Qorxu filmlərini kölgədə buraxan dram .....                     "Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" .....                     Ermənilərin puça uğrayan daha bir ümidi... .....                     Sertifikatlaşdırma prosesi .....                     DİN-dən xəbərdarlıq: .....                     İctimai nəqliyyatda köklü islahatlar baş verəcək .....                     Rusiyadakı azərbaycanlıları nə gözləyir? .....                     “Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” .....                     Gürcüstanı onlarla barışdırmağa hazırıq .....                     Daha bir igid oğlumuzu itirdik... .....                     Növbəti pandemiyanı nə yaradacaq? .....                     1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? .....                     Nəsrullahın ölümü Tehrana fürsət yaradıb .....                     Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... .....                     Azyaşlı uşaqlara şiddət tətbiq edənləri .....                     İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb .....                     Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                 

Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir? - AMEA yenə çalxanır
Tarix: 26-06-2021, 09:19 | Çap et
Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?
Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) kollektivi narahat edən daha bir qalmaqalın detallarını əldə etmişik. Demə, AMEA-nı öz istədiyi kimi idarə edən, elm ocağında korporativ maraqlarla ciddi tənəzzül dövrü yaradan "prezident" Ramiz Mehdiyev onun neqativləri qarşısında duruş gətirməyə çalışan daha bir cəfakeş kadrı da öz yolundan qaldırmağı qarşısına məqsəd qoyub. Ramiz Mehdiyev şəxsi maraqları çərçivəsində AMEA-nın İşlər idarəsinin müdiri, sabiq deputat Elton Məmmədovu da təcili olaraq tutduğu vəzifəsindən qovmaq istəyir. Plan isə artıq hazırdır və aşağıdakı qaydada icra edilməkdədir.

Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?

"Demokratik.Az"-ın bu barədə əldə etdiyi rəsmi məlumata görə, hazırda AMEA işlər İdarəsinin müdiri vəzifəsini Ramiz Mehdiyevin planlaşdırdığı qaydada kürəkəninin qardaşı Fikrət Əliyev icra edir. AMEA-nı "ailə maraqları" ilə kurasiya edən Mehdiyev bununla bağlı 16 aprel 2021-ci il tarixli /55/ saylı müvafiq əmr imzalayıb. Həmin əmrin isə əsas qayəsinə görə, texnika elmləri doktoru, professor Elton Məmmədova 14 aprel 2021-ci il tarixdən 13 iyun 2021-ci il tarixinədək əmək məzuniyyəti verilib. Lakin, məzuniyyət müddəti bitsə də, Elton Məmmədovun öz işinin başına qayıtmasına hər vəchlə imkan verilmir. Məlumata görə, "Mehdiyevlər" tərəfindən haqsızlıqlar və təzyiqlər görən E.Məmmədov hazırda səhhətilə əlaqədar müalicə alır, iş otağı və səlahiyyətləri isə təhvil-təslimsiz Fikrət Əliyev tərəfindən defakto "işğal" olunub.

Sözügedən məsələdə diqqətçəkən ən önəmli detallar isə Elton Məmmədovun aylar əvvəl məzuniyyət üçün məcburiyyət qarşısında imzaladığı, lakin özünün həyəcan təbili çalmaqla birbaşa Ramiz Mehdiyevi və ətrafını ifşa etmiş olduğu bir ərizədədir.

Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?

Ərizədə bunlar yazılıb:
"Yazıb nəzərinizə çatdırıram ki, AMEA-da Sizin rəhbərlik etdiyiniz dövrdə "AMEA Yüksək Texnologiyalar Parkı" MMC-yə direktor təyin olunduğum gündən hal-hazıra kimi, yəni AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri vəzifəsində çalışdığım müddətdə və hər zaman Azərbaycan Respublikasının prezidenti İlham Əliyev canablarının apardığı uğurlu siyasatini dəstəkləmiş və dəstəkləməkdə davam edirəm. Dövlətimizin mənafeyini qoruyaraq və dövlətçilik prinsiplərini rəhbər tutaraq çalışmaq ən başlıca ideologiyamdır. Böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında elmin inkişafına, abadlıq və quruculuq işlərinə önəm verdiyim və dövlətçilik prinsiplərini rəhbər tutduğum halda öz manafelərini üstün tutanlar həm daxildən, həm də xaricdən sağlam dövlətçilik ideologiyasına əsaslanan iş prinsipimə maneçilik törədirlər.

Qeyd etdiklərimi nəzərə alaraq 14.04.2021-ci il tarixindən məzuniyyətə çıxmağımı və məzuniyyət müddətim bitdikdən sonra tutduğum vəzifədən azad olunmağımı sizdən xahiş edirəm" - sitatın sonu.

Ərizənin mahiyyətindən və tərtibatından, eləcə də AMEA-nın ərizəçiyə rəsmi münasibətindən aydın olur ki, akademiyada əməkdaşlara qarşı ciddi xaos, laqeyidlik hökm sürür. Belə ki, AMEA-da kargüzarlıq işləri və ərizə nümunələri də necə gəldi yazılmaqla qəbul edilir, məktubdan irəli gələn ən ciddi məsələlər belə yalnız Ramiz Mehdiyevin marağı və icazəsilə müzakirələrdən kənarda saxlanılır və ya qəbul edilə bilir.

Diqqət etdinizsə, Elton Məmmədovun məzuniyyət üçün imzaladığı müraciətində AMEA-da mövcud olan neqativ hallara, İşlər İdarəsinin müdirinin əməli fəaliyyətinə qarşı həm daxildən, həm də xaricdən sağlam dövlətçilik ideologiyasına əsaslanan iş prinsiplərinə maneçilik törədilməsi xüsusilə qeyd edilir. Nəticədə, ərizədə əlavə hallar araşdırılmadan dərkənar edilir, Mehdiyevin öz əmrilə E.Məmmədov məzuniyyətə göndərilir və sonda da tutduğu vəzifədən azad olunması istəyi özünə qarşı silah kimi istifadə olunur. Halbuki, Elton Məmmədovun Ramiz Mehdiyev tərəfindən hədəf seçilməsinin daha ciddi, hətta məkrli və kriminal əsasları var.

Xatırlatmaq yerinə düşər ki, E.Məmmədov hazırki vəzifəsinə 2020-ci il yanvarın 17-də təyin edilib. Ona qədər isə (27 noyabr 2019-cu il tarixdən-red) AMEA-da AMEA Yüksək Texnologiyalar Parkının direktoru olub. Bugün qəribə səslənəcək, amma sabiq deputatın AMEA-dakı fəaliyyəti qənaətbəxş olub, o, yenilikçi və tənqidçilik qabiliyyətlərilə seçilib. Ramiz Mehdiyevi də Məmmədovdakı qətiyyət və işgüzarlıq qabiliyyətləri, AMEA-dakı nöqsanların aradan qaldırılmasına qarşı barışmaz mövqeyi qorxudub.

Tərəflər ilk dəfə publik şəkildə hələ ötən ilin sentyabrında qabaq-qabağa gəliblər. Prezidentin köməkçisi Anar Ələkbərov AMEA-nın Nəqliyyat-təsərrüfat və Təmir-tikinti şöbələrinin ərazisində aparılmış təmir və yenidənqurma işlərilə tanış olarkən AMEA-nın İşlər idarəsinin müdiri Elton Məmmədovun maraqlı məlumatla çıxışı "Ramiz Mehdiyevə vurulan ilk zərbə" effekti kimi xatırlana bilər.

Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?

E.Məmmədov məhz həmin çıxışında akademiyanın Nəqliyyat-təsərrüfat şöbəsinin uğurları ilə yanaşı çatışmazlıqlarını da dilə gətirib. Akademik elə həmin gün AMEA-da “moyka” və yağdəyişmə biznesindən, AMEA-da milyonlarla manatın elmə yox, profilaktoriya biznesinə yatırılmasından prezident köməkçisinə məruzə edib. Maraqlıdır ki, Prezidentin köməkçisindən dərhal sonra AMEA Prezidenti Ramiz Mehdiyev Rəyasət Heyəti üzvləri ilə birlikdə eyni şöbələrdəki işlərlə tanış olub. AMEA saytında verilən məlumatda şöbələrdə görülən işlərlə bağlı Elton Məmmədovun R.Mehdiyevə də geniş məlumat verdiyi qeyd edilib.

Bunun ardından, Ramiz Mehdiyevdə Elton Məmmədova qarşı patoloji nifrətin aşkar zühuru sonuncunun məzuniyyətə "buraxıldığı" günlərə təsadüf edib. Rəsmi sənədlərdən bəlli olur ki, Ramiz Mehdiyevin başçılığı altında və ailə üzvlərinə məxsus şirkətlərin də iştirak etdiyi arzuedilməz maxinasiyalar, AMEA-da qaynayan planlı korrupsiya və dağıdıcılıq meyilləri açıq-aşkar AMEA İşlər İdarəsinin rəhbəri tərəfindən ciddi narazılıqlarla qarşılanıb və yaxşı qəbul edilməyib. Elton Məmmədov baş verən məlum özbaşınalıqların qarşısının alınması üçün xeyli çalışıb. Bu mənada, 06 fevral 2020-ci il tarixdə Dövlət Neft Fondu tərəfindən AMEA-nın İşlər İdarəsinin istifadəsinə verilmiş müxtəlif markalı müasir nəqliyyat vasitələrinin "Hikmət İnşaat" MMC-dən geri tələb edilməsində, müxtəlif təmir-tikinti işləri üzrə maxinasiyaların durdurulmasında, eləcə də AMEA ilə "Şərq-Qərb" ASC arasında göyə sovrulmuş 10,4 milyon manatlıq "cinayət işi"ndə və sair məsələlərdə Elton Məmmədov tərəfindən AMEA-nın maraqlarının qorunmasına edilən çağırışlar danılmazdır.
OXUYUN - "BOZ KARDİNAL" Neft fonduna da "kəf" gəldi
Tanış olun - 10,4 milyon HANI
Birmənalıdır və belə başa düşülür ki, Ramiz Mehdiyev Elton Məmmədovu uzaqlaşdırıb yerinə öz kürəkəninin qardaşını yerləşdirməklə yalnız öz korporativ maraqlarına xidmət edir. Və təkcə AMEA-da "ailə podratı" yaratmır, həm də bu yolla özünün nə dərəcədə "qanunsevər", "dövlətçi" biri olduğunu, hansı bayağı təfəkkürə sahib olduğunu yenidən sübut edir.

Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?

Onu da bilin, Ramiz Mehdiyevin qanunsuz tapşırığı ilə Elton Məmmədovun iş otağının qapısı da son günlərdə möhürlənib. İddia olunur ki, akademik Mehdiyev bərk narahatdır ki, birdən E.Məmmədov gələrək dövlət telefonu ilə ölkə rəhbərliyinə və şəxsən prezident İlham Əliyevə zəng edə bilər, AMEA-da baş verən özbaşınalıqlar barədə yuxarılara ciddi məlumatlar verə bilər. Deyilənlərə inansaq, E.Məmmədov özü də dəfələrlə Ramiz Mehdiyevə bu barədə ultimatumlar edib, lakin, "boz kardinal" həmkarına kimsədən qorxmadığını deyərək onu işdən qovacağını deyib.

Sadalanan faktlarla bağlı Elton Məmmədovun özü ilə əlaqə yaratmağa çalışdıq, lakin çoxsaylı zənglərimizə cavab verən olmadı...

Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?
Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?
Ramiz Mehdiyevi DƏLİ edən bir məktubda nələr deyilir?










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 00:05
"Ailəni qurmağa nə var ki... Bir dəqiqənin işində toy et" - Əməkdar artist
Bu gün, 00:04
Ermənilərin puça uğrayan daha bir ümidi... - GƏLİŞMƏ
Bu gün, 00:02
Sertifikatlaşdırma prosesi bizə LAZIMDIRMI?
Dünən, 21:48
DİN-dən xəbərdarlıq: - Nələrə diqqət etməlisiniz?
Dünən, 21:44
İctimai nəqliyyatda köklü islahatlar baş verəcək - YENİ PLAN qapıda...
Dünən, 20:04
Rusiyadakı azərbaycanlıları nə gözləyir? - NƏ BAŞ VERİR?
Dünən, 19:58
“Flora Kərimovanın həkim ikən xilas etdiyi körpə sonradan Milli Qəhrəman oldu” - TƏFƏRRÜAT
Dünən, 19:53
Gürcüstanı onlarla barışdırmağa hazırıq - Lavrov
Dünən, 19:48
Daha bir igid oğlumuzu itirdik... - FOTO
Dünən, 19:44
Növbəti pandemiyanı nə yaradacaq? - ARAŞDIRMA
Dünən, 14:19
1-ci ZƏNGƏZUR SAVAŞI nə qədər realdır? - AKTUAL
Dünən, 14:17
Nəsrullahın ölümü Tehrana fürsət yaradıb - İNCƏLƏMƏ
Dünən, 14:11
Bütöv Azərbaycan ideyadan gerçəkliyə doğru... - Hər bir ssenariyə hazır olmalıyıq...
Dünən, 14:02
Azyaşlı uşaqlara şiddət tətbiq edənləri hansı CƏZA GÖZLƏYİR?
Dünən, 13:56
İsrail daha bir Hizbullah liderinin öldürüldüyünü açıqlayıb - KİV
Dünən, 13:52
Renkanın tədbirdə paltarı yandı - FOTO
Dünən, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Dünən, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Dünən, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Dünən, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Dünən, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Dünən, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Dünən, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Dünən, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Dünən, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Dünən, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Dünən, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Dünən, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Dünən, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Dünən, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Dünən, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Dünən, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Dünən, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Dünən, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Dünən, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Dünən, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Dünən, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Dünən, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Dünən, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Dünən, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Dünən, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
28-09-2024, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
28-09-2024, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
28-09-2024, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
28-09-2024, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
28-09-2024, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
28-09-2024, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
28-09-2024, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
28-09-2024, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
28-09-2024, 16:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru