BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər .....                     "Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" .....                     İrəvandan sülh açıqlaması: .....                     Milli Məclis komitələrinin tərkibi bəlli olub .....                     Sulduzda türkcə kitablar paylandı .....                     “Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib .....                     Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? .....                     NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR .....                     Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib .....                     Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib .....                     Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... .....                     "Bəli, Dədə Ələsgər solaxay olub" .....                     "Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" .....                     Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... .....                     “Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? .....                     Ərdoğanın əli havada qala bilər .....                     Qarşıda yeni hədəflər durur .....                     İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır .....                     "Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" .....                     "Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" .....                     “Hizbullah” İsraildən necə qisas alacaq? .....                     “Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” .....                     Paşinyanın separatçılarla bağlı yeni planı: .....                     Vidadi İsgəndərli öldü .....                     Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ .....                     Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır .....                     AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi .....                     Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb .....                     Xankəndini bir də belə görün .....                     "Anam belə dünən bilib... .....                     Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər .....                     Məhkəmə MÜƏMMASI .....                     "Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" .....                     Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... .....                     “Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib .....                     Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? .....                     Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ .....                     Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var .....                     Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi .....                     Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb .....                 

“Bu gün Azərbaycan Avropa Oyunları kimi böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir” - Prezident İlham Əliyev
Tarix: 15-06-2015, 09:56 | Çap et
“Bu gün Azərbaycan Avropa Oyunları kimi böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir”
“İki gün əvvəl biz ilk Avropa Oyunlarının açılışının şahidi olduq. Hamımız təqdimatdan çox dərin təəssürat aldıq. Bu, qonaqlarımız üçün Azərbaycan, onun mədəniyyəti, musiqisi, ənənələri haqqında daha ətraflı məlumat əldə etmək, bizim tamaşaçılar üçün isə Avropanın aparıcı idmançılarını, bütün beynəlxalq və Avropa Olimpiya ailəsinin nümayəndələrini görmək və ölkəmizlə fəxr etmək imkanı idi. Təsəvvür edə bilərsiniz ki, açılışdan sonra mənə olunan çoxsaylı müraciətlərin hər birində insanlarımız birmənalı olaraq ölkəsi ilə fəxr etdiklərini bildirirlər”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın adından birinci Avropa Oyunları ilə bağlı Olimpiya Ailəsinin üzvləri üçün təşkil edilən qəbulda deyib.

Azərbaycan prezidenti qeyd edib ki, 2012-ci il dekabrın 12-də qəbul edilən qərar tarixi qərar idi. “Biz miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirini təşkil etmək imkanı əldə etdik. Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz Oyunlarını keçirirlər və yalnız Avropanın belə bir Oyunları yox idi. Buna görə də düşünürəm ki, bu, ədalətin təzahürü oldu. Çünki Olimpiya hərəkatının, Olimpiya ideyalarının, olimpizmin vətəni Avropadır. Bu, qədim Yunanıstanda başlanıb və daha sonra Baron de Kuberten onu bərpa etmişdir. İndi isə ədalət bərpa edildi və gördüyümüz işdən fərəhlənə bilərik”.

Dövlət başçısı deyib ki, Azərbaycanın qədim ənənələr, böyük tarixi və tarixi şəxsiyyətləri var: “Lakin müstəqil ölkə kimi, biz yalnız 24 ildir ki, mövcuduq. 1991-ci ildə biz müstəqilliyimizi bərpa etdik, lakin ilk müstəqil, demokratik respublika Rusiya imperiyasının süqutundan sonra 1918-ci ildə yaradılmışdır. Bu isə bütün müsəlman dünyasının ilk demokratik respublikası idi. Azərbaycanda məhz respublika idarəçilik sisteminin tətbiq olunması o zaman respublikanı yaradanların seçimi olmuşdur. Dərhal qadınlara səsvermə hüququ verilmişdir ki, bu, bir çox Avropa ölkələrindən əvvəl olmuşdur. Müsəlman dünyasının ilk operası, ilk baleti, ilk teatrı Azərbaycanda yaradılmışdır və biz bununla fəxr edirik. Azərbaycan hər zaman dinlərarası birgəyaşayış, multikulturalizm, etnik və dini müxtəliflik məkanı olub. Bu, hər zaman özünəməxsusluğumuzun tərkib hissəsi olub. Müstəqillik illərində isə dünyanın ehtiyac duyduğu bu müsbət trendlər daha da güclənmişdir və mən bununla fəxr edirəm”.

Azərbaycan prezidenti vurğulayıb ki, Azərbaycan cəmiyyəti multikultural cəmiyyətdir: Bu yaxınlarda mən Azərbaycanda Multikulturalizm Mərkəzinin təsis edilməsi ilə bağlı Sərəncam imzaladım və Bakının ən gözəl yerlərindən birində - Bayraq Meydanının yaxınlığında Tolerantlıq Abidəsinin açılışı oldu. Bunlar hamısı bizim həyatımızın və siyasətimizin tərkib hissəsidir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Avropa və Asiya arasında təbii körpü rolunu oynayır: “Bu, yalnız coğrafi deyil, mədəni, iqtisadi və siyasi körpüdür. Beləliklə, müstəqillik illərimiz islahatlar dövrü oldu. Biz təkcə dövləti yaratmalı deyildik, eyni zamanda, bir sistemdən digərinə transformasiya etməli idik. İslahatların həyata keçirilməsi bu gün ölkəmizin uğuruna və firavanlığına gətirib çıxarmışdır. Bu gün Azərbaycan Avropa Oyunları kimi belə böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir. Bu, ötən illər ərzində əldə etdiyimiz nailiyyətlərin göstəricisidir. Siyasi islahatlar iqtisadi islahatlarla tamamlanırdı. Demokratikləşmə siyasəti, qanunun aliliyi, fundamental azadlıqların və insan hüquqlarının qorunması bizim siyasətimizin prioritetləri olub. Azərbaycanda bütün azadlıqlar - media azadlığı, senzurasız azad internet təmin edilir, əhalimizin 70 faizi internet istifadəçisidir. Siyasi fəaliyyət azadlığı, toplaşma azadlığı, din və vicdan azadlığı mövcuddur. Eyni zamanda, biz iqtisadi islahatlar nəticəsində müstəqil xarici siyasət yürüdürük. Bu gün Azərbaycan dünyada çox yaxşı nüfuza malik olan dövlətdir. Bunun ən bariz nümunəsi bir neçə il əvvəl Azərbaycanın dünyanın ən mötəbər qurumu olan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüklə bağlı namizədliyini irəli sürəndə 155 ölkənin dəstəyini qazanması olmuşdur. İlk dəfə Azərbaycan BMT Təhlükəsizlik Şurasında təmsil edilmişdir. Bu, bizim siyasi və diplomatik fəaliyyətimizin zirvəsi olmuşdur. İqtisadi islahatlar olmasaydı, yəqin ki, biz buna nail ola bilməzdik”.

Prezident İlham Əliyevin sözlərinə görə, bu gün böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı sabitdir, dayanıqlıdır və inkişaf edir: “ Son 10 il bizim iqtisadiyyatımızın görünməmiş inkişafı illəri olmuşdur. İqtisadiyyatımız 3 dəfə artmışdır. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirə bilmişik. İşsizlik 5 faizdən aşağıdır. Xarici borcumuz ümumi daxili məhsulun 10 faizindən azdır. Bu ilin yanvarında mən prezident Patrik Hikki ilə Avropa Oyunlarının təqdimatını etdiyimiz Davos İqtisadi Forumu Azərbaycanı qlobal iqtisadi rəqabətlilik baxımından 38-ci yerə layiq görmüşdür. Məhz bu islahatlar bizə gələcəyə nikbinliklə baxmağa imkan verir”.

Prezident İlham Əliyev vurğulayıb ki, Bakıda keçirilən Oyunlar Avropa üçün olmalıdır: “Açılış mərasimi zamanı Mehribanın da dediyi kimi, bu Oyunlar idmançılar, qonaqlar və Azərbaycana gəlmiş minlərlə insan üçün keçirilir. Mən əminəm ki, bu insanlar yenidən Azərbaycana gəlmək istəyəcəklər. Çünki onlar burada qonaqpərvərlik və hörmətin şahidi olurlar. Azərbaycan bununla fəxr edir və əminəm ki, idmançılar özlərini sanki evlərində hiss edir və hər birimiz həyatımızın yadda qalan günlərindən həzz alırıq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
BQXK əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər
Bu gün, 15:33
"Məhkəməyə müraciət edəcəyimi bildirdikdə, həkimdən sənədlər tələb etməyə başladılar" - QALMAQAL
Bu gün, 15:32
İrəvandan sülh açıqlaması: - "Danışıqlar dalana dirənib"
Bu gün, 15:20
Milli Məclis komitələrinin tərkibi bəlli olub
Bu gün, 15:18
Sulduzda türkcə kitablar paylandı
Bu gün, 15:00
“Payonix” BOKT-nin Müşahidə Şurasına sədr təyin edilib - BUNDAN SONRA...
Bu gün, 14:58
Fəsil dəyişdi, havalar soyuyur: mövsümi xəstəliklərdən necə qorunaq? - AÇIQLAMA
Bu gün, 14:56
NAXÇIVANDA İQTİSADİYYATI TARİXÇİYƏ TAPŞIRDILAR – Sədr seçə bilməyən Naxçıvan Ali Məclisində daha bir absurd qərar qəbul olundu
Bu gün, 14:51
Rəhman Mustafayev Azərbaycanın Rusiyadakı səfiri təyin edilib - SƏRƏNCAM
Bu gün, 14:44
Nəsimi rayonunda "Ahıllar günü"nə həsr olunmuş görüş keçirilib - FOTO
Bu gün, 14:40
Naxçıvanda yeni dələduzluq növü: NAZİR təyin olunmuşam... sənə iş verəcəm... - TƏFƏRRÜAT
Bu gün, 14:30
"Bəli, Dədə Ələsgər solaxay olub" - Cavid Qurbanovdan REAKSİYA
Bu gün, 14:14
"Bank kartından 1100 manat pulu öz kartımıza köçürdük" - Qız adı ilə tanış olub quldurluq etdilər
Bu gün, 14:10
Naxçıvanda atəşkəsin pozulması, Azərbaycan və Türkiyəyə verilən mesajlar... - Görünəni odur ki...
Bu gün, 14:05
“Bizim Cəbiş müəllim” filmi yenidən çəkilir? - “Üz-gözü silikonlu aktrisalar Nəsibə Zeynalovanı əvəz edə bilməz”
Bu gün, 14:02
Ərdoğanın əli havada qala bilər – “Qordi düyünü”nü açmaq cəhdi
Bu gün, 14:00
Qarşıda yeni hədəflər durur - MƏQALƏ
Bu gün, 13:59
İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır - BAŞQA YOLU YOXDUR...
Bu gün, 13:56
"Tək məni yox digər qadınları pis vəziyyətə qoyub" - Plastik cərrah Vüsal Abullayevdən ŞİKAYƏT
Bu gün, 13:54
"Ermənistan çalışır ki, Azərbaycanı təxribatlara çəksin" - deputat
Bu gün, 13:52
“Hizbullah” İsraildən necə qisas alacaq? -“Nezavisimaya qazeta”
Bu gün, 13:35
“Kəbin kəsmək üçün pul almaq dələduzluq, pul vermək rüşvətdir” - İlahiyyatçı sərt danışdı
Bu gün, 13:32
Paşinyanın separatçılarla bağlı yeni planı: - Babayanı hərəkətə gətirdilər
Bu gün, 13:29
Vidadi İsgəndərli öldü - 2 gün əvvəl yaşadığı evdə...
Bu gün, 13:27
Sahil Babayevin nazirliyinin OFİS YEYİNTİSİ - Onlarla ofis icarəsinə... MİLYONLAR AXIDILIR!
Bu gün, 13:23
Vasif Talıbovun dövründə yarımçıq qalmış tarixi məscidin bərpasına başlanılır
Bu gün, 13:18
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq etdi - VİDEO
Bu gün, 13:14
Rusiyanın ən varlılarının sərvəti ilin əvvəlindən 31 milyard dollar artıb – “Bloomberg”
Bu gün, 13:12
Xankəndini bir də belə görün - VİDEOREPORTAJ
Bu gün, 13:05
"Anam belə dünən bilib... - Heç kimə demədim"
Bu gün, 13:02
Tərtər Rayon Prokurorluğunun əməkdaşları peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd ediblər - FOTO
Bu gün, 12:57
Məhkəmə MÜƏMMASI – Həkimlər niyə həmişə “haqlı” ÇIXIRLAR?
Bu gün, 12:52
"Müxalif qüvvələrin əksəriyyəti mübarizəni inkar üzərində qurublar" - Eldəniz Quliyev
Bu gün, 12:45
Müəllimlər Günü ilə bağlı məktəblərdə PUL YIĞILIR... - Məktəblərə XƏBƏRDARLIQ OLUNDU
Bu gün, 12:42
“Aqrar Tədarük və Təchizat”a yeni sədr təyin edilib - ƏMR
Bu gün, 12:40
Pezeşkian Zəngəzurdan NİYƏ DANIŞMIR Kİ? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:34
Sahib Məmmədova müşavir TƏYİN EDİLDİ - FOTO
Bu gün, 12:32
Yağış, qar yağacağı, şimşək çaxacağı ehtimalı var - Belə deyirlər...
Bu gün, 12:30
Qaradağda Prokurorluq işçilərinin peşə bayramına həsr olunmuş tədbir keçirildi
Bu gün, 12:27
Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Bu gün, 12:25
Müharibə riski artır: 3 maddə razılaşmadan çıxarılıb... - Proses pozuldu
Bu gün, 12:14
“Azera Holdinq”də yeni təyinat - FOTO
Bu gün, 12:11
Vahid Ələkbərovun sərvətinin dəyəri açıqlandı
Bu gün, 12:08
"Elmar Qasımov maaşlarımızı gecikdirirdi, pulları həyat yoldaşının adına yazırdı" - Sığorta şirkətinin direktorunun məhkəməsi
Bu gün, 12:03
Tanınmış aktrisa bacısını itirdi
Bu gün, 12:01
Əlillik dərəcəsi ala bilmir, müalicəsi üçün BÖYRƏYİNİ SATIR... - "...qanunsuz olaraq imtina cavabı verilir"
Bu gün, 11:59
Yens Stoltenberq NATO-nun Baş katibi vəzifəsini tərk edib
Bu gün, 11:46
Zay məhsulu satmaları bir yana... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 11:42
Aşıq sənətinə dövlət qayğısının bariz nümunəsi - MƏQALƏ
Bu gün, 11:29
İranla Ermənistan ticarət mübadiləsi haqqında saziş imzalayıb
Bu gün, 11:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru