqayıt səhiyyəsinə cərrahi müdaxilə zərurəti... - Nazir tələsməsə, fəsadlar arta bilər...
Tarix: 26-08-2015, 09:20 | Çap et
Redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində yenidən həkim etinasızlığından və səhiyyə sahəsində müşahidə olunan korrupsiya hallarının acı təzahürlərindən bəhs edilir. Sumqayıt şəhər sakini Əliyev Camal Həşim oğlu tərəfindən təqdim olunmuş ərizədə Sumqayıt şəhər 1 saylı uşaq poliklinikasının baş həkimi Ülviyyə Müzəffərova və Şəhər Səhiyyə İdarəsinin müdiri Ələkbər Tağıyev ciddi qanun pozuntularında ittiham olunurlar. Ərizədə deyilir: “Oğlum Əliyev Sadiq, 2001-ci təvəllüdlü, anadan gəlmə serebral iflic, epilepsiya yataq xəstəsidir. Dövlət tərəfindən imtiyazlı pulsuz ekkopat xrono dərmanı ilə təmin olunurdu. Lakin 2014-cü ildən dərmanların verilməsində mütəmadi problemlər yarandı. Həkimə deyəndə ki, dərmanlar çatmır, dedi ki, mənə belə göstəriş veriblər və məsləhət gördü ki, dərmanların çatmayan hissəsini (demək olar il ərzində 5-6 dəfə) gedin aptekdən borc götürün, resepti aparanda çıxsınlar. Beləliklə bizi məcbur edirdilər ki, dərmanları öz vəsaitimiz hesabına alaq. 2014-cü ildə 3 dəfə 1 saylı uşaq poliklinikasının baş həkimi Ülviyyə Müzəffərovaya müraciət etdim, sonra Sumqayıt şəhəri səhiyyə idarəsinin müdiri Ələkbər Tağıyevə şikayətimi bildirdim. Əfsuslar olsun ki, şikayətimə baxılmadı. Ona görə ki, Ələkbər Tağıyev, baş pediator Xalidə xanım, baş həkim Ülviyyə Müzəffərova əlbir olaraq verilməyən dərmanları mənimsəyirlər...” Qeyd edək ki, bu şikayət ərizəsi Sumqayıt Şəhər Səhiyyə İdarəsinin rəhbərliyinə qarşı ciddi ittihamların irəli sürüldüyü heç də ilk və yeganə məlumat deyil. Belə ki, mütəmadi olaraq aldığımız açıqlamalarda Sumqayıt səhiyyəsinin son vaxtlar arzuolunmaz duruma düşdüyü bildirilir. Məlumatlarda qeyd olunur ki, şəhərin bir çox dövlət tibb müəssisələrində rüşvətxorluq və müxtəlif korrupsiya halları baş alıb gedir. Bunun müqabilində isə, Sumqayıt Şəhər Səhiyyə İdarəsinə olunan şikayətlərin qarşılığında Ələkbər Tağıyev tərəfindən heç bir müvafiq tədbir görülmür. Camal Əliyevin təqdim etdiyi açıqlamada isə, həta bir ailə dramının da Sumqayıtın müəyyən tibb işçiləri tərəfindən gəlir qaynağı kimi istifadə olunduğu bildirilir: “Mənim şikayətlərimdən sonra, bu şəxslər öz əməllərini ört-basdır etməyə başladılar. Oğlumun ambulator-kartoçkasında 2014-cü ilin bütün qeydlərini cırıb, təzədən saxta qeydlər etdilər. Mən ambulator kartoçkada qeydlərin saxta olduğunu sübut etməyə hazıram. Mən başa düşə bilmirəm, gözləri görməyən, danışmayan, ayağa dura bilməyən, əqli inkişafdan geri qalan xəstənin ambulator-kartoçkasını niyə baş həkim öz seyfində saxlayır, məzuniyyətə gedəndə isə, müavini kartoçkanı dəmir seyfdə saxlayır. Mən bilmək istəyirəm, bu məxfilik nəyə lazımdır? 21.08.2015-ci il tarixində axırıncı dəfə baş həkimin qəbulunda oldum və çox peşiman oldum. Baş həkim Ülviyyə xanım başladı şər-böhtanla, qurtardı hədə-qorxu ilə. Artıq 2015-ci ildən dövlətin verdiyi dərmanlardan imtina etmişəm (öz pulumuzla alırıq). Tələbim budur ki, günahkarlar layiqincə cəzalarını alsınlar. Onu da qeyd edim ki, əgər xəstənin dərmanı bir neçə saat geciksə, uşaqda qıcolmalar başlayır, xəstənin vəziyyəti pisləşir və o, ölüm təhlükəsilə üzləşir...” Daha sonra şikayətçi bir müddət əvvəl Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasının fəaliyyətilə bağlı müəyyən ciddi problemlərlə qarşılaşmış olduğunu vurğulayır. Bu xüsusda ərizədə bildirilir: “Ümimiyyətlə Sumqayıt şəhər səhiyyə şöbəsində rüşvət və korrupsiya halları baş alıb gedir. 2013-cü ildə qardaşım Əliyev Kamran komaya düşdü. Sumqayıt şəhər Təcili Tibbi Yardım xəstəxanasında 8 gün koma vəziyyətində qaldı. Həmin 8 gündə həkim mənə 2500 manatlıq dərman aldırdı və 600 manat da kislorod pulu, tomoqrafiya, bint pulu, analizlər və sair xidmətlərə görə pul aldılar. Hələ bu azmış kimi qardaşım canını tapşıranda, həkim məndən xəstəyə baxdığına görə pul istədi ki, bəs halallığımı ver. Həmin həkimin öz şəxsi apteki var və dərmanların böyük bir hissəsini oğurlayıb öz aptekində satdırır. Baş həkim Qəhrəmanova deyəndə ki, niyə hər şeyə pul alırsınız, niyə ölüm haqqında tibbi arayış vermirsiniz, cavab vermədi. Həmin həkimin yazdığı bütün dərmanların kağızları məndə var. Anam dünyasını dəyişəndə (şəhid anası) də tibbi arayışı uzun süründürməçilikdən sonra aldım. Təbii ki, həkim açıq-aşkar pul umurdu...” Bununla belə, Camal Əliyev Sumqayıt səhiyyəsində çalışan bir çox namuslu həkimlərin də adına xələl gəlməsini istəmir. Məsələn,ərizəni təqdim edərkən Camal Əliyev xüsusi olaraq vurğuladı ki, oğlunun müalicəsilə bilavasitə məşğul olan, 1 saylı uşaq poliklinikasının həkim-nevropatoloqundan qətiyyən şikayətçi deyil: “ o, öz üzərinə düşən işi vicdanla gördü. Reseptin yazılması isə, artıq onun səlahiyyəini aşan bir işdir. Buna görə də onu günahlandırmıram”.
Sonda, xüsusilə Səhiyyə Nazirliyinin diqqətini bir məqama da yönəltmək istərdik ki, epilepsiya xəstəsi Sadiq Əliyevin hazırda 6 günlük dərman ehtiyatı qalmışdır. Bunu nəzərə alaraq, biz də öz tərəfimizdən Səhiyyə Nazirliyinin rəhbərliyindən xahiş edirik ki, məsələnin araşdırılması və təcili tədbirlərin görülməsi üçün müvafiq göstərişlər verilsin.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|