Oliqarx-məmurların zövqsüzlüyü Bakının şəklü-şamalına necə zərər vurur... - Onlar üçün tacir marağı hər şeydən öndədir...
Tarix: 15-08-2015, 10:56 | Çap et
Bakının bugünkü nəqliyyat problemləri birdən-birə yaranmayıb. İllər boyu şəhərsalma qaydalarının pozulması hazırda rastlaşdığımız mənzərəni ortaya çıxarıb. Bütün infrastrukturun, yaşayış binalarının, iş yerlərinin və təhsil müəssisələrinin şəhər mərkəzinə daşınması Bakıdakı mövcud problemləri formalaşdırıb. Halbuki tikilən hər yeni bina şəhərdən kənarda olmalı, Bakının böyüməsi üçün zəmin yaratmalı idi. Ancaq daha tez və çox pul qazanmaq istəyi şəhərimizdə bir çox sağalmaz yaralar açıb. Sahibkarın şəhər mərkəzində, artıq mövcud olan binaların həyətlərində yeni bina tikmək istəyi normaldır. O, sərmayə qoyduğu işdən daha çox gəlir götürmək arzusundadır. Gəlir götürmək istəyinə görə heç bir iş adamını ittiham etmək olmaz. Əgər həmin sahibkar öz istəklərini qanunlar çərçivəsində reallaşdırırsa. Ancaq bu gün Bakıda qanunların kobudluqla pozulmasının və mədəniyyət normalarının vəhşicəsinə çeynənməsinin şahidi oluruq. Paytaxtda artıq geniş məhəllə, stadion və bağça, demək olar ki, qalmayıb. Şəhərdə sakinlərin rahat istirahət edə biləcəyi nə qədər yer var idisə, hamısında yeni binalar tikilib. Halbuki dünyada qəbul olunmuş şəhərsalma normalarına əsasən, yeni binalar kənar ərazilərdə, şəhərin böyüdülməsi hesabına tikilməlidir. Mərkəzi hissələrdə binaları daha da çoxaltmaq və vətəndaşların həyatını çətinləşdirmək heç bir kitabda yazılmayıb. Yeni binaların tikintisi ilə bağlı Azərbaycan dövlətinin mövqeyi birmənalıdır. Prezident İlham Əliyev ötən il Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Bakıdakı ekoloji vəziyyətdən söz açarkən demişdi ki, yeni binalar tikmək istəyən iş adamlarına yalnız şəhərdən kənarda yerlər verilməlidir: "Azərbaycanda, Bakıda və digər yerlərdə ev tikintisinə böyük maraq var. Bu maraq bir ara bir az səngimişdi. Ancaq iqtisadiyyatımız sürətlə artdığı üçün indi bu maraq yenə də çox böyükdür. Orada da bu işləri çox düzgün şəkildə təşkil etmək olar. Əgər hansısa iş adamı, bir şirkət ev tikmək istəyirsə, orada ekoloji tədbirlər də görülməlidir. Köçürülmələr də aparılmalıdır. İndi boş yer vermək ki, gəlin burada ev tikin, hesab edirəm, bu dövr artıq arxada qalır. Kim ev tikmək istəyir, şəhər, rayon icra hakimiyyətlərinə müraciət etsin. Bu qurumlar onlara ya yararsız vəziyyətdə olan keçmiş sənaye obyektlərinin, zavodların yerində, ya da ekoloji tədbirlərə ehtiyac olan yerlərdə yer versinlər ki, orada tiksinlər. Biz bunu Bakıda etmişik. Vaxtilə yararsız vəziyyətdə olan sənaye sahələrində görün nələr yaratmışıq. Heydər Əliyev Mərkəzi Leytenant Şmidt adına zavodun ərazisində tikilibdir. O da bir ekoloji fəlakət idi. Mən oraya gəlib baxanda dəhşətə gəldim ki, bu şəraitdə istehsalı necə təşkil etmək olar. Hər şey dağılmışdı. Amma indi bəziləri hətta unudublar ki, orada Leytenant Şmidt adına zavod olub. Yaxud da ki, indi Olimpiya şəhərciyinin yaradıldığı ərazi. Metronun "Koroğlu" stansiyası ilə üzbəüz bu ərazidə şifer kombinatı, lampa zavodu var idi. Onlar da havanı çirkləndirirdi. İndi burada gözəl Olimpiya şəhərciyi yaradılıb. Yəni, biz həm Bakıda, həm də bütün şəhər və rayonlarımızda bu yolla getməliyik". Prezident İlham Əliyevin sözlərindən aydın görünür ki, dövlətimizin başçısı paytaxt Bakıda və regionlarda ekoloji problemlərə çox diqqətlə yanaşır. Yeni binaların tikintisinin şəhər kənarındakı çirklənmiş ərazilərinin təmizlənməsi hesabına aparılmasının tərəfdarıdır. Prezidentin bu göstərişləri ekoloji problemlərin aradan qaldırılması ilə yanaşı, şəhərsalma, Bakının genişləndirilməsi işinin düzgün təşkilinə öz töhfələrini verir. Bu gün paytaxt Bakıda iş adamları yeni binaların tikintisini şəhərdən kənardakı ərazilərdə deyil, məhz mərkəzi hissələrdə aparmağa daha çox üstünlük verirlər. Bu ərazilərdə tikiləcək binaların mənzillərini onlar baha qiymətə satacaqları üçün belə edirlər. Mərkəzdə isə yeni binalar üçün xüsusi yerlər olmadığı üçün tikintilər adətən yaşayış binalarının arasında nisbətən boş qalmış həyətlərində, məktəb stadionlarında və ya uşaq bağçalarının həyətlərində həyata keçirirlər. Bakının memarlıq üslubuna görə cavabdeh olan şəxslər isə prezidentin göstərişlərinə əməl edir kimi bir görüntü yaratsalar da, fəaliyyətdə tamam fərqli mənzərənin şahidi oluruq. Bu gün Bakının onsuz da sıxlıq olan mərkəzi və tarixi hissələrində yüksək mərtəbəli yaşayış binalarının tikilməsi ilə həm şəhərimizin memarlıq üslubu pozulur, həm onsuz da yaxşı vəziyyətdə olmayan nəqliyyat sisteminə yeni problemlər əlavə edilir və şəhərin ekoloji vəziyyəti üçün ciddi təhdid törədir. Belə bir bina tikintisinə bu günlərdə Binəqədi rayonunda start verilib. Sakinlər nə qədər etiraz etsələr də, məhəllələrini "işğalçılardan" qoruya bilmirlər. Azadlıq prospekti, 32 ünvanında yerləşən yaşayış binasının sakinləri deyirlər ki, həyətlərindəki bağça hasara alınıb. Yeni bina tikilir. Bu cür hallara yol verilməməsi ilə bağlı müddəalar Prezident İlham Əliyevin 2006-cı ildə imzaladığı sərəncamda öz əksini tapıb. Ölkə başçısının təsdiq etdiyi "Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı"nda aydın göstərilib ki, mövcud yaşayış binalarındakı sakinlərin normal yaşayışı üçün ərazisi və şəraiti olmayan həyətlərdə, habelə idman meydançalarında, təhsil və səhiyyə müəssisələrinin ərazilərində, həyətlərə giriş və çıxış yollarında yeni binaların və digər təyinatlı qurğuların tikintisi qadağan edilir. Bu qadağalara nəzarət etmək isə Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinə tapşırılıb. Ancaq Binəqədi sakinlərinin bütün ölkə mətbuatından gələn haraylarına Dövlət Tikinti və Arxitektura Komitəsi nədənsə biganə yanaşır. Nə qədər ki, sahibkarlar qanunları çeynəyir, dövlət rəsmiləri buna göz yumur və vətəndaşlar problemin həllini mətbuata şikayət etməkdə görürlər, Bakının problemləri həll etmək elə də asan olmayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|