Əli Həsənov başına topladığı "media kapitanları" ilə özünə böyük imperiya yaratmışdı - ƏTRAFLI
Tarix: 4-07-2020, 08:05 | Çap et
Respublika Prezidenti İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı mətbuat camiəsi tərəfindən birmənalı şəkildə alqışlandı. Çünki koronovirus pandemiyasının tüğyan etdiyi bir vaxtda mətbuata yönəlik bu diqqət doğrudan da böyük hadisədir. Əslinə cənab İlham Əliyev hər zaman mətbuatın yanında olub. Yeganə peşə sahibləridir ki, jurnalistləri prezident özünün dostları sayır. Bu da ayrı bir hörmət və ehtiramdır. Eyni zamanda, prezident dost bildiyi mətbuatdan da hər zaman dövlətə, millətə və ən nəhayət peşələrinə sədaqət gözləyib.
Lakin çox təəssüf ki, bizlərin cərgəsində addımlayanların çoxları zaman-zaman nəinki peşəsinə, eləcə də dövlətə və millətinə sədaqətsizlik göstərib. Nəticədə cəmiyyətə güzgü tutan mətbuat müqəddəsliyindən, təmizliyindən sapıb. Bu sapmalar isə son 10 ildə SÖZü hörmətdən salıb. SÖZün hörmətdən düşməsi bəzi məmurların işinə yarasa da, cəmiyyət üçün acı nəticələr verib. Bu gün cəmiyyətimizdəki çoxluq mətbuatı yalançı gözündə görür. Yalançının evi yananda isə təbii ki, heç kim ona inanmır. Necəki indiki pandemiya dövründə mətbuatın dediklərinə heç kim inanmır. Ona görə də ölkəmizdə pandemiyaya qarşı təbliğat yolu ilə deyil, inzibati yolla mübarizə aparılır. İnzibati yolsa cəmiyyət tərəfindən çox zaman təqdir edilmir. Necəki bu gün Azərbaycanda tətbiq edilən inzibati qaydalar çoxlarımız tərəfindən narazılıqla qarşılanır. Bu narazılıqların və yaşadığımız acı reallıqların tək günahkarı isə mətbuatdır.
Daha doğrusu bu sahəyə son 25 ildə təşkil edilən səlib yürüşüdür. Bu yürüş nəticəsində mətbuatın qalalları fəth edildi. Mətbuatın fədailəri isə məhv edildi və yaxud sındırıldı. Rafael Nağıyev, Nəcəf Nəcəfov, Osman Mirzəyev, Ələkbər Abbasov kimi öncül jurnalistlərin fiziki və mənəvi cəhətdən məhv edilməsindən sonra onların yerinə mariyanetka “media kapitanları” gətirildi. Bu dəhşətli layihənin müəllifi isə bədnam Əli Həsənov idi. Əli Həsənov sıradan bir adam deyildi. Moskva mühitində ali təhsil alan, SSRİ-nin dağılma prosesini yaxından izləyən bu adam mətbuatın hadisələrə və cəmiyyətə təsir imkanlarını çox gözəl bilirdi.
Ona görə də əlinə düşən ilk fürsətdəcə Azərbaycan mətbuatında şiri tülküyə boğdurdu və böyük ideloji silahı özünün sehirli çubuğuna çevirdi…
Əslində Respublika Prezidenti İlham Əliyev hər zaman mətbuata dost əlini uzadıb. Azərbaycan Milli mətbuatının 130, 135 və 140 illik yubileyinin layiqincə qeyd edilməsi üçün çoxlu sayda sərəncamlar imzalayıb, göstərişlər verib. Eləcə də, jurnalist camiəsinin sosial problemlərinin həlli istiqmətində səsləndirilən bütün təkliflərə həssalıqla yanaşıb. Qəzetlərin dövlət nəşriyyatlarına olan borclarına bağışlatdırıb. Bununla paralel Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun yaradılması haqqında sərəncam imzalayıb.
Hər il mətbuatın inkişafına dəstək üçün bu fonda milyonlarla manat dövlət büdcəsindən vəsait ayrıldı. Hələ jurnalistlərə pulsuz ev verilməsi layihəsini demirəm. Bu nəcib layihənin dünyada anoloqu yoxdur…
Əminəm ki, bu sətirləri oxuyan istənilən əcnəbi jurnalist həmən Azərbaycanda yaşayıb, işləməyə qərar verərdi. Harda var bu diqqət, harda var bu qayğı…
Ölkə başçısının mətbuata bundan artıq diqqət və qayğı göstərə biləcəyini təsəvvür etmək belə çətindir. Amma nə yazıq ki, Əli Həsənov başına topladığı “media kapitanları” ilə birgə prezidentin qayğısını səhv məcraya yönəltdi. Hər şey dövlət başçısının qayğısı kimi deyil, Əli Həsənovun təşşəbbüsləri kimi təqdim edildi. Nəticədə mediada şərəfsiz bir dönəm başladı. Əksər yazarlar dövlətə, millətə, Prezidentə və ən nəhayət peşəsinə sədaqəti unudub Əli Həsənovun yanında durmağı tərciyə etdi. Bu şərəfsiz tendesiyadansa Əli Həsənov özü üçün bir imperiya qurdu. Yüz milyonlarla dövriyyəsi olan bu imperiyanın çətiri altına sığınan yazarların isə nə keçmişinə, nə siyasi əqidəsinə, nə də peşəkarlığına fikir verildi. Beləcə, ölkə başçısının nəcib təşəbbüsləri Əli Həsənovun və onun bədnam komandası üçün gəlir yerinə çevrildi.
Fikirlərimin təsdiqi üçün Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun hər il bölüşdürdüyü (bəli, məhz bölüşdürdüyü-böldüyü yox) vəsaitlərin, Milli Teleradio Şurasından milyonlar qapazlayan və ev alan jurnalistlərin siyahısına baxmaq kifayət edir.
Bu bölgülərdə məni ən çox təəccübləndirən Əli Həsənovun dövlətçiliyə və Prezident İlham Əliyevə qarşı tutduğu xəyanətkar mövqe idi. Əli bəy milli dövlətçiliyə və Prezidentə qarşı kampaniya aparan adamlarla işləməyi daha çox xoşlayırdı.
Bu gün həmin jurnalistlərin adlarını sadalamağa hacət görmürəm. Çünki kimin kim olduğunu balaca Azərbaycanda hamı bilir. Kimisi mənim kimi başını aşağı salıb bu dövlətə, bu hakimiyyətə və bu xalqa sədaqətlə xidmət eliyib. Nəticədə qazancı qarın dolusu yemək olub. Amma Əli Həsənovun adamı olub bu dövlətin, bu hakimiyyətin və bu xalqın əleyhinə çalışanlar isə hər cür fəxri ada, dövlət təltifinə və şəhərin mərkəzində təmirli mənzillərə layiq görülüblər…
Ona görə də Respublika Prezidentinin 30 iyun sərəncamından çox şey gözləyirəm. Çünki sərəncamda yazılıb ki, …”jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin… ” İnanmaq istərdik ki, istər Mətbuat Şurası, istərsə də Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun rəhbərliyi obyektivliyi, haqq-ədaləti bərpa edəcək. Və mükafat alanların siyahısına ən layiqli jurnalistlərin adı düşəcək…
Belə olacağı təqdirdə, bu həm də son 20 ildə Azərbaycan mətbuatına vurulmuş zərbələrin reabilitasiyası kimi qəbul olunacaq. Və bu addım SÖZün yenidən hörmətə minəcəyi dövrün başlanğıcı kimi dəyərləndiriləcək.konkret.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|