Aydın Bəşirov və qalmaqallı oğlu ilə bağlı ilginc dosye - Məleykə Əsədovaya bağışlanan evdən tutmuş, yoxa çıxan “Vətən” yaxtasına qədər...
Tarix: 5-08-2015, 07:41 | Çap et
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin keçmiş rəisi Aydın Bəşirov yenidən ölkə mətbuatının gündəmindədir. Xatırladaq ki, vəzifədə olduğu illərdə daim ölkə mətbuatının, o cümlədən “Unikal” qəzetinin özündə faktları əks etdirən ittihamlarına tuş gələn Aydın Bəşirovun adı bu günə qədər çoxsaylı qalmaqallarda hallandırılıb. Ötən gün isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Yaxt Klubdan “Vətən” gəmisinin yoxa çıxması ilə bağlı Bəşirovlar yenidən özlərini gündəmə daşıdılar. Məlumat üçün bildirək ki, bununla bağlı polisə müraciət edən 1967-ci il təvəllüdlü Abdullayev Füzuli Daşdəmir oğlu Yaxt Klubda saxladığı katerinin naməlum şəraitdə yoxa çıxdığını bildirib. Şikayətçi qeyd edib ki, katerinin uzunluğu 65 metrə yaxındır və bu gəmi onun şəxsi mülkiyyətində olub. Həmçinin o da qeyd edilib ki, yaxta 2006-cı ilin iyun ayından Yaxt klubun ərazisində müqaviləsiz əsaslarla saxlanırmış. F.Abdullayev şəxsi gəzinti gəmisinin tapılmasını xahiş edib. Bunun ardınca isə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan Yaxt Klub rəhbərliyi də ərazisindən katerin oğurlanması ilə bağlı xəbərə münasibət bildirib. Yaxt Klubun mətbuat xidmətinin rəhbəri Əhməd Əsgərov bildirib ki, oğurlandığı iddia edilən 65 metrlik gəminin sahibi əslində QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur: “Gəminin sahibi QSC-nin keçmiş rəisi Aydın Bəşirovun oğludur. Həmçinin qeyd etmək istəyirik ki, həmin gəmi itməyib və gəminin fotolarını sizə təqdim edəcəyik. Yaxt Klubdakı dayanacağa gəlincə, ora pullu və müqavilə əsasında fəaliyyət göstərir. Həmin ərazidə pulsuz və müqaviləsiz heç bir gəmi saxlana bilməz. Onu da qeyd edim ki, bu gəminin mülkiyyətçiliyi ilə bağlı bir sıra qaranlıq məqamlar və suallar mövcuddur”. Məsələylə bağlı “Unikal” qəzetinə özəl kanallardan daxil olan məlumatda isə qeyd olunur ki, Aydın Bəşirovun oğlu İlqar Bəşirova məxsus olan 65 metrlik yaxtanın qiyməti fantastik rəqəmlərlə ifadə oluna bilər. Yaxtanın içərisində hər bir şəraitin olduğunu iddia edən mənbəmizin sözlərinə görə həmin yaxtanı oğluna Aydın Bəşirov hələ Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi vəzifəsində çalışarkən bağışlayıb. Belə ki, bu yaxta Aydın Bəşirov “Kaspar”ın rəhbəri olan dövrdə özəlləşdirilib, daha doğrusu, mənimsənilib. Özü də söhbət yaxtadan yox, Bakı-Ənzəli (İran) marşrutu üzrə hərəkət edən məşhur “Quryev” sovet paroxodundan gedir. Lakin Aydın Bəşirov o zaman qanunları kobud şəkildə pozaraq dövlət əmlakı sayılan “Quryev” paroxodunu qəsb edib və onu oğlu İlqar Bəşirova verib. Bəşirovun oğlu da öz növbəsində qəsb olunmuş bu dövlət əmlakını yaxta kimi yenidən qurdurub. “Kaspar”ın yeni rəhbərliyi isə dövlət əmlakının qanunsuz yollarla qəsb olunması faktını yalnız Aydın Bəşirovun istefasından sonra qəfildən yada salıb. “Xəzər Dəniz Gəmiçiliyi”nin iki kateri isə “Quryev”i yalnız bir həftə əvvəl Bakı limanına qaytarıb. Bu qəribə, amma tipik azərbaycansayağı əhvalatın bütün təfərrüatları qısaca olaraq bundan ibarətdir. Bu isə haqlı olaraq ortaya belə bir sual çıxardır ki, bu qədər vəsaiti Aydın Bəşirov necə əldə edə bilərdi? Aydın məsələdir ki, bu Aydın Bəşirovun özünün də etiraf etdiyi kimi çoxsaylı yaxtalar heç də halal maaşla əldə oluna bilməz. Bu baxımdan aydın Bəşirovun mətbuata verdiyi açıqlamaya göz atmaq yerinə düşər: “Əlbəttə ki, yaxtam var. Yaxtam kifayət qədərdir, hətta qohumlarıma da çatar. Mənim bir neçə növ yaxtam var. Bu yaxtalar çempionatlara da qatılır”. Maraqlı olduğu qədər və təzadlı açıqlamadır. Hətta bütün qohumlarına belə çatacaq qədər yaxtasının olduğunu etiraf edən aydın Bəşirov nədənsə onları hansı vəsait hesabına aldığını deməyi “unudub”. Amma biz onun “unutduğu” bu “xırda məsələylə” bağlı bəzi qeydlərimizi təqdim etmək istəyirik. Qeyd edək ki, Aydın Bəşirov hələ Xəzər Dəniz Gəmiçiliyin rəisi olarkən ciddi qanun pozuntuları və korrupsiyaya imza atıb. Rəisliyinin son illərində isə o rəhbərlik etdiyi dövlət strukturunu faktiki olaraq oğlu İlqar Bəşirova təslim edib. Əldə etdiyimiz dəqiq məlumatlara əsaslanaraq iddia etmək olar ki, Aydın Bəşirovun oğlu İlqar Bəşirovu tərəddüd etmədən bu gün ölkənin ən zəngin adamları siyahısına daxil etmək olar. İlqar Bəşirov həmin vaxt qeyri-rəsmi olaraq "Xəzər dəniz gəmiçilik" idarəsini atası ilə necə deyərlər şərikinə işlədib. Bunun necə mümkün olmasının isə sadəcə bir izahı var. Belə ki, atasının rəhbərlik etdiyi idarənin balansındakı arsenaldan geninə-boluna yararlanan İlqar Bəşirov həmin illərdə özünün əsl biznes imperiyasını yaratmağa nail olub. Mənbənin bildirdiyinə görə, hazırda İlqar Bəşirovun atasının hesabına qazandığı milyonları İsveçrə banklarında saxlayır. Bir məqamı da qeyd edək ki, İlqar Bəşirovun adı fəfələrlə mətbuatda müxtəlif qalmaqallarla paralel hallanıb. Məsələn, bir müddət əvvəl onun qəribə fotoları yayılmışdı. Həmin fotolardan keçmiş məmurun oğlunun silahlara və ova böyük maraq göstərdiyi məlum olur. Belə ki, oğul Bəşirov fotolarda əlindəki müxtəlif silahlarla görüntülənmişdi. Aydın Bəşirovun özünə gəlincə isə onun “ÇP”ləri də yetərincədir. Bunların içərisində ən səs-küylü olay isə Aydın Bəşirovun xalq artisti Məleykə Əsədovaya ev hədiyyə etməsini göstərmək olar. Bunu hətta Aydın Bəşirov sonradan özü də etiraf etməyə məcbur olmuşdu: "Təxminən 15-16 il bundan əvvəl görkəmli aktyor, mərhum Həsənağa Turabov Məleykə Əsədova ilə yanıma gəldi və xahiş etdi ki, o vaxtı İçərişəhərdən yuxarıda yaşadıqları birotaqlı evə bitişik olan evi ona verək. Həmin evdə də əvvəllər erməni yaşayıb və Gəmiçiliyin balansında idi. Xahiş etdilər, mən də o evi verdim Məleykəyə, oldu ikiotaqlı ev". Daha sonra isə aktrisanın həmin evdən balkon çıxarmasına da məhz Aydın bəyin icazə verdiyi məlum olub. Məmur eləcə də bildirib ki, Məleykə Əsədovanın sənətini bəyəndiyi üçün ona ev hədiyyə edib: "Hətta, toyuna da dəvət edib və mən də toyunda iştirak etmişəm. Ümumiyyətlə, hələ əvvəldən Məleykə Əsədovanın şeir deməyindən çox xoşum gəlib. Baxma da, xalq artistidir. Mən təkcə Məleykə Əsədovaya deyil, digər adamlara da çox kömək etmişəm". İndi isə bir məsələnin araşdırılmasına ciddi ehtiyac var. Bütün qohumlarına çatacaq qədər yaxtaları olan, Məleykə Əsədovaya və adlarını açıqlamadığı digərlərinə ev hədiyyə edən, oğlunu ölkənin ən varlı şəxsləri sırasına çıxardan Aydın Bəşirov bu qədər var-dövləti, pulu necə və hansı yollarla əldə edib?
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04 |
|
|
|
• “Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59 |
|
|
|
• Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42 |
|
|
|
• Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27 |
|
|
|
• Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22 |
|
|
|
• 7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47 |
|
|
|
• Ermənistan “müharibə qovşağı”na çevrilir... - "Qərb regionda savaş lazımdır"
Bu gün, 00:37 |
|
|
|
• "Axı hakimiyyət bir tək Trampdan ibarət deyil..." - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 00:33 |
|
|
|
• "Sənətçilər aparıcıya tapşırır ki, təqdimatı yola ver"
Bu gün, 00:27 |
|
|
|
• Uşaqlar pul yığıb, sinfi qızdırır... - NAZİRİN NƏZƏRİNƏ...
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycan Ermənistandan 1 trilyon dollar təzminat tələb edir – Ermənistan rəsmisi açıqladı
Bu gün, 00:19 |
|
|
|
• Verdiyevin həbsi: Necə davranmaq lazımdır? - AKTUAL
Bu gün, 00:17 |
|
|
|
• Dünyanın ən yaxşı universitetləri - Siyahıda olmaq nə üçün vacibdir?
Dünən, 20:39 |
|
|
|
• Bakı ilə Vaşinqton arasında nələr razılaşdırıldı? - Əliyevin Trampa zənginin pərdəarxası
Dünən, 20:36 |
|
|
|
• Polşanın təklifi yaxşı nəticələr vəd etmir -Sanki bizi ATƏT-in Varşava qrupuna cəlb etmək istəyirlər
Dünən, 19:00 |
|
|
|
• MTK-ların qazanc yolu: Daha çox pul yığmaq üçün... - NƏ ETMƏLİ?
Dünən, 18:58 |
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Dünən, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Dünən, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Dünən, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Dünən, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Dünən, 18:11 |
|
|
|
• Siyavuş Novruzov HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Dünən, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Dünən, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Dünən, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Dünən, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Dünən, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Dünən, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Dünən, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Dünən, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Dünən, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Dünən, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Dünən, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Dünən, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Dünən, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Dünən, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Dünən, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Dünən, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Dünən, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Dünən, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Dünən, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Dünən, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Dünən, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Dünən, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Dünən, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Dünən, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Dünən, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Dünən, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Dünən, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Dünən, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Dünən, 15:09 |
|
|
|
|